reklam
Sevgilililər gününə özəl Sevgilililər gününə özəl https://loading.az/uploads/posts/2019-02/thumbs/1549491555loading.az_2019-02-07-02_16_11.jpg
Sensiz darixiram

Sensiz darixiram özünü 😟 tənha hiss edir. Video, Klip / Şeirlər 14-02-2019, 00:00

Sevgilililər gününə özəl

Sən çıxıb gedəndən hər şey dəyişib(ixtisarla)
Sən çıxıb  gedənnən hər şey  dəyişib
Yediyim yeməyin dadı da yoxdu
Bilmirəm həyatda niyə qalmışam
Artıq yaşamağın adıda yoxdu..
 
Görəsən yuxunda görürsən məni?
Diksinib yuxudan oyananda mən.
Baxır gözlərimə məyus bir adam
Güzgünün önündə dayananda mən.

Sən axı mənim hər şeyim idin
İndiki sən yoxsan mən sər-səfiləm
İnsanlar soruşur "salam, necesən?"
Yaxşıyam desəmdə yaxşı deyiləm...

Mənə bir məktub yaz,bir məktub göndər,
Bir parça varağa bağışla məni.
Yanıma gəlmirsən gəlmə eybi yox
Uzaqdan uzağa bagışla məni...

Artıq doğma olub hər gecə mənə,
Bu dar küçələr,bu boş səkilər.
Elə yuxusuzam üzümə baxsan
Gözümdən gözünə yuxu tökülər.



Sevgilililər gününə özəl


Və bu gün...."Sevgililər Günü"...Bu gün sənin cismin yanımda olmasada sevgilim narahat olma hələdə ürəyimdəsən.Bax sənə hələdə "sevgilim" deməyi bacarıram...
   Bu həyatın heç sevmədiyim bir tərəfi var "hər şeyə alışmaq".Artıq sənsizliyədə alışmağa çalışıram.Çətin olduğunu bilə-bilə bunu eləməyə çalışıram.
   Bilmirəm bəlkədə sən xoşbəxtsən.Ancaq mənim üçün bu günə sənsiz girmək bir bilsən nə qədər çətin  olduğunu.Dostlarım,tanışlarım hamısı sevgilisi ilə birlikdə girəcək.Amma mənim sevgilim ola-ola mən yanlız girməyə məcburam😔
   Getməyinin bir ay tamam olmağına az qaldı  artıq.Amma mənim üçün sanki bir il keçir.Hər gün başımın ağrısı,ürəyimin ağrısı və ağlamağım.💦😔Bu günlərimdə yanımda tək olan bir dostum bir də yeznəm oldu.Amma "Sən" olmadın.Bilirsən?sənnən sevgili olduğuma heçdə peşman deyiləm əslində.Həyatı öyrənmiş oldum...
     Qardaşım bu yaxınlarda sevgilisindən ayrıldı.Hər gün içir,həddindən artıq siqaret çəkir.Mən sənnən sevgili olmamışdan  qabaq daha doğrusu birini sevməmişdən qabaq düşünürdim ki,nə mənası vare birinə görə belə olmağın.Amma indi bilirəmki onun əlində deyilmiş.Bunları eləməyi oda istəmirmiş.Çünki,sevgi elə bir hissdir ki,çox güclüdü.Heç vaxt ona qalib gəlmək olmur.Birdə bax bunu öyrənmiş oldum...
    Doğrusu deye bilərsiniz ki,sən hələ balacasan nə sevgisi falan.Amma ilk dəfə birini belə sevdim.O mənim üçün tamam fərqli biri oldu sanki.


    
Baax))Mənə elə gəlirki bu şəkili xatırlayarsan.Mən çəkmişdim))İkimizdən qalan tək xatirə bu, bir mesajın, bir də qəlbimdə qalan qırıqlar oldu.Nə deyim sevgilim "canın sağ olsun"😔Amma mən səni yenədə gözləyəcəm.Taki nə zaman bilsəm ki,tamamən unutmusan məni o zamana qədər.Çalışacam ki,ilk mən yox sən məni unudasan.





Buda sənin sevdiyin mahnı(((

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
248 257 299 238 260 237

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.