ONLAYN: 24

Qonaq: 1074 Cəmi: 1101
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Kənan Heydərov
Xəbər 71
Cəmi: 5511
amon
Xəbər 26
Cəmi: 854
Xaliq
Xəbər 26
Cəmi: 360
Dear
Xəbər 8
Cəmi: 76
Avara_Şair
Xəbər 7
Cəmi: 1547
_AzƏrİ_QıZı_
Xəbər 5
Cəmi: 32
Ramal
Xəbər 4
Cəmi: 5
Azra
Xəbər 2
Cəmi: 12
MaraL
Xəbər 2
Cəmi: 2
ODiNoKiY_VoLK
Xəbər 2
Cəmi: 334

Son Hədiyyə

Göndərilmiş hediyyə
Kənan Heydərov » Ümidli gözəl

Mesaj: Ümidin bitdiyi yerdə əsarət başlar...💖💖

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,6 Milyon
2) Kənan Heydərov » 1,4 Milyon
3) Sol Meleyim » 455,9 Min
4) Avara_Şair » 395,7 Min
5) Sensiz darixiram » 394,4 Min
6) Sistem » 379,4 Min
7) L e o n » 357,2 Min
8) AzizA » 291,6 Min
9) Elnare » 224,5 Min
10) _Yene_Tenha_ » 220,2 Min
11) amon » 152,2 Min
12) poppy » 144 Min
13) SeKeRCiK » 139,3 Min
14) _O.R.X.A.N_ » 120,8 Min
15) Nani_Fit » 87,1 Min
16) sessiz musiqim » 83,7 Min
17) pandisim » 82,8 Min
18) Xaliq » 80,1 Min
19) _Uğurböceyi_ » 79,9 Min
20) Ümidli gözəl » 78,9 Min

Reklam

Bir dəfə klik edin

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
sessiz musiqim
Şərh: 134
Cəmi: 1595
Dear
Şərh: 110
Cəmi: 1313
Elnare
Şərh: 92
Cəmi: 1852
Sensiz darixiram
Şərh: 43
Cəmi: 4052
_AzƏrİ_QıZı_
Şərh: 38
Cəmi: 240
Xaliq
Şərh: 33
Cəmi: 291
Kənan Heydərov
Şərh: 30
Cəmi: 7826
amon
Şərh: 24
Cəmi: 820
Ramal
Şərh: 9
Cəmi: 9
MaraL
Şərh: 9
Cəmi: 9

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Kənan Heydərov
Bugün 190
Cəmi: 190
sessiz musiqim
Bugün 144
Cəmi: 144
Xaliq
Bugün 128
Cəmi: 128
Dear
Bugün 120
Cəmi: 120
Elnare
Bugün 98
Cəmi: 98
Sensiz darixiram
Bugün 97
Cəmi: 97
_AzƏrİ_QıZı_
Bugün 68
Cəmi: 68
GozeLoV
Bugün 59
Cəmi: 59
amon
Bugün 54
Cəmi: 54
Avara_Şair
Bugün 37
Cəmi: 37

Reklam

Bir dəfə klik edin
Azərbaycan MİLLİ adət və ənənələrinin bədii-estetik mahiyyəti
Azərbaycan Yüklə
Azərbaycan MİLLİ adət və ənənələrinin bədii-estetik mahiyyəti
Milli adət və ənənələrin öyrənilməsi və onların mənəvi dəyərlər sistemindəki rolunun tədqiqi həmişə aktual olmuşdur. Çünki milli adət və ənənələr tarixin bütün mərhələlərində ictimai-mədəni tərəqqinin əsas göstəricisi kimi nəzərə çarpmışdır. Cəmiyyət inkişaf etdikcə adət və ənənələr də ayrı-ayrı quruluşların ictimai-siyasi xüsusiyyətlərinə bu və ya digər formada inteqrasiya etmişdir. Buna görə də hər bir ictimai-siyasi quruluş həm bütövlükdə adət və ənənələrə, həm də onun mənəvi-bədii dəyərlərinə öz möhürünü vurmuşdur. Cəmiyyət dəyişdikcə adət və ənənələr də təkmilləşmiş, millətin, xalqın yaradıcılıq nümunələrini yaşatmış, nəsildən-nəsilə ötürülmüşdür. Yeni yaranan hər bir mənəvi dəyər isə tarixi ənənələrimizin varisi kimi təşəkkül tapmışdır. Bu səbəbdən də bütün dövrlərin adət və ənənələrində baş verən yeniliklərin, istiqamətlərin öyrənilməsinə, əldə olunan tarixi təcrübənin müasir sənətşünaslıq və kulturologiya elmlərinə şamil edilməsinə böyük ehtiyac vardır .

