reklam
Alimlər sağlam yuxu üçün ən optimal vaxtı təyin etdi Alimlər sağlam yuxu üçün ən optimal vaxtı təyin etdi http://loading.az/uploads/posts/2018-12/1544594229_1.jpg
Kənan Heydərov

Kənan Heydərov Sağlamlıq 12-12-2018, 09:56

Alimlər sağlam yuxu üçün ən optimal vaxtı təyin etdi

Alimlər sağlam yuxu üçün ən optimal vaxtı təyin etdi
Alimlərdən ibarət olan beynəlxalq bir araşdırma qrupunun European Heart Journal-da nəşr etdirdiyi tədqiqat işində, insanın sağlamlığı üçün ən uyğun yuxu müddətinin 6 ilə 8 saat arasında olması qeyd olunub.

Insan sağlamlığı üçün ən uyğun yuxu müddətini müəyyənləşdirməyi qarşısına məqsəd qoyan müşahidələr, təxminən 8 il çəkib. 35-70 yaş arasında 116 mindən artıq insanın yuxu qeydiyyat dəftərlərini təhlil edən mütəxəssislər, həddindən artıq yuxunun ürək-damar xəstəliklərdən ölüm riskinin artması ilə əlaqəli olduğu nəticəsini əldə ediblər.

Araşdırma çərçivəsində yuxusu 8-9 saat arasında gedən insanların ölüm riskinin təklif edilən saat aralarında yatan insanlara nisbətən 5% artdığı məlum olub. 9-10 saatlıq yuxunun ciddi xəstəliyə yoluxma riskini 7%, 10 saatdan artıq yuxu bu riski 41%-ə qaldırdığı müəyyənləşdirilib.

Alimlər hesab edir ki, gecələr 6 saatdan az yatan insanlarda bəzi hallarda gündüz yuxusu da ürək-damar xəstəliklərinin inkişafına təkan verir. Digər tərəfdən, ekspertlər əksər hallarda gündüz yuxusunun gecə əskik qalan saatları bərpa etdiyi üçün dəyərlərin normallaşmasını təmin etdiyini qeyd edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
233 246 244 205 206 191

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.