Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Xaliq
Xəbər 74
Cəmi: 634
Kənan Heydərov
Xəbər 25
Cəmi: 5804
amon
Xəbər 23
Cəmi: 932
Avara_Şair
Xəbər 23
Cəmi: 1612
Sol Meleyim
Xəbər 9
Cəmi: 1029
ODiNoKiY_VoLK
Xəbər 4
Cəmi: 355
Melis
Xəbər 4
Cəmi: 32
_Uğurböceyi_
Xəbər 3
Cəmi: 286
Ayten
Xəbər 3
Cəmi: 3
MarveL
Xəbər 3
Cəmi: 47

Son Hədiyyə

Göndərilmiş hediyyə
JokeR » MarveL

Mesaj: 💞

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,6 Milyon
2) Sensiz darixiram » 411,3 Min
3) Sol Meleyim » 381,3 Min
4) L e o n » 357,2 Min
5) Avara_Şair » 303,4 Min
6) AzizA » 291,6 Min
7) Elnare » 265,2 Min
8) _Yene_Tenha_ » 220,2 Min
9) amon » 203,9 Min
10) Kamran_seaman » 200 Min
11) poppy » 144,1 Min
12) SeKeRCiK » 139,3 Min
13) Xaliq » 137,5 Min
14) Ay_işığı » 134,8 Min
15) _O.R.X.A.N_ » 120,8 Min
16) Ümidli gözəl » 90,5 Min
17) sessiz musiqim » 88,5 Min
18) Nani_Fit » 87,1 Min
19) pandisim » 83,1 Min
20) _Uğurböceyi_ » 80,3 Min

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
Xaliq
Şərh: 248
Cəmi: 871
MarveL
Şərh: 56
Cəmi: 928
Th30
Şərh: 55
Cəmi: 80
Elnare
Şərh: 51
Cəmi: 2383
Adnur xanım
Şərh: 27
Cəmi: 120
amon
Şərh: 23
Cəmi: 882
Sol Meleyim
Şərh: 22
Cəmi: 2180
_Uğurböceyi_
Şərh: 15
Cəmi: 2627
Kənan Heydərov
Şərh: 14
Cəmi: 8014
Ümidli gözəl
Şərh: 9
Cəmi: 655

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Xaliq
Bugün 1253
Cəmi: 1253
Kənan Heydərov
Bugün 1059
Cəmi: 1059
Elnare
Bugün 741
Cəmi: 741
Sensiz darixiram
Bugün 550
Cəmi: 550
amon
Bugün 428
Cəmi: 428
Dear
Bugün 406
Cəmi: 406
sessiz musiqim
Bugün 285
Cəmi: 285
GozeLoV
Bugün 264
Cəmi: 264
ODiNoKiY_VoLK
Bugün 260
Cəmi: 260
_f_eride
Bugün 243
Cəmi: 243
Daş qəlbləri dirildən din
İslam Dini Yüklə
Daş qəlbləri dirildən din
Bismilləhir-Rahmənir-Rahim!

Həzrət Peyğəmbərin (s) mövludu ərəfəsindəyik. Allah Təaladan duamız budur ki, cəmi ümmətə Peyğəmbərimizi (s) və Əhli-Beytini (ə) dərk edib, onların həqiqi ardıcıllarından olmaq tofiqini qismət etsin.

Gözəl əxlaqları kamilləşdirmək

İlin müəyyən zaman kəsimləri olur ki, inanc əhli xüsusilə öz ruhi-mənəvi durumuna nəzarət edir və bunun inkişafı, dərinləşməsi üçün səylər edir. Belə zaman kəsimlərinə, ilk növbədə, mübarək Ramazan ayı və məhərrəm-səfər əyyamı aiddir. Amma əslində insan öz vücudi durumuna diqqətlə yanaşsa, ilin əlamətdar günlərini həftələrə, bunları isə öz növbəsində aylara çevirə bilər və nəticədə hər zaman Yaradanın istədiyi bir halətdə bulunar.

Toplum da belədir: tutduğu yol onun gəldiyi mənzili müəyyən edir. Əslində, İslamın ilkin dövrünə nəzər saldıqda, toplumun tutduğu yolun onun vəziyyətini necə əsaslı surətdə dəyişməsinin şahidi oluruq. Bir zaman Rəsuli-Əkrəmin (s) gətirdiyi din, bədəvi ərəbləri tənəzzülün son pilləsindən bəşəriyyət üçün sivilizasiya standartları müəyyən edən bir toplum vəziyyətinədək ucaltmışdır. Lakin, sonrakı mərhələdə ümmət Həzrət Rəsulullahın (s) yolundan xeyli dərəcədə sapdı, İlahi seçimdən kənar düşdü, hərc-mərclik və fitnə meydana gəldi. Qısa bir müdətdə hidayət olmuş toplum, eynilə qısa bir müddətdə çoxsaylı əyintilərə məruz qaldı.

İndi də həmin tendensiya davam etməkdədir. Bir çox məsələlərdə müsəlmanlar Peyğəmbər (s) və Əhli-Beytinin (ə) təbliğ etdiyi məntiqi, elmi, estetik, gözəl bir təlim olan İslamı deyil, özlərinə sərf edən bir modeli rəhbər tuturlar.

Həzrət Peyğəmbərin (s) nəcib missiyasını müxtəlif formlarda xarakterizə etmək olar. Amma, nəzərimizcə, ən qəşəng formada bunu Rəsuli-Əkrəmin (s) özü təqdim etmişdir: "Mən gözəl əxlaqı kamilləşdirmək üçün seçilmişəm".

