reklam
Şampunu əvəz edən ən effektli 5 təbii vasitə Şampunu əvəz edən ən effektli 5 təbii vasitə https://loading.az/uploads/posts/2019-01/1547099501_1.jpg
Kənan Heydərov

Kənan Heydərov Sağlamlıq 10-01-2019, 09:51

Şampunu əvəz edən ən effektli 5 təbii vasitə

Şampunu əvəz edən ən effektli 5 təbii vasitə
Nənələrimiz saçlarını şampunla yumurdu, balzam və kondisionerdən istifadə etmirdi, lakin buna baxmayaraq onların saçları müasir qadınların saçlarından qat-qat gözəl və həcmli idi.

Bunun səbəblərindən biri də keçmişdə saçlara baxım üçün istifadə olunan təbii vasitələrdir. Bu vasitələr həm saçları çırk və yağdan təmizləyir, həm də onları əla qidalandırır.

Loading.Az sizi bu vasitələrdən bəziləri ilə tanış edir.

1. Yumurta

Yumurta həm saçları yaxşı yuyur, həm də kondisioner və balzam funksiyasını yerinə yetirir, saçları qidalandırır, uzanmasını sürətləndirir.

Saçın uzunluğundan asılı olaraq 1-2 yumurtanın sarısını çalın, nəm saçlara çəkin, sonra yaxşı yuyun. Sonda saçları sirkə əlavə olunmuş su ilə yaxalayın.

2. Soda

Tez yağlanan saçlar üçün əsl tapıntıdır. Saçların yağlılığını azaldır, kondisioner kimi təsir edir.

1 stəkan suya 1 x.q. soda əlavə edin, yaxşı qarışdırın. Bu suyu saçınıza çəkin, massaj edin. Sonra saçınızı yaxşı yuyun və ən sonda alma sirkəsi əlavə olunmuş su ilə yaxalayın.

3. Kosmetik gil

Gil yağı və çirki özünə hopdurur və saçları çox yaxşı təmizləyir.

Ağ və ya yaşıl kosmetik gili ilıq su ilə qarışdırın (duru sıyıq kimi alınmalıdır). Gili saçınıza çəkin, adi şampunla kimi yuyun və yaxşı yaxalayın.

4. Xardal

Xardalı ilıq suda qarışdırın, saçınıza çəkin, massaj edin, su ilə yuyun, sonda sirkə və limon şirəsi əlavə olunmuş su ilə yaxalayın.

5. Çovdar unu

Çovdar unu ilıq suda yaxşı qarışdırın, saçınıza çəkin, massaj edin, su ilə yaxşı yuyun, sonda limonlu və ya sirkəli su ilə yaxalayın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
166 212 192 225 252 201

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.