ONLAYN: 14

Qonaq: 672 Cəmi: 689
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Kənan Heydərov
Xəbər 71
Cəmi: 5511
amon
Xəbər 26
Cəmi: 854
Xaliq
Xəbər 26
Cəmi: 360
Dear
Xəbər 8
Cəmi: 76
Avara_Şair
Xəbər 7
Cəmi: 1547
_AzƏrİ_QıZı_
Xəbər 5
Cəmi: 32
Ramal
Xəbər 4
Cəmi: 5
Azra
Xəbər 2
Cəmi: 12
MaraL
Xəbər 2
Cəmi: 2
ODiNoKiY_VoLK
Xəbər 2
Cəmi: 334

Son Hədiyyə

Göndərilmiş hediyyə
Kənan Heydərov » Ümidli gözəl

Mesaj: Ümidin bitdiyi yerdə əsarət başlar...💖💖

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,6 Milyon
2) Kənan Heydərov » 1,4 Milyon
3) Sol Meleyim » 455,9 Min
4) Avara_Şair » 395,7 Min
5) Sensiz darixiram » 394,4 Min
6) Sistem » 379,4 Min
7) L e o n » 357,2 Min
8) AzizA » 291,6 Min
9) Elnare » 224,5 Min
10) _Yene_Tenha_ » 220,2 Min
11) amon » 152,2 Min
12) poppy » 144 Min
13) SeKeRCiK » 139,3 Min
14) _O.R.X.A.N_ » 120,8 Min
15) Nani_Fit » 87,1 Min
16) sessiz musiqim » 83,7 Min
17) pandisim » 82,8 Min
18) Xaliq » 80,1 Min
19) _Uğurböceyi_ » 79,9 Min
20) Ümidli gözəl » 78,9 Min

Reklam

Bir dəfə klik edin

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
sessiz musiqim
Şərh: 135
Cəmi: 1596
Dear
Şərh: 110
Cəmi: 1313
Elnare
Şərh: 92
Cəmi: 1852
Sensiz darixiram
Şərh: 43
Cəmi: 4052
_AzƏrİ_QıZı_
Şərh: 38
Cəmi: 240
Xaliq
Şərh: 33
Cəmi: 291
Kənan Heydərov
Şərh: 30
Cəmi: 7826
amon
Şərh: 24
Cəmi: 820
Ramal
Şərh: 9
Cəmi: 9
MaraL
Şərh: 9
Cəmi: 9

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Kənan Heydərov
Bugün 190
Cəmi: 190
sessiz musiqim
Bugün 145
Cəmi: 145
Xaliq
Bugün 128
Cəmi: 128
Dear
Bugün 120
Cəmi: 120
Elnare
Bugün 98
Cəmi: 98
Sensiz darixiram
Bugün 97
Cəmi: 97
_AzƏrİ_QıZı_
Bugün 68
Cəmi: 68
GozeLoV
Bugün 59
Cəmi: 59
amon
Bugün 54
Cəmi: 54
Avara_Şair
Bugün 37
Cəmi: 37

Reklam

Bir dəfə klik edin
Azadlıq uğrunda mübarizə
Azərbaycan Yüklə
Azadlıq uğrunda mübarizə
Azərbaycan torpaqlarının azad edilməsi uğrunda mübarizə. XVIII əsrin əvvəllərində üç dövlət arasında parça-parça edilmiş, döyüş meydanına çevrilmiş Azərbaycan torpaqlarında yaşayan əhali, xüsusən Rusiya işğalına qarşı çıxışlara başlayır. Lakin Rusiya hökuməti bu çıxışları amansızlıqla yatırmağa nail olur.


1726-cı ildə Zəngəzurda Osmanlılar əleyhinə güclü üsyan başalyır. Qafanda sultanın vergi toplayanlarının idarəsini ələ keçirən üsyançılar Səfəvilər dövründən qalmış vergi siyahılarını yandırırlar. Üsyanı yatırmağı bacaran Osmanlılar üsyançıları ciddi cəzalandırırlar.

