reklam
“17-ci Depo” “17-ci Depo” http://loading.az/uploads/posts/2018-12/1546149681_1.jpg
Nicat Babaşov

Nicat Babaşov Sevgi / Şeirlər 30-12-2018, 13:13

“17-ci Depo”

“17-ci Depo”

Bir az zaman keçdi mənim zənnimcə,
Dünən ayrılmışdıq, düz 4 il oldu.
Bu gün olmalıydıq öz evimizdə,
Hər səhər, dan yeri səssizlik doğdu.
“17-ci Depo”
Köhnə məktubları oxuyub hərdən,
“Cavabla” vururam, bilmədən qəfil.
Və sonra görürəm sonda yazılıb;
On aprel iki min on dördüncü il.

Yaza da bilmirəm geri dön, qayıt,
Mən sənsiz yaşaya bilmirəm daha.
Vaxtında zülmətə qərq etdiklərim,
Ümid etmişdilər başqa sabaha.

Həyat müvəqqəti kirayə mənzil,
Kimsə tərk edəcək, kimsə qalacaq.
İllərin pulunu ödəmişdim ki,
Burda iki nəfər bir yaşlanacaq.

Necə də gözəldir olduğun şəhər,
Mərkəzi küçələr qaranlıqsa da.
Binalar saçından örtük çəkdilər,
Süzüldü yağışlar kipriklərindən.

Etdiyim səhvlərin hər sonrasında,
Özümü danlayıb, peşman olmağım.
Dedilər olacaq hər şey yolunda,
Yenidən gələcək dünyaya səndən.


Müəllif: Nicat Babaşov




Dərc etdi: Kenan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
133 118 106 138 113 116

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.