ONLAYN: 24

Qonaq: 1094 Cəmi: 1121
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Kənan Heydərov
Xəbər 71
Cəmi: 5511
amon
Xəbər 26
Cəmi: 854
Xaliq
Xəbər 26
Cəmi: 360
Dear
Xəbər 8
Cəmi: 76
Avara_Şair
Xəbər 7
Cəmi: 1547
_AzƏrİ_QıZı_
Xəbər 5
Cəmi: 32
Ramal
Xəbər 4
Cəmi: 5
Azra
Xəbər 2
Cəmi: 12
MaraL
Xəbər 2
Cəmi: 2
ODiNoKiY_VoLK
Xəbər 2
Cəmi: 334

Son Hədiyyə

Göndərilmiş hediyyə
Kənan Heydərov » Ümidli gözəl

Mesaj: Ümidin bitdiyi yerdə əsarət başlar...💖💖

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,6 Milyon
2) Kənan Heydərov » 1,4 Milyon
3) Sol Meleyim » 455,9 Min
4) Avara_Şair » 395,7 Min
5) Sensiz darixiram » 394,4 Min
6) Sistem » 379,4 Min
7) L e o n » 357,2 Min
8) AzizA » 291,6 Min
9) Elnare » 224,5 Min
10) _Yene_Tenha_ » 220,2 Min
11) amon » 152,1 Min
12) poppy » 144 Min
13) SeKeRCiK » 139,3 Min
14) _O.R.X.A.N_ » 120,8 Min
15) Nani_Fit » 87,1 Min
16) sessiz musiqim » 83,7 Min
17) pandisim » 82,8 Min
18) Xaliq » 80,1 Min
19) _Uğurböceyi_ » 79,9 Min
20) Ümidli gözəl » 78,9 Min

Reklam

Bir dəfə klik edin

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
sessiz musiqim
Şərh: 134
Cəmi: 1595
Dear
Şərh: 110
Cəmi: 1313
Elnare
Şərh: 92
Cəmi: 1852
Sensiz darixiram
Şərh: 43
Cəmi: 4052
_AzƏrİ_QıZı_
Şərh: 38
Cəmi: 240
Xaliq
Şərh: 33
Cəmi: 291
Kənan Heydərov
Şərh: 30
Cəmi: 7826
amon
Şərh: 24
Cəmi: 820
Ramal
Şərh: 9
Cəmi: 9
MaraL
Şərh: 9
Cəmi: 9

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Kənan Heydərov
Bugün 190
Cəmi: 190
sessiz musiqim
Bugün 144
Cəmi: 144
Xaliq
Bugün 128
Cəmi: 128
Dear
Bugün 120
Cəmi: 120
Elnare
Bugün 98
Cəmi: 98
Sensiz darixiram
Bugün 97
Cəmi: 97
_AzƏrİ_QıZı_
Bugün 68
Cəmi: 68
GozeLoV
Bugün 59
Cəmi: 59
amon
Bugün 54
Cəmi: 54
Avara_Şair
Bugün 37
Cəmi: 37

Reklam

Bir dəfə klik edin
Naxçıvanın adı və dadı ilə məşhur olan yeməyi - FOTO
Mətbəx Yüklə
Naxçıvanın adı və dadı ilə məşhur olan yeməyi - FOTO
Milli mətbəx nümunələrimiz xalqımızın qədim tarixi, yüksək mədəniyyəti ilə birbaşa bağlıdır. Bu baxımdan Naxçıvanın zəngin mətbəx nümunələri diqqəti cəlb edir. Həmin mətbəx nümunələrindən şıppır qovurmasını, arzuman küftəsini, kömbə kökəni, cəvizli kökəni, qədim şirniyyat növü olan əyirdəyi və digərlərini misal göstərmək olar. Naxçıvanda geniş yayılmış yemək növlərindən biri olan daş küftə isə bu gün doğma diyara qonaq gələn hər kəsin diqqətini cəlb edən dadlı yeməklərdəndir. Daş küftə Naxçıvanda, demək olar ki, hər bir ailənin müraciət etdiyi yemək növlərindən biridir.