Bildiyimiz kimi, uzun illər ərzində öz müstəqilliyini itirmiş Azərbaycan xalqının bir çox milli-mənəvi dəyərləri deformasiyaya məruz qalmış, tarixin yalnız şifahi yaddaşına çevrilmişdir. Keçmiş Sovet dövlətinin kommunist ideoloji mühiti isə dini-milli adət və ənənələrimizin öyrənilməsinə və təbliğinə qadağalar qoymuşdur. Yeni adət və ənənələr adı altında əsasən soçialist həyat tərzinin mahiyyətini və məzmununu ifadə edən ideoloji, siyasi xarakterli mənəvi cəhətlər diqqət mərkəzinə çıxarılmışdır. Sözsüz ki, xalqımıza, onun milli xüsusiyyətlərinə və iradəsinə uyğun olmayan cəhətlər də hakim zümrələr tərəfindən bədii sənət aləminə diqtə edilmişdir. Xüsusilə Sovet məkanında mədəniyyət və incəsənət kommunist əxlaqı prinsiplərinin emosional vasitələrinə çevrilmişdir. Mədəni inkişafın sosialist realizmi metoduna, üslubuna uyğunlaşdırılmasına üstünlük verilmişdir. Ancaq bu dövrdə də Azərbaycan sənətkarları tarixi varislik prinsipindən imtina etməmiş, milli-ənənəvi key fiyyətləri müasirləşdirməyi, onları mənəvi stimula çevirməyi bacarmışlar. Yəni mədəniyyət və incəsənət ənənəvi olaraq bədii-estetik mahiyyətini itirməmiş, keçmiş irsimizin tarixi təcrübəsindən bəhrələnə bilmişdir. Təbii ki, bu bəhrələnmə əsasən empirik anlayışlarda daha çox nəzərə çarpmış, cəmiyyətin siyasi, ideoloji baxışlarına uyğun olaraq yanaşılmışdır. Xüsusilə, sənətşünaslıq və mədəniyyətşünaslıq elmləri sahəsində tarixi-ənənəvi təcrübənin nəzəri problemlərinin öyrənilmə metodları sosializm realizmi metodları ilə yanaşma tərzi ilə məhddulaşdırılmışdır. Bu da mədəni-mənəvi təkamülün tədqiqinin ideoloji baxışlara uyğunlaşdırılmasına təminat yaratmışdır. Halbuki, hələ vaxtilə V.Plexanov incəsənətin estetikası və sosiologiyanı şərh edərək estetik zövqün və estetik qiymətləndirmənin tarixiliyini xüsusi olaraq qeyd etmişdir.

Azərbaycan mədəniyyəti və incəsənəti hələ qədim daş dövründən başlayaraq bəşər tarixinin bütün ictimai, siyasi, bədii-estetik xüsusiyyətlərini özündə əks etdirir. Pedaqoq-kulturoloq alim Ələkbər Məmmədovun təbirincə desək, «Milli adət və ənənələr, mərasimlər xalqımızın milli sərvətidir. Onları öyrənmək, öz əməli fəaliyyətlərində ləyaqətlə yaşatmaq hər bir tədris tərbiyə müəssisəsinin, hər bir azərbaycanlının müqəddəs borcudur».

Filoloji, tarixi-etnoqrafik və fəlsəfi ədəbiyyatlarda adət və ənənələrin sosial-mədəni mahiyyəti qismən qeyd olunmuşdur. Xüsusilə, sovet alimləri adət və ənənələrin elmi-mədəni mahiyyətini marksist-leninçi metodlarına uyğun olaraq təhlil etmiş, onların əhəmiyyətini məhdud şəkildə dəyərləndirmişlər. Azərbaycan alimlərindən O.Abdullayev «Sosial fəallıq və yeni adət-ənənələr», F.Xəlilova «Adət və ənənələr», A.Nəbiyev «El nəğmələri, xalq oyunları», R.Əfəndiyev «Azərbaycan xalq sənəti», B.Qurbanov «Mənəvi saflıq dünyası», Q.Cavadov «Azərbaycanda el köməyi adətləri», R.Ağayev «Azərbaycanda bədii xalq yaradıcılığı», A.Şükürov «Islam, adət və ənənə», M.Səttarov «Din ayinlər və xalq adətləri haqqında» adı altında yazdıqları kitablarda adət və ənənələrin elmi-mədəni mahiyyətinə ötəri də olsa nəzər yetirmişlər.

