reklam
Küçəyə atılan körpələrin anası tapıldı: "Gecə evdən qaçdım, uşaqları isə..." Küçəyə atılan körpələrin anası tapıldı: "Gecə evdən qaçdım, uşaqları isə..." https://loading.az/uploads/posts/2019-02/1549272907loading.az_2_61549266885.jpg
Esmeralda

Esmeralda Xəbərlər 4-02-2019, 15:30

Küçəyə atılan körpələrin anası tapıldı: "Gecə evdən qaçdım, uşaqları isə..."

Küçəyə atılan körpələrin anası tapıldı: "Gecə evdən qaçdım, uşaqları isə..."
Bərdə rayonunda küçədən tapılan körpələrin anası tapılıb.

Loading.az report-a istinadən xəbər verir ki, hadisədən sonra Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları bu istiqamətdə əməliyyat axtarış tədbirlərinə başlayıb.

Məlum olub ki, körpələrin anası Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Nemət qızı Osmanovadır.

Bərdə rayonunda işləyən Y.Osmanova "Report"a uşaqları maddi çətinlikdən saxlaya bilmədiyini və belə bir işi gördüyünü deyib: "Bir müddət kafedə və çay evlərində işlədim. Kirayə ev tapmışdım, günə 2 manat pul verirdim. Sonra işdən çıxdım və kirayə pulu da verə bilmədim. Bildim ki, ev yiyəsi bizi çıxaracaq ona görə özüm gecə evdən çıxaraq qaçdım, uşaqları isə evdə saxladım. Sonra ev yiyəsi mənim gəlmədiyimi görüb uşaqlarımı bizi həmin evə aparan iş yoldaşıma verib".

Faktla bağlı araşdıma aparılır.

Qeyd edək ki, Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan 2 azyaşlı uşaq tapılıb.

Yerli sakinlərin sözlərinə görə, körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
167 170 177 170 180 173

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.