ONLAYN: 24

Qonaq: 1094 Cəmi: 1121
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Kənan Heydərov
Xəbər 71
Cəmi: 5511
amon
Xəbər 26
Cəmi: 854
Xaliq
Xəbər 26
Cəmi: 360
Dear
Xəbər 8
Cəmi: 76
Avara_Şair
Xəbər 7
Cəmi: 1547
_AzƏrİ_QıZı_
Xəbər 5
Cəmi: 32
Ramal
Xəbər 4
Cəmi: 5
Azra
Xəbər 2
Cəmi: 12
MaraL
Xəbər 2
Cəmi: 2
ODiNoKiY_VoLK
Xəbər 2
Cəmi: 334

Son Hədiyyə

Göndərilmiş hediyyə
Kənan Heydərov » Ümidli gözəl

Mesaj: Ümidin bitdiyi yerdə əsarət başlar...💖💖

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,6 Milyon
2) Kənan Heydərov » 1,4 Milyon
3) Sol Meleyim » 455,9 Min
4) Avara_Şair » 395,7 Min
5) Sensiz darixiram » 394,4 Min
6) Sistem » 379,4 Min
7) L e o n » 357,2 Min
8) AzizA » 291,6 Min
9) Elnare » 224,5 Min
10) _Yene_Tenha_ » 220,2 Min
11) amon » 152,1 Min
12) poppy » 144 Min
13) SeKeRCiK » 139,3 Min
14) _O.R.X.A.N_ » 120,8 Min
15) Nani_Fit » 87,1 Min
16) sessiz musiqim » 83,7 Min
17) pandisim » 82,8 Min
18) Xaliq » 80,1 Min
19) _Uğurböceyi_ » 79,9 Min
20) Ümidli gözəl » 78,9 Min

Reklam

Bir dəfə klik edin

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
sessiz musiqim
Şərh: 134
Cəmi: 1595
Dear
Şərh: 110
Cəmi: 1313
Elnare
Şərh: 92
Cəmi: 1852
Sensiz darixiram
Şərh: 43
Cəmi: 4052
_AzƏrİ_QıZı_
Şərh: 38
Cəmi: 240
Xaliq
Şərh: 33
Cəmi: 291
Kənan Heydərov
Şərh: 30
Cəmi: 7826
amon
Şərh: 24
Cəmi: 820
Ramal
Şərh: 9
Cəmi: 9
MaraL
Şərh: 9
Cəmi: 9

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Kənan Heydərov
Bugün 190
Cəmi: 190
sessiz musiqim
Bugün 144
Cəmi: 144
Xaliq
Bugün 128
Cəmi: 128
Dear
Bugün 119
Cəmi: 119
Elnare
Bugün 98
Cəmi: 98
Sensiz darixiram
Bugün 97
Cəmi: 97
_AzƏrİ_QıZı_
Bugün 68
Cəmi: 68
GozeLoV
Bugün 59
Cəmi: 59
amon
Bugün 54
Cəmi: 54
Avara_Şair
Bugün 37
Cəmi: 37

Reklam

Bir dəfə klik edin
Azərbaycan Milli İncəsənət Muzeyi
Azərbaycan Yüklə
Azərbaycan Milli İncəsənət Muzeyi
Azərbaycan Milli İncəsənət Muzeyi
Rüstəm Mustafayev adına
Azərbaycan Milli İncəsənət Muzeyi
Muzeyin I korpusunun yerləşdiyi "De Burun sarayı"
Muzeyin I korpusunun yerləşdiyi "De Burun sarayı"
Əsası qoyulub 1936
Açılış tarixi 1937
Mövzu İncəsənət
Yerləşir Bakı, Azərbaycan
Ünvan Niyazi küç., 9-11
Kolleksiyası 17 000-dən çox eksponat[1]
Direktor Çingiz Fərzəliyev
Muzeyə yetişmək M 1 İçərişəhər
Muzeyin rəsmi saytı
VikiAnbarda Commons-logo.svg əlaqəli mediafayllar
Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyi[2] — Azərbaycanın ən böyük incəsənət muzeyidir və muzeydə on yeddi mindən çox eksponat saxlanılır.[2] 1936-cı ildə əsası qoyulmuş[3] muzey, 1943-cü ildən realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri[4] Rüstəm Mustafayevin adını daşıyır.

