ONLAYN: 24

Qonaq: 1011 Cəmi: 1038
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Kənan Heydərov
Xəbər 71
Cəmi: 5511
amon
Xəbər 26
Cəmi: 854
Xaliq
Xəbər 26
Cəmi: 360
Dear
Xəbər 8
Cəmi: 76
Avara_Şair
Xəbər 7
Cəmi: 1547
_AzƏrİ_QıZı_
Xəbər 5
Cəmi: 32
Ramal
Xəbər 4
Cəmi: 5
Azra
Xəbər 2
Cəmi: 12
MaraL
Xəbər 2
Cəmi: 2
ODiNoKiY_VoLK
Xəbər 2
Cəmi: 334

Son Hədiyyə

Göndərilmiş hediyyə
Kənan Heydərov » Ümidli gözəl

Mesaj: Ümidin bitdiyi yerdə əsarət başlar...💖💖

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,6 Milyon
2) Kənan Heydərov » 1,4 Milyon
3) Sol Meleyim » 455,9 Min
4) Avara_Şair » 395,7 Min
5) Sensiz darixiram » 394,4 Min
6) Sistem » 379,4 Min
7) L e o n » 357,2 Min
8) AzizA » 291,6 Min
9) Elnare » 224,5 Min
10) _Yene_Tenha_ » 220,2 Min
11) amon » 152,2 Min
12) poppy » 144 Min
13) SeKeRCiK » 139,3 Min
14) _O.R.X.A.N_ » 120,8 Min
15) Nani_Fit » 87,1 Min
16) sessiz musiqim » 83,7 Min
17) pandisim » 82,8 Min
18) Xaliq » 80,1 Min
19) _Uğurböceyi_ » 79,9 Min
20) Ümidli gözəl » 78,9 Min

Reklam

Bir dəfə klik edin

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
sessiz musiqim
Şərh: 134
Cəmi: 1595
Dear
Şərh: 110
Cəmi: 1313
Elnare
Şərh: 92
Cəmi: 1852
Sensiz darixiram
Şərh: 43
Cəmi: 4052
_AzƏrİ_QıZı_
Şərh: 38
Cəmi: 240
Xaliq
Şərh: 33
Cəmi: 291
Kənan Heydərov
Şərh: 30
Cəmi: 7826
amon
Şərh: 24
Cəmi: 820
Ramal
Şərh: 9
Cəmi: 9
MaraL
Şərh: 9
Cəmi: 9

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Kənan Heydərov
Bugün 190
Cəmi: 190
sessiz musiqim
Bugün 144
Cəmi: 144
Xaliq
Bugün 128
Cəmi: 128
Dear
Bugün 120
Cəmi: 120
Elnare
Bugün 98
Cəmi: 98
Sensiz darixiram
Bugün 97
Cəmi: 97
_AzƏrİ_QıZı_
Bugün 68
Cəmi: 68
GozeLoV
Bugün 59
Cəmi: 59
amon
Bugün 54
Cəmi: 54
Avara_Şair
Bugün 37
Cəmi: 37

Reklam

Bir dəfə klik edin
Azərbaycanda sosial-iqtisadi vəziyyət
Azərbaycan Yüklə
Azərbaycanda sosial-iqtisadi vəziyyət
XVIII əsrin birinci yarısında Azərbaycanda sosial-iqtisadi vəziyyət. XVII əsrin sonu-XVIII əsrin əvvəllərində dərin iqtisadi və sosial böhran keçirən Səfəvi dövlətinin xəzinəsi boşalır. Mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən bəzi bəylərbəyilər və başqa iri feodallar müstəqilliyə can ataraq tabe olmaqdan imtina edirlər.


1716-cı ildə Rusiya çarı I Pyotr tərəfindən Səfəvi dövlətinə səfir göndərilən A.L.Volınski Azərbay­andakı vəziyyət haqqında belə yazır: «Səfəvilər dövlətinin taxıl anbarı hesab edilən Azərbaycanda tarlalar 7 il ərzində əkilməmişdir, ölkədə aclıq hökm sürür. Dövlətin ağır xərclərini vergilər hesabına ödəyəcəyini ümid edən şah hökuməti bu işi qaydaya salmaq məqsədi ilə əhalini yenidən siyahıya aldı. Həmin müddətdə əhalinin təkcə özü deyil, əmlakı da siyahıya alındı».

1699-1702-ci illərdə bu tədbirlərin görülməsi nəticədə ölkədə toplanan vergi və mükəlləfiyyətlərin artmasına, bu da öz növbəsində xalqın var-yoxdan çıxmasına səbəb olur. Toplanan vergilərin çox az hissəsi xəzinəyə göndərilir, qalanı isə yerli hakimlər tərəfindən mənimsənilir. Belə bir şəraitdə Səfəvi dövlətinin bir çox bölgələrində olduğu kimi, Azərbaycanda da xalqın mübarizəsi yenidən alovlanır, şah hakimiyyətinə və yerli əyanlara qarşı müqavimət hərəkatı güclənir.

