Esmeralda

Esmeralda Xəbərlər 11-12-2018, 13:40

200-dən çox plastik əməliyyat keçirən qadının son istəyi həkimləri şoka saldı — FOTOLAR

200-dən çox plastik əməliyyat keçirən qadının son istəyi həkimləri şoka saldı — FOTOLAR
Saysız-hesabsız plastik əməliyyat keçirən Piksi Foksun son istəyi həkimləri şoka salıb.

Bu günə qədər 200-dən çox plastik əməliyyat olunan Piksi “Botched Doctors” verilişinin qonağı olub. Məlum olub ki, nağıl qəhrəmanına oxşamaq istəyən 28 yaşlı Foksun son istəyinə həkimlər “yox” cavabını veriblər.

İstədiyi obraza oxşamaq üçün qabırğalarını çıxartdıran, gözünün rəngini də dəyişdirən Foks bu dəfə saçı ilə bağlı əməliyyat istəyib. Verilişdə qonaq olan Terri Dubrou və Pol Nassif adlı cərrahlar onun istəyini qəbul etməyiblər. Həkimlər bildiriblər ki, Foks artıq əməliyyat “xəstəsi”dir və əməliyyat olunmasa dayana bilmir, buna görə də ona rədd cavabı veriblər.
Foks ən təhlükəli çənə sümüyü əməliyyatı üçün Cənubi Koreyaya səfər edib. Seul şəhərindəki bir xəstəxananın həkimləri onun çənə sümüyünü qırıb istədiyi üz formasına salıblar.

Piksinin fikrinə əsasən, bu əməliyyat sayəsində sifəti daha kiçik, gözləri daha böyük görünəcək.






Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
265 261 268 257 251 243

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.