Hal-hazırda muzey, Bakıda XIX əsrdə inşa edilmiş iki yanaşı tarixi binada - "De Burun sarayı" və "Mariinski Qadın Gimnaziyası" binasında yerləşir. Muzeydə Qədim Şərq və Azərbaycan, Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən incəsənət əsərləri nümayiş etdirilir. Muzey kolleksiyasında olan dəyərli sənət nümunələrinin Kanada (1966), Kuba (1967), Suriya (1968), Fransa (1969), Çexoslovakiya (1970), Əlcəzair (1970), İraq (1971) və sair ölkələrdə sərgisi təşkil edilib.[5] Muzey bazar ertəsi günləri xaric hər gün saat 10:00-dan 18:00 kimi ziyarətçilərin üzünə açıq olur.

1920-ci ildə Azərbaycan Dövlət Muzeyinin tərkibində təsviri sənətlər bölməsi yaradılmışdı. Həmin bölmədə toplanmış əsərlərin, xüsusilə rəngkarlıq nümunələrinin dəyəri nəzərə alınaraq, 1936-cı ildə həmin bölmənin əsasında ayrıca bir muzeyin - Azərbaycan Dövlət incəsənət Muzeyinin yaradılması qərara alınmışdı.[6] Əvvəlcə incəsənət bölməsi keçmişdə Hacı Zeynalabdin Tağıyevin sarayı olmuş, indiki Azərbaycan Tarix Muzeyinin binasında yerləşirdi. Muzeyin rəsmi açılışı 1937-ci ildə baş tutdu.[5] Daha sonra muzey, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin beşinci mərtəbəsində yerləşdirildi.[7]

Azərbaycan Dövlət İncəsənət Muzeyi 1943-cü ildən Azərbaycanda realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri olan Rüstəm Mustafayevin adını daşımağa başlayır. 1950-ci illərin əvvəllərindən başlayaraq muzey, Bakıdakı bir neçə tarixi binada müvəqqəti sərgi və ekspozisiyalar təşkil edir. Həmin dövrdə muzeydə çalışmağa başlayan gənc sənətşünaslar Rasim Əfəndiyev, Nürəddin Qayıbov, Mürsəl Nəcəfov, sonradan Böyük Vətən Müharibəsində həlak olmuş qəhrəman Mehdi Hüseynzadə və başqaları Azərbaycan sənətşünaslığının təməllərini formalaşdırdılar.[6] Sonrakı uzun illər ərzində muzeyə Azərbaycanın Xalq Rəssamları və SSRİ dövlət Mükafatı Lauretları olan Salam Salamzadə, Kazım Kazımzadə, İbrahim Zeynalov kimi şəxsiyyətlər rəhbərlik etmişlər.

1951-ci ildə Azərbaycan SSR Kommunist Partiyası MK-nın I katibi Mircəfər Bağırov "De Burun sarayı" kimi məşhur olan tarixi binanı muzeyə verdi.[8] Çkalov 9 (keçmiş Sadovaya, hazırda Niyazi küçəsi) ünvanında yerləşən bu sarayda əvvəllər "Kaspi Tərəfdaşlığı" Səhmdar Cəmiyyəti və Azərbaycan İnqlab Komitəsi yerləşmişdi.[9] Yeni binaya köçdükdən sonra muzeyin yeni ekspozisiyası tərtib olundu və bu ekspozisiyada muzeyin fondunda olan ən gözəl sənət nümunələrinin nümayişinə başlanıldı. Bundan sonra muzey həm də sənətşünaslıq tədqiqatlarının aparıldığı böyük bir mərkəz kimi fəaliyyət göstərməyə başladı. Həmçinin muzey müxtəlif mədəni tədbirlərin: rəssamlar və musiqiçilərin yaradıcılıq gecələrinin, ziyalılarla görüşlərin təşkilinə start verdi.[6]

1992-1993-cü illərdə Azərbaycan Xalq Cəbhəsi rəhbərliyi muzeyin "De Burun sarayı"ndan çıxarılması və indi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yerləşdiyi binada yerləşdirilməsi haqqında qərar verdi. Azadə Şərifovanın sözlərinə görə, o zaman aralarında Elmira Şahtaxtinskaya, Mikayıl Abdullayev, Tokay Məmmədovun da olduğu görkəmli mədəniyyət xadimləri prezident Əbülfəz Elçibəylə görüşdülər. Görüş zamanı onlar "hətta Bağırov belə şəhərin ən gözəl binasını muzeyə bağışladı" deyərək, sarayın muzeyin əlindən alınmamasını xahiş etdilər. Bundan sonra muzeyin saraydan çıxarılması qərarı ləğv edildi.[10]