Sənətşünas Mübariz Süleymanov «M.Ə.Rəsulzadə və Azərbaycan mədəniyyəti» adlı namizədlik dissertasiyasında həmin dövrün mahiyyətini şərh edərək yazmışdır: «Türk xalqlarını bir-birindən təcrid etmək, ictimai fikirdə bu xalqların qədimliyinin möhkəmlənməsinə imkan verməmək sovet ideologiyasının də başlıca cəhətlərindən idi».

Məhz elmə, mədəniyyətə qarşı ideoloji yanaşma elmi təhlildə qeyri-obyektiv münasibətlər doğurmuş, adət və ənənələrin bədii-estetik əhəmiyyətini, milli-tarixi, təcrübi mahiyyətinin öyrənilməsini məhdudlaşdırmışdır.

Hazırkı dövrdə milli adət və ənənələrinin bədii-estetik mahiyyətinin öyrənilməsinə, sənətşünaslığın müasir tələblərinə uyğun olaraq milli mentalitetlə bədii-emosional xüsusiyyətlərin vəhdətinin tədqiqinə böyük ehtiyac vardır.

Azərbaycanın mədəniyyət və incəsənəti qədim tarixi köklərə malik olduğundan bəşəri təkamülün bütün mərhələlərində ənənəvi milli yaradıcılıq prinsipləri qorunub saxlanılmış, sənətin müasir mərhələsində də varislik amili öz əhəmiyyətini itirməmişdir. Lakin incəsənətin adət və ənənələrlə qarşılıqlı əlaqələrinin öyrənilməsinə müəyyən obyektiv səbəblərə görə az diqqət yetirilmişdir. Azərbaycanda bədii-emosional yaradıcılığın milli-ənənəvi cəhətlərinin mahiyyəti rus mədəniyyətşünaslığı və sənətşünaslığı fonunda kiçildilmiş, «beynəlmiləlçi» mədəniyyətin təbliği və inkişaf etdirilməsi adı altında ayrı-ayrı xalqların milli-etnik, dini-rasional xüsusiyyətlərinin tədqiqinə az diqqət yetirilmişdir. Rus alimlərindən L.M.Uqrinoviç, V.Zots, A.S.Vıqodskiy, P.S.Quryeviç, M.S.Kaqan, I.N.Krotova, A.A.Leontyev, Y.I.Smirnova və başqaları marksizm-leninizm metodologiyasına uyğun olaraq mədəniyyətin və incəsənətin elmi mahiyyətini və tarixi köklərini tədqiqi edərkən mövcud quruluşun ideoloji tələblərindən kənara çıxa bilməmişlər. Eyni zamanda onların kulturologiya sahəsində apardıqları tədqiqatlar da rus adət və ənənələri, sosializm realizmi məkanı daxilində öz həllini tapmışdır.
Keçmiş SSRI-nin tərkibində olan bütün respublikaların mədəniyyət və incəsənət təmayüllü təhsil ocaqlarında rus xalqının milli xüsusiyyətlərini əks etdirən dərsliklərdən istifadə olunmuş, əslində rus mədəniyyəti, incəsənəti, adət və ənənəsi təbliğ edilmişdir. Yerlərdə milli kültürlərin öyrənilməsinə isə ateizm mövqeyindən yanaşılmış, qismən dini mahiyyət kəsb edən adət və ənənələrin estetik dəyəri, bədii-mədəni xüsusiyyətləri də diqqətdən yayındırılmışdır.

Aparılan araşdırmalar nəticəsində mədəniyyət və incəsənətin irsi xarakteri üzə çıxır. Azərbaycan sənətkarlarının yaşayıb yaratdıqları tarixi mərhələlərdən asılı olmayaraq ruhən bir-birinə oxşarlıqları aşkar edilir. Bu cəhətlər Əcəmi Əbubəkir oğlu Naxçıvaninin memarlıq sənətində də, Sultan Məhəmmədin miniatür əsərlərində də diqqətdən yayınmır. Onların yaratdıqları mənəvi irsi xüsusiyyətlər müasir sənətkarların əsərlərində də bu və ya digər formalarda özünü büruzə verir. Eyni zamanda milli poetik düşüncə məkanında baş verən təkamül də milli irsi xüsusiyyətlərə istinadən davam edir, müasirləşir. Şairlərimiz, aşıqlarımız, başqa lirik söz ustalarımız mənəvi irsi köklərimiz üzərində yaşadır və qədim mədəni köklərimizdən, yaradıcılığın ənənəvi üslublarından, formalarından bir məktəb kimi istifadə edirlər. Məhz mövcud olan bu xüsusiyyətlərin öyrənilməsi bu günümüz üçün də çox aktualdır. Belə ki, Azərbaycanın adət və ənənələrintn bədii-estetik mahiyyətinin elmi təhlili prosesinin əsas istiqamətləri aşa ğıdakı ardıcıllıqla müəyyənləşdirilir.