1727-1728-ci illərdə əhalinin yeni siyahıya alınması keçirilir və vergi toplanması işi Osmanlı qaydasında aparılmağa başlayır. Bunun nəticəsində Şirvanda vergilərin məbləği xeyli artır, bu da hakim dairələrlə xalqın arasında ciddi toqquşmalara səbəb olur.

Osmanlılar əleyhinə hərəkat 1729-cu ildə Qarabağda da şiddətlənir. Eyni vaxtda Şamaxı, Təbriz, Xaçqala, Marağa, Hərmurd, Ərdəbil və Xalxal bölgələrində də Osmanlı hakimiyyətinə qarşı üsyanlar başlayır. Bu üsyanlar 1731-ci ilə qədər davam edir və çətinliklə yatırılır.

Osmanlı ordusunun vəziyyətini ağırlaşdıran amillərdən biri də tənəzzülə uğramaqda olan Səfəvi dövlətinin qüdrətini bərpa etmək uğrunda atılan addımlar və əhalinin mübarizə ruhunun güclənməsi olur. XVIII əsrin 30-cu illərinin əvvəlində Səfəvi imperatorluğunun bir dövət kimi varlığı üçün təhlükə yaranır. Şah II Təhmasib və yerli feodallar dövlətin taleyi haqqında düşünməli olurlar. İşğala qarşı mübarizədə daxili qüvvələri birləşdirmək, xalqın mübarizə ruhunu özünə qaytarmaq yolunda ciddi addımlar atılmağa başlayır. Bu məsul və şərəfli vəzifəni Əfşar tayfasından olan Nadir xan öz üzərinə götürür. Nadir xanın igidliyindən xəbər tutan II Təhmasib onu ordunun baş komandanı təyin edir. Nadir ilk həmləsində əfqanları ölkədən qovur. İsfahanı azad edərək Şah II Təhmasibin mərkəzdə oturmasını təmin edir. Bu qələbə onun nüfuzunu bir qədər də artırır. 1730-cu ildən etibarən Osmanlı dövlətinə qarşı müharibə başlayır. Nadirin təkidi və təhriki ilə II Təhmasib Osmanlılardan işğal etdikləri ərazilərin geri qaytarılmasını tələb edir. Osmanlı dövlətinin rədd cavabı iki dövlət arasında müharibənin başlanmasına səbəb olur. Azərbaycan ərazisi yenidən müharibə meydanına çevrilir. Nadir xan Osmanlı qoşunu üzərində ilk böyük qələbəni Marağada əldə edir. 1730-cu ilin sentyabrında Ərdəbil, daha sonra Təbriz azad edilir. 1730-cu ilin payızında İrəvana doğru hərəkətə başlayan Nadir xan Xorasanda üsyan başladığına görə geri qayıtmağa məcbur olur. Nadirin artan nüfuzundan qorxuya düşən II Təhmasib bu vəziyyətdən istifadə etmək, öz nüfuzunu yüksəltmək qərarına gəlir. Nadirin qayıtmasını gözləməyən şah 1731-ci ildə Naxçıvanı və İrəvanı Osmanlılardan geri almaq məqsədi ilə hərbi əməliyyatlara başlayır. Onun qoşunu Üçmüədzin yaxınlığında qələbə çalsa da, İrəvan səmtində ağır məğlubiyyətə düçar olur. Bu məğlubiyyətdən istifadə edən Osmanlı komandanlığı itirilmiş əraziləri geri qaytarmaq qərarına gəlir. 1731-ci ilin aprelində Surxay xan da Şirvandan Təbriz tərəfə hərəkət edir və Gəncədən göndərilən Osmanlı qoşunları ilə birləşir. Osmanlı qoşunu əvvəcə Urmiyanı, sonra isə Təbrizi və Ərdəbili tutur. Həmədan yaxınlığındakı qələbə ilə Osmanlı qoşunu üçün İsfahana gedən yol açılmış olur. Lakin ölkənin paytaxtını ələ keçirməyə kifayət qədər qüvvənin olmaması Osmanlıların tutduqları ərazilərlə kifayətlənməməsinə səbəb olur.

