reklam
Muhəmməd ibn Saleh əl-Useymin Muhəmməd ibn Saleh əl-Useymin https://loading.az/uploads/posts/2019-01/1548058885loading.az_1.jpg
Kənan Heydərov

Kənan Heydərov İslam Dini 21-01-2019, 20:18

Muhəmməd ibn Saleh əl-Useymin

Muhəmməd ibn Saleh əl-Useymin
Muhəmməd ibn Saleh əl-Useymin

Muhəmməd ibn Saleh əl-Useymin
Müxtəsər İslam dini kitabı
Rəhmli və Mərhəmətli Allahın adı ilə


Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:


İslam dini: Uca Allahın Muhəmməd peyğəmbərə göndərdiyi, onunla bütün dinləri möhürlədiyi, onu qullarına kamil etmiş, onunla nemətini tamamlamış, din olaraq qullarına razı qaldığı və ondan başqa heç bir dini qəbul etmədiyi dindir. Uca Allah buyurur: “Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir” (əl-Əhzab, 40).
Uca Allah buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım” (əl-Məidə, 3).
Uca Allah həmçinin buyurur: “Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!” (Ali İmran, 19).
Digər bir ayədə buyurur: “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar” (Ali İmran, 85).
Uca Allah bütün insanlara Ona, bu dinlə yaxınlaşmağı vacib buyuraraq, elçisinə belə xitab etmişdir: “De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa ilah yoxdur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha və Onun Elçisinə – yazıb-oxumaq bilməyən, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz” (əl-Əraf, 158).

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Nəfsim əlində Olana and olsun ki, bu ümmətdən, xristianlardan və yəhudilərdən mənim barəmdə eşidib və mənim göndərildiyimə iman gətirməyərək ölərsə Cəhənnəm əhlindən olar” (Səhih Muslim).

Dinə iman: Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) gətirdiklərinə qəbul edərək iman və əməl etmək. Yalnız təsdiq etmək kifayət deyildir. Məhz buna görə Əbu Talib peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) gətirdiklərini təsdiq etməsinə, onun gətirdiyinin dinlərin arasında ən xeyirli din olmasına baxmayaraq iman gətirmiş olmadı.

İslam dini: Özündən öncə məsləhət olan hər bir şeyi özündə cəm etmişdir. Onlardan fərqli olaraq hər bir zaman, məkan və millət üçün keçərlidir. Uca Allah peyğəmbərinə xitab edərək buyurmuşdur: “Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik” (əl-Məidə, 48).
“Hər biz zaman, məkan və millət üçün keçərlidir” sözünün mənası, yəni bu dindən yapışmaq zaman və məkanından asılı olmayaraq hər bir ümmətin məsləhəti üçündür. Bəzi insanların düşündüyü kimi “hər bir zaman və məkan üçün aldadıcıdır” demək deyildir.

İslam dini: Kim bu haqq dindir tutub gedərsə Allah ona yardımçı, üstün olmasına zamin durmuşdur. Uca Allah buyurur: “Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir” (ən-Nur, 55).

İslam dini: Kamil əqidə və şəriətdən ibarətdir.
1- Allahı ibadətdə təkləşdirməyi əmr edir və şirk qoşmağı qadağan edir.
2- Doğruluğu əmr edir və yalanı qadağan edir.
3- Ədalətli olmağı əmr edir və zülm etməyi qadağan edir. Ədalətli olmaq, yəni eyni şeylərdə bərabər, müxtəlif olan şeylərdə isə fərq qoymaqdır. Bəzi insanların dedikləri kimi hər bir şeydə bərabər olmaq deyildir. Necə ki, deyirlər: “İslam dini bərabərlik dinidir” və nəzərdə tuturlar ki, müxtəlif zülmlərdə bərabərdir. Ancaq İslam dini belə bir şey gətirməmiş və bunu edəni də tərifləməmişdir.
4- Əmanətə sadiq qalmağı əmr edir və xəyanət etməyi qadağan edir.
5-Vəfalı olmağı əmr edir və satqınçılığı qadağan edir.
6-Valideynlərə qarşı qayğılı olmağı əmr edir və onlara qarşı çıxmağı qadan edir.
7- Qohumluq əlaqələrini möhkəmləndirməyi əmr edir və əlaqələri kəsməyi qadağan edir.
8- Qonşulara qarşı yaxşılıq etməyi əmr edir və pisliyi qadağan edir.

Sözün qısası: İslam hər bir gözəl əxlaqı əmr edir və hər bir alçaq əxlaqdan çəkindirir. Hər bir saleh əməli əmr edir və hər bir pis əməli qadağan edir. Uca Allah buyurur: “Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara (haqqını) verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız” (ən-Nəhl,90).

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
407 457 488 350 394 375

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.