SSRİ-nin süqutundan sonra Azərbaycan höküməti və prezidentinin qərarı ilə 1888-ci ildə Marrinski qadın gimnaziyası kimi inşa edilmiş, daha sonra isə şəhər komitəsinin yerləşdiyi tarixi bina da muzeyə verildi. Yeni binada muzeyin ikinci korpusu yaradıldı. 7 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə muzeyin birinci və ikinci korpuslarını birləşdirən yeni keçid korpusun açılışı edildi.

26 fevral 1888-ci ildə neft maqnatı və "Kaspi Tərəfdaşlığı" Səhmdar Cəmiyyətinin əsasını qoymuş milyonçu Lev de Bur (1840—1889) inşa etdirmək istədiyi iki mərtəbəli daş sarayın planının təsdiq edilməsi üçün Bakı Şəhər Şurasına müraciət edir və 18 aprel 1888-ci ildə Sadovaya küçəsində (indiki Niyazi küçəsi) "700 kv. sajen torpaq ayırılması haqqında razılaşma" əldə edilir. 26 avqustda şəhər mühəndisi Nikolay fon der Nonne və şəhər memarı, inşaat mühəndisi Anton Kandinov sarayın planını tədiq edir. Lakin sarayın memarlıq layihəsində, memar A. Kandinovun imzası yoxdur və sarayın yeganə memarı Nikolay fon der Nonne hesab edilir.[6][12][13] 31 avqust 1888-ci ildə[12] sarayın inşa layihəsi Bakı Şəhər başçısı Stanislav Despot-Zenoviç və idarə heyyətinin üzvü L. Nikulin tərəfindən təsdiqlənir. Tezliklə inşaat işlərinə başlanılır.[10]

Binanın inşası tamamlanmamış, 1889-cu ildə De Bur dünyasını dəyişir. Onun varisləri 1891-ci ilin yanvarında hələ yalnız özülü qoyulmuş binanı 16.000 rubla "Kaspi Tərəfdaşlığı" Səhmdar Cəmiyyətinə satırlar. Beləcə bina cəmiyyətin mülkiyyətinə keçir. Buna görə də memarlar binanın ilkin planında bəzi dəyişikliklər etməli olurlar. Binanın əsas fasadında eyvala birlikdə iki çıxış qapısı inşa edilir. Eyvanlar Sadovaya küçəsinə baxır və onlardan Mixaylovskiy bağına (indiki Vahid bağı) mənzərə açılır.

Binanın inşa tarixinin 1891[12]-1893[13]-cü illər olduğu qeyd edilir. Həmçinin qeyd edilir ki, "Kaspi Tərəfdaşılığı" Cəmiyyətinin sarayı tam şəkildə 1895-ci ildə yekunlaşdırılmışdır.[10] Binanın medalyonu içərisində "KT" abreviaturası yer alsa da, sonrakı dövrdə bu abreviatura təmir zamanı məhv edilmişdir. 1895-ci ildə "Kaspi Tərəfdaşlığı" Cəmiyyətinin həmtəsisçisi olan S. İ. Bağırov da ölür və onu, köməkçisi Pavel Osipoviç Qukasov əvəz edir. 1896-cı ildə Cəmiyyətin sədrinin ailə üzvlərindən biri - qardaşı Arşak Osipoviç Qukasov saraya köçərək, onun bir neçə otağında məskunlaşır. 1898-ci ildə isə P. O. Qukasov da ailəsi ilə birgə bu saraya köçür. Həmin illərdə sarayda yanğının baş verdiyi də bildirilir.[10]

1917-ci il Oktyabr inqilabından sonra, 31 iyul 1918-ci ildə ingilis konsulu E. Mak-Donaldın aktiv iştirakı ilə, Bakıda hakimiyyət Qafqaz İslam Ordusundan şəhərin müdafiəsi üçün ingilisləri şəhərə dəvət etmiş Sentrokaspi Diktaturasıı hökumətinə keçdi. 1919-cu ilin avqustunda Böyük Britaniya ordusu Bakı şəhərinə daxil olur. Bundan sonra, General Vilyam Tomsonun başçılıq etdiyi ingilis komandanlığının qərargahı "Kaspi Tərəfdaşlığı"na məsxus olan sarayda yerləşdirilir. Lakin Qukasovlar ailəsi də sarayda yaşamağa davam edir.[10]