Hazırlanmasında daşdan istifadə edildiyinə görə ona daş küftə deyirlər. Belə ki, bu yemək üçün ayrılmış ətin döyülməsində iri çaydaşı və cəviz ağacından hazırlanmış toxmaqdan istifadə olunub. Yastı formada, diametri, təxminən, 50-60 santimetr olan daşın bir üzü hamar olmalıdır. Bu, ona görədir ki, əti daşın üstündə toxmaqla rahat döymək olsun. Yastı daşın üz tərəfi böyük olmalıdır ki, döyülən ət və başqa qarışıqlar kənarlardan yerə tökülməsin.

Bu küftənin hazırlanma qaydası da maraqlıdır. Loading.az bildirir ki, muxtar respublikanın Kəngərli rayonunun Yurdçu kəndindən olan Səkinə nənə AZƏRTAC-ın Naxçıvan bürosunun müxbiri ilə söhbətində deyir ki, bunun üçün əvvəlcə yağlı dana və ya qoyun əti seçilərək sümükdən ayrılır. Ətin miqdarı, adətən, ailə üzvlərinin sayına görə müəyyənləşdirilir. Sonra ət daşın üzərinə qoyularaq ağac toxmaqla döyülür. Ətin sonradan bura əlavə olunacaq qarışıqlarla tam döyülməsi bəzən bir saatdan da çox vaxt aparır.

"Elə ki, ət qiymə halına düşdü, o zaman üzərinə bir ovuc suda qaynadılmış noxud əlavə edib yenidən döyürük. Noxudlar tam əzilib, ətə qarışdıqdan sonra təmizlənmiş baş soğan və bir dəstə keşniş əlavə edirik. Daşın üstündə bunlar birlikdə döyüldükdən sonra, təxminən, bir stəkan düyü, sarıkök, duz-istiot və küftəyə xüsusi tam verən göyərti - nanə və məzrə əlavə edirik", - deyən Səkinə nənə bildirir ki, bütün əlavələr ətlə birgə tam döyülüb qurtardıqdan sonra yumurta ilə qarışdırılaraq kündələr hazırlanır. Bir ovucun içərisinə sığacaq böyüklükdə olan kündələrə zövqə görə bəzən zirinc və ya albalı, bəzən isə əvvəlcədən qaynadılmış yumurta qoyulur. Sonra ayrı bir qazanda yağla soğan qovurulur, üzərinə pomidor və ya tomat, sonra isə su əlavə edilərək qaynamağa qoyulur. Su qaynamağa başlayanda küftələr qazana boşaldılır. İstəyə görə yeməyin suyuna dilimlənmiş kartof və yaxud əvvəlcədən qaynadılmış noxud əlavə edilə bilər. Yemək hazır olduqdan sonra zövqə görə üzərinə quru nanə də tökülür.

Daş küftəsi, adətən, isti halda yeyilir. Maraqlısı odur ki, Şərur, Sədərək və Kəngərli rayonlarında bəzən onu soyuduqdan sonra səhər yeməyində, şirin çayla, lavaşın arasına bükərək də yeyirlər.

Qeyd etmək lazımdır ki, ətçəkən maşında hazırlanmış qiymə ətdən fərqli olaraq, daş küftəsi tərkibinə əlavə olunmuş qarışıqlarla birgə döyüldüyündən həm dadı ilə fərqlənir, həm də həzm baxımından digər ət yeməklərindən seçilir. Buna görə də keçmişdən bu günədək Naxçıvanın daş küftəsi süfrələrimizin bəzəyinə çevrilib.

Dostlarınızla paylaşın

Şərhlər: 3
  1. fidann
    düzü yeməmişəm
    ama dadlı yeməyə bənzəyir
    paylaşım üçün təşəkkürlər
    -=* Medalları *=-

    -=* İmza *=-

    !
  2. L e o n
    Milli yemeklerimizden dunyada bir denedir.
    -=* Medalları *=-

    -=* İmza *=-



  3. Elnare
    Maraqli yemey reseptidi👍Coxsaqol paylashima gore cannn
    -=* Medalları *=-

    -=* İmza *=-

    Yaxşıki varsan❤️

Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.