1. Varisliyin adət və ənənələrdə yeri və onun mənəvi təsir dairəsi;
2. Adət və ənənələrdə bədii-estetik dəyərlərlə milli-ənənəvi təkamülün vəhdəti;
3. Müasir incəsənətdə ənənəvilik və tarixi təcrübə;
4. Müasir mədəniyyətin tarixi-ənənəvi əsasları;
5. Müasir mədəniyyətin inkişafında milli-ənənəvi xüsusiyyətlərin rolu;
6. Mədəniyyət müəssisələrində müasir adət və ənənələrin yeri və inkişaf dialektikası.

Dəqiqləşdirilmiş bu tədqiqat istiqamətlərinə uyğun olaraq adət və ənənələrin tarixi ictimai mühiti, onu siyasi, mədəni proseslərinin təhlili ilə bağlı olan araşdırmalar, tarixi təcrübə prosesində meydana gələn bir çox yaradıcılıq üslublarının və cərəyanlarının təhlili, onların müasir mədəniyyətin inkişafına ənənəvi təsiri və s. diqqəti cəlb edir.

Müasir dövrdə milli adət və ənənələrimizdə bədii-estetik duyumu aşkar edən tarixi faktların və mənəvi-emosional materialların öyrənilməsi, bədii-estetik dəyərlərlə milli-ənənəvi təkamülün vəhdətinin araşdırılması, mədəni varisliyin davam etməsində incəsənət sahəsindəki tarixi təcrübənin rolunun dəqiqləşdirilməsi əsas yer tutur. Bu məqsədlə Azərbaycanın musiqi, teatr, təsviri incəsənət tarixinə, dünya muzeylərində mühafizə olunan milli sənət nümunələrmizə istinad edilir. Incəsənətin müxtəlif sahələrinə aid olan kitablar, qəzet və jurnal məqalələri, muzey eksponatlraı təhlil olunur və araşdırılır.

Ənənəvi sənət nümunələri ilə müasir bədii yaradıcılığın xüsusiyyətləri arasında müqayisəli təhlillər aparılır. Azərbaycanın və dünyanın görkəmli alimlərinin ənənəvi incəsənətə, milli mədəniyyətə aid fikirlərinə münasibət bildirilir.

Mədəniyyətin müasir mərhələdə adət və ənənələr zəminində inkişaf dialektikasının araşdırılması mühüm amildir. Mədəniyyətin ənənəvi təkamül proseslərinin təhlili ilə yanaşı, mədəni asudə vaxitın müasir formaları, bazar iqtisadiyyatı şəaritinə uyğun olaraq onların təşkili metodları nəzərdən keçirilir. Asudə vaxtın funksiyaları bir çox sahələri əhatə etdiyindən onun mahiyyət və əhəmiyyətinə də müxtəlif aspektlərdən yanaşılmalıdır.

Azad, müstəqil bir dövlətə çevrildikdən sonra xalqımızın unudulmuş adət və ənənələrinin bədii-estetik mahiyyətinə, onların mədəniyyət və incəsənətinin inkişafına təsirinə diqqət yetirmək, yeni quruluşun xüsusiyyətlərinə uyğun olaraq mədəniyyət və incəsənət anlayışları haqqında daha yeni və sırf elmi fikirlər söyləmək üçün aşağıdakı sahələrin araşdırılması məqsəd və vəzifə kimi qarşıya qoyulur:

- Mədəniyyət anlayışının milli vət və ənənələr zəminində təhlili;

- Incəsənət və dinin bir-birinə təsirinin təhlilində mövcud olan fikirlərin müqayisəli şərhi, dinin tarixən bədii təfəkkürdə tutduğu yer haqqında rasional və emprik xarakterli məlumatları aşkarlamaq, eyni zamanda onlara münasibət bildirmək;