28 aprel 1920-ci ildə Qırmızı Ordu hissələrinin Bakıya girməsindən sonra, Nəriman Nərimanov Azərbaycan SSR İnqilab Komitəsinin sədri oldu. 1921-ci ildə o, Xalq Komissarları Şurasına sədr seçildi və şura De Burun sarayında yerləşdirildi. Sarayın ikinci mərtəbəsində isə Nəriman Nərimanovun ailəsi yaşamağa başlayır. 1925-ci ildə N. Nərimanovun ölümündən sonra Sadovaya küçəsinin adı dəyişdirilərək N. Nərimanov küçəsi adlandırılır. 1933-cü ildən sarayda DTK-nın birinci katibi Mircəfər Bağırovun ailəsi məskunlaşır. 1930-cu illərdə sarayda kiçik yenidənqurma işləri aparılır və sol tərəfində N. Nərimanov adına bağ yaradılır. 1939-cu ildə küçənin adı yenidən dəyişdirilir və Çkalov küçəsi adlandırılır. 1951-ci ildə M. Bağırov sarayı Azərbaycan Milli İncəsənət Muzeyinə bağışlayır.

1874-cü ildə Bakı Şəhər Şurasının qərarı ilə Bakı Qadın Gimnaziyası yaradılmış və xüsusi qərar ilə himayədarlar şurasının tabeliyinə verilmişdir. Yekaterina Faddeyevna Staroselskinin başlıq elədiyi həmin şuraya həmçinin vitse-gubernator baron for der Bruggen, Hacı Zeynalabdin Tağıyev, Hacı Hüseynqulu Səfərəliyev, K. F. Spasskiy-Avtomonov və başqaları daxil idi.

Gimnaziyanın yaradılması qərarı olsa da, onun yerləşdirilməsi üçün şəhərdə müvafiq bina yox idi. Təzə binanın tikintisinin ideyası Bakı şəhərinin meri Despot-Zenoviçə və Himayədarlar Şurasına aid edilir. 1884-cü ilin sentyabrında Mariinski Qadın Gimnaziyasının Himayədarlar Şurası tikinti işlərinin tenderini elan edir.[14] Binanın layihəsi mülki mühəndis, həmin vaxt quberniya idarəçiliyində işlərin icraçısı olan Mixail Denisoviç Botov tərəfindən hazırlanmışdır. Lakin şəhər idarəçiliyi kifayət qədər maliyyə vəsaitinə malik olmadığına görə bütün yük Himayədar Şurasının üstünə düşdü və onlar bu ideyanın həyata keçirilməsi üçün vəsait axtarmalı oldular.

Bu zaman Moskvadan Bakıya tanınmış moskvalı tikinti podratçısı V. N. Qirş gəlmişdi. Qirşin firması Bakıda yolların kirəmitlənməsi ilə məşğul idi və ona görə də Qirş şəhəri və şəhər nümayəndələrini yaxından tanıyırdı. O, bu problem haqqında eşidən kimi onlara Qadın Qimnaziyası üçün təzə bina tikintisində kömək edəcəyini söz verdi və öz Bakı müvəkkəlinin müqavimətinə baxmayaraq tikinti işlərini öz üzərinə almaq qərarına gəldi.

Duma, Qirş və Himayədarlar Şurasının qərarını təsdiq etdi və bir sıra şərtlər daxil olmaqla müqavilə bağlamaq səlahiyyəti verdi. Tikinti prosesi bir sıra problemlərlə üzləşsə də (maliyyə ilə bağlı) iş tam sürət ilə gedirdi və 1886-cı il iyulun sonlarında aşağı mərtəbənin tamamlanma işləri aparılır, yuxarı mərtəbədə isə artıq iş başladılmışdı. Nəhayət 1887-ci il, sentyabrin 26-sı, saat 11:30 radələrində çoxsaylı qonaq və akademik heyətin iştiraki ilə Mariya Qızlar Məktəbinin (Mariinski Qadın Gimnaziyası) açılış mərasimi keçirildi. Gimnaziya fəaliyyətini dayandırana kimi onun üçün tikilmiş bu binada fəaliyyət göstərmişdi.[15]

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra isə tarixi bina Azərbaycan Milli İncəsənət Muzeyinin istifadəsinə verilmiş və binada muzeyin ikinci korpusu yaradılmışdır.