1732-ci il yanvarın 16-da Kirmanşahda Səfəvilərlə Osmanlılar arasında sülh müqaviləsi imzalanır. Müqavilənin şərtlərinə görə İrəvan, Gəncə, Şamaxı və Şirvan bölgələri Osmanlılara verilir. Əvəzində isə Osmanlı dövləti Həmədan, Kirmanşah, Ərdəbil və Təbrizi Səfəvilərə qaytarmağa razılaşır. Araz çayının hər iki dövlət arasında sərhəd olması qərarlaşdırılır. Lakin Nadir xan bu müqaviləyə qarşı çıxaraq onu tanımadığını bildirir.

Azərbaycan torpaqlarının azad edilməsi. Cənubi Qafqazda Rusiyanın vəziyyətinin ağırlaşmasından istifadə edən Nadir xan cəsarətlə Xəzəryanı bölgələrdəki rus qoşunlarının komandanlığından bu əraziləri tərk etməyi tələb edir. Artıq I Pyotr öldüyündən Rusiyada bu əraziləri əlində saxlayacaq ikinci bir şəxs yox idi. Həmçinin buradakı qoşunu saxlamaq da çoxlu xərc tələb edirdi. Digər tərəfdən Səfəvilərin mərkəzi hakimiyyətinin güclənməsi Osmanlıların Xəzəryanı bölgələrə buraxılmayacağına zəmin yaratmışdı. Bütün bu amilləri nəzərə alan Rusiya dövləti 1732-ci il yanvarın 21-də Rəşt şəhərində Səfəvilərlə müqavilə imzalayır. Müqavilənin şərtinə əsasən Kürdən cənubda yerlən Xəzəryanı bölgələr Səfəvi dövlətinə qaytarılır, Səfəvi dövləti isə Osmanlıları bu yerlərə buraxmayacağını öhdəsinə götürür. Müqavilədə həmçinin, rus taciləri üçün güzəştli şərtlər də nəzərdə tutulur. Bu müqavilə əsasında işğal olunmuş torpaqlarımızın bir hissəsini azad etmək mümkün olur, Xəzəryanı bölgələr yenidən Səfəvi dövlətinin tərkibinə qaytarılır.

Xorasandan qayıdan Nadir xan 1732-ci ilin avqustunda tərəfdarları olan feodal əyanların köməyi ilə Şah II Təhmasibi taxtdan salır, onun oğlu Abbas Mirzəni III Abbas adı ilə şah (1732-1736), özünü isə onun qəyyumu elan edir. Bu vaxtdan etibarən Əfşar tayfasından olan Nadir xan Səfəvi dövlətinin faktiki hakimi olur. Nadir xan ilk olaraq Osmanlı komandanlığı ilə II Təhmasib arasında bağlanmış müqaviləni ləğv edir. O, Osmanlı dövlətindən 1723-cü ildən bəri iş­ğal etdiyi torpaqları Səfəvilərə qaytarmağı tələb edir. Osmanlıların rədd cavabı yeni­dən müharibəyə səbəb olur. Nadir güclü qoşunla bir neçə istiqamətdə Os­manlı qoşunları üzərinə hücuma keçir.

1733-cü ilin yanvarında Bağdad ətrafında gedən qızğın döyüşlərdə Nadir xanın sərkərdəlik qabiliyyəti, cəsarəti öz təsirini göstərir. Səfəvi qoşunundan ciddi zərbə alan Osmanlılar fevralda döyüşü dayandırırlar. Osmanlı ordusunun komandanı Əhməd paşa sülh müqaviləsi bağlamağa razı olur. Bağdad müqaviləsinin şərtinə görə Osmanlılar son on ildə tutduqları bütün torpaqları qaytaracağını öhdəsinə götürür və buna qismən əməl edir. Bir qədər sonra Azərbaycanın cənubunda hərbi əməliyalar dayandırılır və Osmanlı hərbi birləşmələri buradan çıxarılır.

