reklam
Botoksu əvəz edən maska! - Nişastalı reseptlə gənc qız dərisinə sahib olacaqsınız Botoksu əvəz edən maska! - Nişastalı reseptlə gənc qız dərisinə sahib olacaqsınız http://loading.az/uploads/posts/2018-12/thumbs/1544964857_fft99_mf5532027.jpeg

Botoksu əvəz edən maska! - Nişastalı reseptlə gənc qız dərisinə sahib olacaqsınız

Botoksu əvəz edən maska! - Nişastalı reseptlə gənc qız dərisinə sahib olacaqsınız
Üz üçün möcüzəvi təsirə malik məhsullardan biri də nişastadır. Nişastadan hazırlanmış maskanın effektini dərhal görmək mümkün olur. Çünki bir prosedurdan sonra belə üz dərisi dartılır və parıldayır.

Loading.az medicina.az-a istinadən hamar və qırışsız dəriyə sahib olmaq istəyənlər üçün ev şəraitində hazırlanan maskanın reseptini təqdim edir:

Tərkibi

•1 x/q nişasta
•1 ç/q duz
•1 ç/q bal, azacıq isti süd

Hazırlanması

Bütün maddələri sıyıq halına gələnədək qarışdırın. Maskanı təmiz üzə çəkin. 30 dəqiqə saxlayın. Daha sonra maskanın qalıqlarını üzünüzdən pambığın yardımı ilə təmizləyin. Üzünüzü yuyun.

Nişasta ilə yumurta ağından maska

Tərkibi

•1 x/q kartof nişastası
•1 yumurtanın ağı
•0,5 ç/q limon şirəsi
•Azacıq su

Hazırlanması

Nişastanı su ilə pasta halına gələnə qədər qarşıdırın. Daha sonra ora yumurta ağını və limon şirəsini əlavə edin. Əmələ gələn yapışqan maddəni təmizlənmiş üzünüzə çəkin. 40 dəqiqə saxlayın.

Daha sonra pambığın köməyi ilə təmizləyərək üzünüzü yuyun.

Nişasta maskası botoksu əvəz edəcək! Nəzərə alın ki, nə qədər tez bu cür maskalardan istifadə etməyə başlasanız, yaşlanma ilə əlaqədar olan qırışlar sizdən bir o qədər uzaq olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
181 192 192 150 149 175

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.