Muzeyin ümumilikdə 60 otaqda təşkil olunmuş daimi ekspozisiyasında 3000-dən çox əsər sərgilənir. Birinci korpusda 7 otaq Avropa incəsənətinə, 10 otaq rus incəsənətinə, qalanları isə İran, Türkiyə, Yaponiya və sair dövlətlərin incəsənətinə həsr olunub. İkinci korpusda 8 otaq antik və orta əsrlər Azərbaycan incəsənətinə, 30 otaq isə Azərbaycan rəssam və heykəltəraşlarının yaradıcılığına həsr olunub. Bu otaqlarda XVIII, XIX, XX əsr Azərbaycan sənətkarlarının işləri ilə yanaşı, orta əsrlərin müxtəlif dövrlərinə aid xalq tətbiqi sənət nümunələri, xüsusilə Azərbaycan xalçalarının müxtəlif qruplarına aid olan nadir növləri, həmçinin arxeoloji qazıntılar zamanı əldə edilmiş unikal sənət əsərləri, orta əsr geyimləri, məişət əşyaları sərgilənir. Kişi və qadın kəmərlərinin, həmçinin silahların sərgiləndiyi ayrıca zallar vardır. Bu zallarda sərgilənən sənət nümunələri qiymətli metallardan hazırlanmaqla, qiymətli və yarı-qiymətli daşlarla bəzədilmişdir.[7] Ümumilikdə muzeydə 1700-dən çox eksponat saxlanılır.[2] Buna görə də bütün eksponatları eyni vaxta göstərmək mümkün olmur. Lakin tez-tez dəyişən ekspozisiyalar muzeyi ziyarət edənlərin vaxtaşırı əksər eksponatları görməsini təmin edir.

Antik və orta əsrlər Azərbaycan incəsənəti kolleksiyasına Azərbaycan ərazisindən aşkarlanmış antik və orta əsrlərə aid müxtəlif sənət nümunələri daxildir. Bu kolleksiyanın bir hissəsi museyin səkkiz zalında nümayiş etdirilir. Nümayiş etdirilən əsərlər arasında Naxçıvandan aşkarlanmış Manna dövrünə aid tunc quş fiqurları, Bakı və Şəkieldardən aşkarlanmış e.ə. III-I əsrlərə aid qadın fiqurları, Şamaxı rayonunu Xınıslı yaşayış yerindən aşkarlanmış Qafqaz Albaniyası dövrünə aid insan fiqurları, Gəncə, Beyləqan, Qəbələ və Mingəçevirdən aşkarlanmış müxtəlif dövrlərə aid dəyərli sənət əsərləri olan qab nümunələri, Xəzər arxeoloji ekspedisiyasının Bayıl qalasında aşkarladığı daş pilitələr üzərində lent yazısı kitabələri, Urud abidələr kompleksindən və Laçın rayonundan gətirilmiş daş at və qoyun fiqurları (məzar daşları) da vardır.




Azərbaycan Milli İncəsənət Muzeyi

Dostlarınızla paylaşın

Şərhlər: 3
  1. sessiz musiqim
    Cox sagol Kenan.maraqli ve vacib xeber idi.bir gun melumat lazim olsa bu xebere uz tutacam😊
    -=* Medalları *=-

    -=* İmza *=-

  2. L e o n
    Hele yene yaxwi bir iki dene bele tarixi yerler qalib hec olmasa hamisini mehv eliyirler yavaw yavaw.
    -=* Medalları *=-

    -=* İmza *=-



  3. Kənan Heydərov
    Diqqət! GİZLİ MƏTN! Siz gizli mətnə baxmaq üçün qeydiyyatdan keçməlisiniz.
    -=* Medalları *=-

    -=* İmza *=-

    test


    ▄██▄██▄░██░░░▄█▀▀█▄░█▌░░▐█░██▀▀▀░▄██▄██▄ ▀█████▀░██░░▐█▌░░▐█▌▐█░░█▌░██▀▀░░▀█████▀ ░░▀█▀░░░██▄▄░▀█▄▄█▀░░▀██▀░░██▄▄▄░░░▀█▀

Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.