LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
Nani_Fit

Nani_Fit özünü 🤗 möhtəşəm hiss edir. Maraqlı / Sağlamlıq 17-12-2018, 14:37

Alimlər qadjetlərin uşaqlara təsiri barədə

Alimlər qadjetlərin uşaqlara təsiri barədə
LoaDinG.Az xəbər saytı
Alimlər qadjetlərdən istifadənin uşaqların zehni inkişaf prosesinə mənfi təsir göstərdiyini müəyyən edib. Eksperimentdə 9-10 yaşlarında məktəblilər iştirak edib.

Bildirilir ki, alimlər xüsusilə kompüter oyunları və internetin uşaqlarda beyinin inkişafını ləngitdiyini ortaya çıxarıb.

Eksperiment aparan ABŞ Milli Səhiyyə İnstitutunun mütəxəssisləri bunun üçün 4 min 400-ə yaxın uşağı müayinədən keçirib.

Maqnit-rezonans tomoqrafiya müayinəsinin nəticələri kəllə-beyin qabığının (daxil olan siqnallara reaksiya verən və intellektual inkişafa cavab verən ən həssas beyin hissəsi) nazikləşdiyini təsdiqləyib.

Uşaq kompüter oyunları oynadıqda, onda izafi dərəcədə "dofamin" - həzz hormonu ifraz olunur. Qanda dofamin miqdarının artması psixi və fiziki pozuntulara yol aça bilər.

Yeni tədqiqat göstərir ki, mühazirə otağında telefonların olması qiymətləndirməni aşağı sala bilər. Alimlər müəyyən edib ki, dərslərdə telefon və noutbuklardan istifadəyə icazə verildikdə, yekun imtahanlarda tələbələr beş faiz daha aşağı nəticə göstərir.



Dərc etdi: Kenan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
211 185 197 183 211 157

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.