reklam
Erkən ölümün qarşısını almağın yolları Erkən ölümün qarşısını almağın yolları https://loading.az/uploads/posts/2019-03/thumbs/1553497624loading.az_gezmek_0258.jpg
_Yene_Tenha_

_Yene_Tenha_ Sağlamlıq 25-03-2019, 11:07

Erkən ölümün qarşısını almağın yolları

Erkən ölümün qarşısını almağın yolları

Həftədə bir və ya iki dəfə sürətli gəzmək infarktdan ölmə riskini azaldır.

Çinin Şandonq Politexnik Universitetinin alimləri apardıqları araşdırmaların nəticəsində bu qənaətə gəliblər.

Onlar hesab edir ki, həftədə bir və ya iki dəfə sürətli gəzmək insanda infarkt və ya xərçəng səbəbindən ölüm riskini azaldır.

Tədqiqatçılar 1997-ci ildən 2008-ci ilə qədər 88 140 insanın fiziki fəallığının səviyyəsi haqqında məlumatları təhlil edərək onların ölüm saylarını müqayisə ediblər.

Araşdırma zamanı insanların nə dərəcədə və hansı müddət ərzində ağır yüklərə tab gətirdikləri analiz edilib. Nəticədə, məlum olub ki, həftədə bir və ya iki dəfə 10 dəqiqədən bir saata qədər sürətli gəzinti və həyətyanı sahədə fiziki işlə məşğul olan insanlarda vaxtından əvvəl ölüm riskləri az olur.

Bundan başqa, həftə ərzində ümumilikdə 2,5-5 saat davam edən 10 dəqiqəlik fiziki yüklənmələr ölüm riskini 31 faizə qədər azaldır. Həftə ərzində 25 saatlıq aktiv fiziki hərəkətdə olmaq isə bu ehtimalı iki dəfə daha azaldır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
257 230 218 264 229 269

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.