Mən elə daş ürək deyiləm axı
Səni ürəyimdən çıxara bilim.
Ya da ki, adamlar gur olan yerdə
Sevirəm deyib bağıra bilim.
Mən güclü deyiləm,bağışla məni
Həsrətdən bükülüb yumaq oluram
Mən qadın deyiləm, payızam bir az
Arada ağlağan uşaq oluram
Açıram bükürəm fikirlərimi
Axıra yetişib sona çatmıram.
Bu leyla gecələr hər gün uzanır
Üstündən adlayıb sənə çatmıram..
Hər gecə dönürəm dar ağacına
Gah səni,gah məni asıb özümdən
Sənsiz bu dünyanın bütün zövqləri
Bütün ləzzətləri düşür gözümdən.
Eşqimi dərdimi necə söyləyim
Kimə bənzəyim ki xoşuna gəlim
Mən elə vəfasız deyiləm axı
Sənsiz bu dünyada yaşaya bilim.
Vəfa Mürsəlqızı
Səni ürəyimdən çıxara bilim.
Ya da ki, adamlar gur olan yerdə
Sevirəm deyib bağıra bilim.
Mən güclü deyiləm,bağışla məni
Həsrətdən bükülüb yumaq oluram
Mən qadın deyiləm, payızam bir az
Arada ağlağan uşaq oluram
Açıram bükürəm fikirlərimi
Axıra yetişib sona çatmıram.
Bu leyla gecələr hər gün uzanır
Üstündən adlayıb sənə çatmıram..
Hər gecə dönürəm dar ağacına
Gah səni,gah məni asıb özümdən
Sənsiz bu dünyanın bütün zövqləri
Bütün ləzzətləri düşür gözümdən.
Eşqimi dərdimi necə söyləyim
Kimə bənzəyim ki xoşuna gəlim
Mən elə vəfasız deyiləm axı
Sənsiz bu dünyada yaşaya bilim.
Vəfa Mürsəlqızı
Dərc etdi: Kenan0001