reklam
Kişilər yaşlandıqca niyə kövrəkləşir? - FOTO Kişilər yaşlandıqca niyə kövrəkləşir? - FOTO http://loading.az/uploads/posts/2018-12/thumbs/1544608612_711867_16.jpg
Esmeralda

Esmeralda Kişilər 12-12-2018, 14:30

Kişilər yaşlandıqca niyə kövrəkləşir? - FOTO

Kişilər yaşlandıqca niyə kövrəkləşir? - FOTO
Kişilərin əksəriyyəti yaşlandıqca kövrəkləşir, adi şeylərdən təsirlənir, hətta bəzən gözləri də yaşarır.

Loading.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunun səbəbi kişilik hormonu sayılan testosteronun yaş artıqca azalmasıdır.

40 yaşından sonra kişilərdə testesteron səviyyəsi xeyli aşağı düşür. Bununla da onlar daha az aqressiv olurlar və müəyyən qədər kövrəkləşirlər.

Testosteron oğlanı kişiyə çevirən, eləcə də, kişini qadından fərqləndirən əsas hormondur. Buna görə də, qadınlar steroid qəbul etmədiyi müddətdə heç vaxt kişilər qədər iri ola bilmirlər. Testosteron hormonu yaş artdıqca azalır və bu hormonun azlığı digər neqativ hormonlar sayılan kortizol, estrogenin artmasına şərait yaradır.



Bu hormon sağlamlıq, enerji, libido, immunitet sistemi və sümük əriməsi ilə yaxından əlaqədardır. Testosteronun olmaması həyati əhəmiyyət kəsb etməsə də, bu hormonun varlığı kişi xüsusiyyətlərinin inkişafı və funksiyası üçün şərtdir. Testosteron öz təsirini hələ ana bətnində olarkən göstərməyə başlayır. Ana bətnində kişi xüsusiyyətlərinin meydana gəlməsində iştirak edir. Sonra yetkinlik dövründə də cinsi xüsusiyyətlərinin inkişafını təmin edir. Androgenler bədəndə tüklənməyə, səs qalınlaşmasına, sebum istehsalına, əzələ kütləsində artıma və qan yaranmasına təsir edər. Testosteron ümumi sağlamlığa, fiziki və zehni inkişafa da təsir edir. Eyni zamanda, bu hormon romantik vəziyyət və motivasiya üçün də əhəmiyyətlidir. Testosteron azlığı olan kişilərdə depressiya və motivasiya çətinliyinə rast gəlinir.

Testosteronun cinsi davranış və fəaliyyətə əhəmiyyətli təsiri var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
308 332 336 297 372 342

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.