LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
Nani_Fit

Nani_Fit özünü 🤗 möhtəşəm hiss edir. Sağlamlıq 20-12-2018, 16:19

Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir

Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
LoaDinG.Az xəbər saytı
Adətən bir çox qidaları orqanizmə faydalıdır deyə çox yeməyə çalışırıq.

Amma araşdırmalar zamanı məlum olub ki, bu qidalardan bəzilərindən həddindən artıq çox istifadə hətta ölümə belə səbəb ola bilir.


Su

Gündə 2 litr su içmək lazım olduğunu hər birimiz bilirik. Amma bu miqdarın üç qat artığını içdikdə böyrəklər onu atmaq üçün həddindən çox işləyir. Çox işləyən böyrəklər beyin iltihabına səbəb olur. Bəli, suyun çoxu sizi öldürə bilər.

Qəhvə

Gündə 113 fincan qəhvə ölümcüldür. Bu halda şəxs həddindən çox kofein istifadəsindən deyil, su zəhərlənməsindən ölə bilər. 113 fincan qəhvədə 30 litr su var.

Alma çəyirdəyi

18 ədəd alma yemək sizi öldürməz, amma bu 18 almanın çəyirdəyini yesəniz, tərkibindəki siyanür sizi öldürə bilər. Qeyd edək ki, siyanür hidrosiyanik turşudan yaranan metal duzların ümumi adıdır.

Şokolad

Şokoladın tərkibində az da olsa teobromin var. Bu güclü maddə sinir sisteminə xəbərdarlıq edir. Bir oturumda 8 kilo şokolad yesəniz, ishal olub epileptik tutmalar yaşayarsınız. Daha sonra daxili qanama və ürək tutması ilə həyatınızı itirərsiniz.

Diş məcunu

Təxminən 24 qab diş məcunu udmaq ölümlə nəticələnə bilər.

Banan

Bananın tərkibindəki potasium orqanizm üçün yararlı olsa da, 400 ədəd banan yeməniz ölümünüzə səbəb ola bilər.

Siqaret

Bir ədəd siqaretin içində 0,8 mq nikotin var. Bir gündə 75 siqaret çəksəniz, həyatınızı itirərsiniz.

Duz

Bir dəfəyə 48 çay qaşığı duz istehlak etmək ölümə səbəb olar.

Spirt

Sağlam bir adam heç qusmadan 1 saat içində tərkibində 40 faiz spirt olan 1.25 litr spirtli içki içərsə, həyatını itirər.



Dərc etdi: Kenan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
317 367 368 350 366 362

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.