İlk kütləvi xalq çıxışı 1707-ci ildə Car-Bala­kəndə başlayır. Bu çıxış çox çətinliklə yatırılır. Daha sonra Təbrizdə və Muğanda çıxışlar olur. 1711-ci ildə Car-Balakən camaatı yenidən silaha əl atır. Şamaxı şəhərinə hücum edən üsyançılar bəylərbəyinin qoşu­nunu məğlub edərək özünü də öldürürlər. Səfəvi şahı Sultan Hüseyn (1694-1722) Keyxosrovu Şirvana yeni bəylərbəyi təyin edir.

Tezliklə Muğan əhalisi də mərkəzi hakimiyyətdən üz döndərir. A.L.Volınski yazır ki, «onlar şahın nümayəndələrini qovaraq yerli əyanlardan birini özlərinə hakim seçdilər, şah qoşununu isə darmadağın etdilər».

Azərbaycanın cənubunda və şimal-şərqində, habelə cənubi Dağıstanda da Səfəvi hakimiyyətinə qarşı ciddi çıxışlar baş verir. 1709-cu ildə Təbrizdə sənətkarların və şəhər yoxsullarının da silahlı çıxışları başlayır. Tezliklə bu mübarizəyə kəndlərin də əhalisi qoşulur. 1709-1715-ci illərdə Sovucbulaq və Muğanda kəndli çıxışları geniş vüsət alır.

Elə bu illərdə Şirvan feodal zülmünə qarşı mübarizənin mərkəzinə çevrilir. Şirvan üsyançılarının ilk addımı uğursuz olur. Müşkür mahalının Dədəli kəndindən olan Hacı Davud xalq hərəkatına rəhbərlik edir. Üsyançılar Dərbənd, Şirvan və Xudata hücum edirlər. 1719-cu ildə mərkəzi hakimiyyətin və yerli hakimlərin birləşmiş hərbi qüvvələri hərəkatı yatırır. Hacı Davud həbsxanaya salınır.

Az sonra həbsdən qaçan Hacı Davud 1720-1721-ci illərdə yenidən üsyançılara rəhbərlik etməyə başlayır. Şirvanda və Dağıstanda hakimiyyəti ələ almaq məqsədi güdən Hacı Davud kömək üçün Rusiyaya müraciət edir. Lakin Rusiyanın mənafeyinə uyğun olmadığından onun müraciətləri cavabsız qalır. Vəziyyəti belə görən Hacı Davud qüvvələri toplayaraq Qazıqumuq hakimi Surxay xanla birləşib 1721-ci ilin avqustunda Şamaxıya hücum edir. Ciddi müqavimətlə qarşılaşmayan üsyançılar şəhər əhalisinin köməyi ilə Şamaxını ələ keçirirlər. Bu zaman Şamaxıda alver edən xarici tacirlərlə yanaşı, rus tacirlərinə də böyük ziyan dəyir, bəziləri isə öldürülür. Bundan sonra Hacı Davud və Surxay xan Azərbaycanın başqa vilayətlərinə hücum edirlər. Lakin onların bu cəhdi uğursuz olur.

1722-ci ildə əfqanlar İsfahan yaxınlığında Səfəvi ordusunu məğlub edirlər. İsfahan mühasirəyə alınır. Tezliklə şəhərə daxil olan əfqanlar Sultan Hüseyn başda olmaqla bütün Səfəvi xanədanını həbs edirlər. Şahın böyük oğlu Təhmasib Astrabada qaçmağa imkan tapır və burada özünü II Təhmasib adı ilə şah elan edir (1722-1732).

Mərkəzi hakimiyyətin devrilməsi müstəqil Azərbaycan dövlətinin yaradılmasına imkan versə də bu tarixi şəraitdən istifadə olunmur. Bunun başlıca səbəbi ayrı-ayrı vilayətlər arasında əlaqələrin zəifliyi olsa da, qonşu dövlətlərin müdaxiləsi də burada mühüm rol oynayır. Artıq bu zaman Osmanlı və Rusiya dövlətləri Qafqazda hakimiyyət uğrunda qarşı-qarşıya durmuşdular.

Dostlarınızla paylaşın

Şərhlər: 3
  1. L e o n
    Cox maraqli oldu oxumaq teshekkurler.
    -=* Medalları *=-

    -=* İmza *=-



  2. Esmeralda
    dəyərli xəbər üçün təşəkkür
    -=* Medalları *=-

  3. Kənan Heydərov
    Gözəl məlumatları oxumalı bilmeli.

    Ölkəmiz indi dahada dinamik inkişaf edib.
    -=* Medalları *=-

    -=* İmza *=-

    test


    ▄██▄██▄░██░░░▄█▀▀█▄░█▌░░▐█░██▀▀▀░▄██▄██▄ ▀█████▀░██░░▐█▌░░▐█▌▐█░░█▌░██▀▀░░▀█████▀ ░░▀█▀░░░██▄▄░▀█▄▄█▀░░▀██▀░░██▄▄▄░░░▀█▀

Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.