reklam
Bazar günü iş günü olsun - Deputatdan təklif Bazar günü iş günü olsun - Deputatdan təklif https://loading.az/uploads/posts/2019-03/1551797741loading.az_1551779236_1540553644fazil-1_1.jpg
fidann

fidann Xəbərlər 7-03-2019, 18:12

Bazar günü iş günü olsun - Deputatdan təklif

Bazar günü iş günü olsun - Deputatdan təklif
Vətəndaşların ən çox hüquqlarının pozulduğu məsələ xidmət sektorunun bazar günü fəaliyyət göstərməməsi ilə bağlıdır.

LOADİNG AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

F.Mustafa bildirib ki, xidmət sektorları bazar günü də fəaliyyət göstərməlidir: "Misal üçün, avtomobillərin texniki baxışdan keçirilməsi məsələsi bazar günü rəsmi qaydada həyata keçirilmir. Elə insanlar var ki, onların bunu etmək üçün yalnız bazar günü vaxtları var. Belə olan halda onların hüquqları pozulmuş olur. Yaxşı olar ki, tək bu sahədə deyil, eləcə də digər vacib xidmət sektorları bazar günləri çalışsın. Təbii ki, onlara həftənin bir günü istirahət verilməlidir".

Deputat kredit borcuna görə ölkədən çıxa bilməyən insanların hüquqlarının bərpa olunması təklifi ilə də çıxış edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
181 234 186 190 168 182

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.