reklam
"Facebook"da göndərilən mesajları silmək mümkün olacaq "Facebook"da göndərilən mesajları silmək mümkün olacaq https://loading.az/uploads/posts/2019-02/thumbs/1549435186loading.az_727653.jpg
Esmeralda

Esmeralda Programlar 6-02-2019, 10:39

"Facebook"da göndərilən mesajları silmək mümkün olacaq

"Facebook"da göndərilən mesajları silmək mümkün olacaq
"Facebook" sosial şəbəkəsi fevralın 5-dən "Messenger"də göndərilən mesajların 10 dəqiqə ərzində silinməsi funksiyasını işə salıb.

Loading.az "Report"a istinadən bildirir ki, bu barədə "Facebook Messenger"in məlumatında bildirilir.

"Bu gündən etibarən "Messenger"də bir nəfərə və ya qrupa göndərdiyiniz mesajları asanlıqla silə biləcəyiniz funksiyanı işə salırıq", - deyə məlumatda qeyd olunub.

Bunun üçün ekranda mesajın üzərinə basmaq və "hamı üçün silmək", yaxud "özün üçün silmək" variantlarından birini seçmək lazımdır. Eyni zamanda birinci halda bütün qrup iştirakçılarına mesajın silinməsi barədə məlumat gələcək. Mesajları göndərdikdən sonra yalnız 10 dəqiqə ərzində silmək mümkün olacaq.

Yeni funksiya "iOS" və "Android" əməliyyat sistemlərinin son versiyalarından istifadə edənlər üçün yararlı olacaq.

Daha əvvəl "Facebook" şirkəti İranla bağlı bir neçə yüz əkkaunt və qrupu silib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
250 264 278 255 222 287

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.