- Adət və ənənələrin, milli bayram və mərasimlərin incəsənətin inkişafındakı rolu;

- Ənəviliklə varisliyin vəhdətini təmin edən milli amillərin və mentalitetin nəzəri və təcrübi aspektdən təhlili;

- Ənənəvi mədəniyyətin müasir inkişaf sferasında tutduğu mövqeyin dəqiqləşdirilməsi;

- Milli mədəniyyətlə bəşəri mədəniyyətin inteqrasiyasının bəzi aspektlərini müəyyənləşdirmək;

- Ənənəviliyin dialektikasını açıqlamaq və adət-ənənələrin müasir mədəniyyət müəssisələrində davamlı yaşantılarla təhlil etmək;

- Bir çox dünya dövlətlərinin mədəniyyətə olan münasibətlərini nəzərdən keçirmək və onların əldə etdikləri təcrübənin ölkəmizdə tətbiq olunmasının əhəmiyyətini şərh etmək.

Yaradıcılıq prosesində Azərbaycan alimlərinin, eyni zamanda xarici ölkə tədqiqatçılarının, mədəniyyətşünasların, sənətşünasların fikir və mülahizələrinə üstünlük verilməli, onların hər birinə münasibət bildirməlidir. Sovet ideologiyasının milli mədəni irsimizə olan birtərəfli münasibətləri əsaslandırılmış şəkildə tənqid edilir və problemlərin sırf milli məfkurə işığında təhlilinə üstünlük verilməli, eyni zamanda mədəniyyətin mütərəqqi bəşəri əlaqə təcrübəsinin nəzəri və təcrübi cəhətlərinə, onlarla əlaqə yaratmağın nəzəri, emprik nümunələrinə istinad edilməlidir.

Sovet məkanında adət və ənənələrimiz sırf ideoloji baxımdan tədqiq edilmiş, mədəniyyətin və incəsənətin dini təfəkkürlə əlaqələndirilməsinə qadağalar qoyulmuşdur. Imperialist ideologiya milli tarixi təkamülün təhrif olunmuş formalarının, sosialist həyat tərzinin prinsiplərinə ideyaca uyğun gələnlərinin tədqiqinə və cəmiyyətdə təbliğinə şərait yaratmışdır. Mövcud tədqiqatın elmi-tarixi yeniliyi məhz adət və ənənələrimizlə mədəni inkişafın vəhdətdə olduğun, eyni zamanda milli, dini, mədəni irsimizin bədii-estetik zövqün formalaşmasına təsirini işıqlandırmaqdan, varislik prinsiplərinin yaşamasında ənənəvi, tarixi, milli mədəniyyət nümunələrinin dəyərləndirilməsindən ibarətdir. Bu mənada adət və ənənələrimizin milli dəyərlər sistemindəki əhəmiyyəti, mədəniyyətin sırf milli mənsubiyyət baxımından təhlili elmi tarixi yenilik hesab edilə bilər.

Milli incəsənətimizin tarixi qədim daş dövründən başlayaraq indiki dövrümüzə qədərki dövrü əhatə edir. Orta əsrlərdə yaşamış və tanınmış Azərbaycan sənətkarlarının incəsənət haqqında yazıdaqlır fikirləri təsviri incəsənətdə, musiqidə, memarlıqda, xoreoqrafiyada, teatrda mövcud ldan varislik prinsiplərinin və milli ənənəvi zəmində inkişafın dialektikası diqqəti cəlb edir. Bu məqsədlə, XVI əsrdə öz estetik baxışlarına görə bütün Şərqdə tanınan Təbrizli Sadıq bəy Əfşarın «Qanun-suvər» («Təfsirlər qanunu»), Soltan Məhəmməd tərəfindən əsası qoyulmuş «Təbriz məktəbi»nin nümayəndələri Mirzə Əli, Müzəffər Əli, Mir Seyid Mir Zeynalabidinin, Mir Yəhya Əli Rzanın təsviri sənət ustalarının yaradacılığı qiymətli mənbədir. Onların yaşadıqları dövrlərin sənətkarlığı haqqında tarixi məlumatlar verilir. Eyni zamanda bədii toxuculuq və zərgərlik sənətimizdə mövcud olan varislik prinsipinə xüsusi diqqət yetirilir. Təbriz, Ərdəbil, Şamaxı, Gəncə, Naxçııvan, Quba və başqa şəhərlər imizdə inkişaf edən xalq sənətkarlığının milli xüsusiyyətləri diqqətəlayiqdir.