Şirvanda da Osmanlı hökmranlığına son qoyulur. Osmanlıların himayəsi altında özünü sərbəst aparan Surxay xan qaçır. 1734-cü ilin sonunda Şamaxını tutan Nadir xan şəhəri dağıdır, əhalisini isə Ağsuya köçürüb adını «Yeni Şamaxı» qoyur. Şamaxıdan sonra Nadir xanın ordusu Surxay xanın gizləndiyi Qazıqumuxa doğru hərəkət edir. Bunu eşidən Surxay xan qaçmaqla canını qurtara bilir.

Nadir xan öz ordusunu Gəncə istiqamətinə yönəldir. Lakin burada Osmanlıların mövqeyi xeyli möhkəm olur. Kifayət qədər canlı qüvvəyə və hərbi sursata malik olan Osmanlı qoşunu Krım türkləri ilə birlikdə ciddi müqavimət göstərirlər. Buna baxmayaraq vətən torpağının hər qarışı uğrunda mübarizə aparan Nadir xan onları mühasirəyə alır. Mühasirə 4 aydan artıq davam edir. Nadir Xəzəryanı torpaqları azad etməyi də qərara alır. O, bu torpaqları rusların əlində qoyub qərbə doğru hərəkət eləməyi doğru hesab eləmir. Bu məqsədlə əvvəlcə rus ordusunun bu yerlərdən çıxması tələbini irəli sürür. Rusiya Nadir xanın bu tələbləri ilə razılaşmağa məcbur olur və 1735-ci il martın 21-də Gəncə yaxınlığında Rusiya dövləti ilə Səfəvilər arsında müqavilə bağlanır. Müqavilənin şərtinə əsasən rus qoşunu Xəzəryanı əraziləri tərk edir.

Nadir xan Xəzəryanı vilayətləri azad etdikdən sonra osmanlıların Cənubi Qafqazdan çıxarılması işi ilə məşğul olur. Bunun üçün Gəncə qalası yaxınlığında kiçik bir dəstə qoyub qoşunu qərbə tərəf çəkir. 1735-ci ilin iyununda Üçmüədzinin şimal-şərqində Səfəvi və Osmanlı qoşunu arasında baş verən döyüş Nadir xanın tam qələbəsi ilə nəticələnir. Müharibəni davam etdirməyin mənasız olduğunu başa düşən sultanın əmri ilə Osmanlı qoşunu Azərbaycan sərhədlərindən geri çağrılır. Beləliklə 1735-ci ilin sonunda Osmanlılar Cənubi Qafqazı tamamilə tərk edirlər. Səfəvi dövlətinin ərazi bütövlüyü təmin olunur.

Dostlarınızla paylaşın

Şərhlər: 3
  1. Kənan Heydərov
    Diqqət! GİZLİ MƏTN! Siz gizli mətnə baxmaq üçün qeydiyyatdan keçməlisiniz.
    -=* Medalları *=-

    -=* İmza *=-

    test


    ▄██▄██▄░██░░░▄█▀▀█▄░█▌░░▐█░██▀▀▀░▄██▄██▄ ▀█████▀░██░░▐█▌░░▐█▌▐█░░█▌░██▀▀░░▀█████▀ ░░▀█▀░░░██▄▄░▀█▄▄█▀░░▀██▀░░██▄▄▄░░░▀█▀
  2. L e o n
    Ele ezelden bele olub torpaqlar rusiyanin esareti altinda olub indide beledi.
    -=* Medalları *=-

    -=* İmza *=-



  3. Esmeralda
    Azadliq ugrunda mubarizemiz uzun iller boyu davam edib. Azad olsaqda torpaqlarimizi qoruyub saxlaya bilmemişik 30 ile yaxindir ki ermeni mundarlarinin tapdagi altindadi gul kimi torpaqlarimiz. Meqalede de qeyd olunan tarixi şexsiyyetlerimizin meqsedi bu deyildi. Cox heyif hemisha madur durumda olan olkeyik.
    -=* Medalları *=-

Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.