Esmeralda

Esmeralda Xəbərlər 15-12-2018, 17:22

Gürcüstanda 65 yaşlı azərbaycanlı qadının başı kəsdilər

Gürcüstanda 65 yaşlı azərbaycanlı qadının başı kəsdilər
Gürcüstanın Marneuli rayonunun Kirovka kəndində 65 yaşlı Bəsti Məmmədovaqətlə yetirilib.

Loading.az xəbər verir ki, bu barədə report-a kənd sakinləri məlumat veriblər.

B.Məmmədovanın meyiti bu gün səhər saatlarında yaşadığı evin zirzəmisində başı kəsilmiş halda aşkar olunub. Zirzəmidə meyitin basdırılması üçün qəbir də qazılıb.

Qətlin beş gün öncə törədildiyi məlum olub. B.Məmmədovanı öz qardaşı oğlu Nicat Məmmədov qətlə yetirib. Hadisənin səbəbi məlum deyil.

N.Məmmədovun çoban olduğu və əvvəllər məhkumluq həyatı yaşadığı bildirilib.

Gürcüstan Daxili İşlər Nazirliyində qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb. Qətl törədən şəxsin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
258 276 310 211 264 253

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.