Eyni zamanda təsviri incəsənət sahəsində ənənəviliyin davam etməsinin sübutu kimi Qədim Misir heykəltəraşı Tutmos, yunan heykəltəraşı Fidi, Miron, Praksitol, intibah dövrünün görkəmli heykəltəraşı Mikelancelo, XX əsrin məşhur rus heykəltəraşı S.T.Kononkov, Azərbaycan heykəltəraşları Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Tokay Məmmədov, Ömər Eldarov, görkəmli rəssamlar Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov və başqalarının yaradıcılığındakı varisliyə əməl etmək ənənələrindən, yaradıcılıq üslublarından nümunələr maraqlıdır.

Musiqi mədəniyyəti tariximizdə də adət və ənənənin inkişaf təsiretmə konturları təhlil edilərək, milli muğamlarımızdan üzübəri peşəkar musiqi yaradıcılığındakı tarixi bağlılıq ənənələrinin mövcudluğu açıqlanır. Orta əsrlərin görkəmli sənətkarlarında mövcud olan universallığın irsi xarakter daşıdığı aşkarlanmış, Fərabidən, Ibn Sinadan sonra da, Azərbaycanın musiqi tarixində Səfiəddin Urməvi, Əbdülqadir Marağayi, Şəmsəddin Səhrəvəridi, Əli Sitayi, Həsən Zəfər, Hüsaməddin Qoşluq Buğa və s. kimi univresal sənətkarlar yetişmişdir. Yəni bu sənətkarların demək olar ki, əksəriyyəti şair, rəssam, xəttat, alim, musiqi ifaçısı peşələrinə yiyələnmişlər. Universallığın bu əlamətləri irsi olaraq Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəyova da keçmişdir. Eyni zamanda Üzeyir Hacıbəyovun yaratdığı mədəni irsin özü də müasir sənətkarlarımızın ənənəvi örnək məktəbidir.

Mədəniyyət və incəsənət tarixmizdə baş verən ənənəvi proseslər ümumiləşdirilmiş şəkildə özünü göstərir. Memarlıqda mövcud olan simmetriya qanunlarını öz fəaliyyətinə tətbiq edən xalq sənətkarları haqqında da elmi-tarixi məlumatlar verilir və eyni zamanda bədii poetikanın ənənəvi xüsusiyyətləri də şərh olunur.

Müasir mədəni-kütləvi tədbirlərimizin tarixi kökləri mifologiyamızla, qədim milli, dini adət və ənənələrimizlə, bayram və mərasimlərimizlə əlaqələndirilir. Aparılan bu araşdırmalar tədqiqatın elmi-tarixi əhəmiyyətə malik olduğuna dəlalət edir.

Aparılan elmi araşdırmalar zamanı əldə olunan başlıca qənaətə görə tədqiqatın nəticələri Azərbaycan mədəniyyət və incəsənət tarixinin milli-ideoloji mənbələrinin ənənəvi-tarixi təcrübəsini aşkar etməklə, mədəniyyətdə varislik prinsipinin real mənzərəsini açıqlamaqla elmi-nəzəri əhəmiyyət daşıyır.

Adət və ənənələrin tarixi yaradıcılıq təcrübəsini nəsildən-nəslə ötürmək xüsusiyyətləri müasir mədəniyyət və incəsənətin daha da zənginləşməsinə və inkişafına kömək edən elmi-nəzəri, ənənəvi vərdiş və biliklərə yiyələndirmək vasitələri kimi, xüsusi əhəmiyyət kəsb edir.

Ilqar HÜSEYNOV

Dostlarınızla paylaşın

Şərhlər: 2
  1. Kənan Heydərov
    Melumata göre tesekkurler.
    -=* Medalları *=-

    -=* İmza *=-

    test


    ▄██▄██▄░██░░░▄█▀▀█▄░█▌░░▐█░██▀▀▀░▄██▄██▄ ▀█████▀░██░░▐█▌░░▐█▌▐█░░█▌░██▀▀░░▀█████▀ ░░▀█▀░░░██▄▄░▀█▄▄█▀░░▀██▀░░██▄▄▄░░░▀█▀
  2. L e o n
    Bir azdan milli adet ve enenelerden eser elamet qalmayacaq.
    Xeber ucun teshekkur.
    -=* Medalları *=-

    -=* İmza *=-



Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.