reklam
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - SƏRƏNCAM Azərbaycanda bu şəxslərin maaşı artırıldı - SƏRƏNCAM https://loading.az/uploads/posts/2019-03/1552211401loading.az_1_11552126902.jpg
fidann

fidann Xəbərlər 11-03-2019, 10:51

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - SƏRƏNCAM

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

LOADİNG.AZ-ın məlumatına görə, sərəncama əsasən “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 511, № 7 (II kitab), maddə 1574, № 11, maddə 2287) aşağıdakı dəyişikliklər edilib:

1.1. 1-ci hissədə “165” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilsin;

1.2. həmin Sərəncamla təsdiq edilmiş 2 nömrəli Əlavənin 2.4.1.1–2.4.1.4-cü yarımbəndlərində “185”, “175”, “170” və “165” rəqəmləri müvafiq olaraq “215”, “210”, “205” və “200” rəqəmləri ilə əvəz edilsin.

Sərəncam 2019-cu il martın 1-dən tətbiq edilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
134 136 186 173 187 169

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.