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Fərq etməz - qocadır, yoxsa cavan, qadındır, yoxsa kişi, alimdir, yoxsa qeyri-alimdir - əgər mənə bənzəmək istəyirsə, bilməlidir ki, sizlərin ən xoş əxlaqlı olanı - mənə ən çox bənzəyənədir".

Burada dəqiq meyar göstərilmişdir: əgər toplumun inkişafı gözəlliyə doğru, məhəbbətə doğru, kamilliyə doğrudursa, əgər burada hökm sürən ab-hava insanların çirkini çirkin, gözəlliyi gözəl görməsinə imkan verir və yardım edirsə, demək vəziyyət çox yaxşıdır. Burada ayrı-ayrı fərdlərin də, ümumilikdə cəmiyyətin də inkişaf üfüqləri çox işıqlı olur.

Yox, əgər zahiri salamatlıq pərdəsi altından toplumun əxlaqi-mənəvi aşınmasının işartıları sezilirsə, demək bu cəmiyyətin perspektivi Allah Təalanın istədiyindən çox-çox uzaqdır. Burada insanlar özlərinə və digərlərinə zülm edir, öz yaradılış fəlsəfələrinə zidd yolla gedirlər. İqtisadi tərəqqinin, texniki inkişafın, sosial rifahın, ümumilikdə hər bir şeyin ünvanı, hədəfi - kamillik olmalıdır. Əks təqdirdə, bunların hamısının çox nisbi əhəmiyyəti vardır.

Fitrəti susdurmamalı

Məlumdur ki, Allah Təala insanlara zaman-zaman Öz elçilərini (ə) göndərmişdir ki, onları düzgün yola hidayət etsinlər. Həzrət Əlidən (ə) nəql edilən hədisdə peyğəmbərlərin (ə) göndərilməsinin fəlsəfəsi gözəl surətdə açıqlanır: "(Allah Təala) peyğəmbəri onların (insanların) arasından seçdi və peyğəmbərlərini dalbadal onlara göndərdi ki, fitrətlərinə qoyulmuş İlahi əhdə əməl etmələrini istəsin. Onun unudulmuş nemətlərini yadlarına salsın və İlahi əmri çatdırmaqla höccəti onlara tamam etsin və onların ağıl xəzinələrini çölə çıxararaq, (Allahın) qüdrət nişanələrini onlara göstərsin".

İnsanın dini-imanı bir yana, onun bir fitrəti vardır. Və İslam məhz insanın fitrətinə ünvanlanan çağırışlar edir. İstər namaz qılan olsun, istər qılmayan - namusa, abır-həyaya əl uzatmağı, qeybət etməyi, yalan danışmağı, xəyanət etməyi hər bir kəs öz-özlüyündə pis bir əməl kimi qəbul edir. Mütəal Allah çirkinliklərə nifrəti insanın fitrətində qoymuşdur.

İlahi peyğəmbərlərin (ə) də missiyası insanın bu fitrətini oyatmaqdan ibarətdir. İnsanın daxilində olan siqnalvericini diriltməkdir dinin hədəfi. Vicdan adlanan bu siqnalverici barədə ötən bəhslərdə təfsilatı ilə söhbət etmişik. İblisin (lən) bütün işləri məhz bu siqnalvericilərlədir - əlindən gələni edir ki, bunları zəiflətsin, sıradan çıxarsın, səsini batırsın. İblis istəyər ki, insan öz siqnalvericisinin - vicdanının səsini eşitməsin və bu niyyətlə çoxsaylı dekorasiyalar işə salınır: çirkinliklərin gözəl formalarda təqdimat cəhdi, mənasız həyat tərzinin bütləşdirilməsi, ucuz və keyfiyyətsiz şoular, içki və narkotiklər, anlaşılmaz komplekslər, vəsvəsələr, "düşünmə!" tipli təlimat və yönəltmələr - insanın vicdanını susdurmaq üçün istifadə olunan vasitələri saymaqla qurtarmaz. Hətta yeni bir "yaşayış" yorması da meydana gəlib - "virtual yaşayış". Hamısı nəyə tuşlanıb? İnsanı iradəvi durumdan çıxarmağa.

Düzgün seçim etmək

Lənətlik iblisin insanı iradəvi durumdan çıxarması məsələsinə diqqət edilməsi, kamillik yolunu getmək istəyən insan üçün son dərəcədə böyük önəm təşkil edir. Belə ki, varlıqlar içində insana seçim qabiliyyəti verən Allah, onu haqqa yetişmək üçün bütün zəruri məlumatlarla təmin etmişdir. İlahi peyğəmbərlər (ə) vasitəsilə insana yaxşı və pis anladılmış, kamilliyə yetişmək üçün ən optimal yol göstərilmişdir. İnsana xas olan seçim etmək qabiliyyəti, onun iradəvi surətdə öz həyat yolunu müəyyən etmək imkanını şərtləndirir. Və insanın iradəvi varlıq olaraq seçim etməsi, onun düzgün məlumatdan bəhrələnməsinə bilavasitə bağlıdır. Məlumatın kafi səviyyədə olmasını, insanın dürüst və hərtərəfli bilgi ilə təmin edilməsini nəzərə alsaq, məsələ yalnız iradə tətbiq edərək əmələn pisliklərdən imtina etməyə və yaxşılıqlara yön almağa qayıdır.

Lakin, əsas mətləb məhz bundan sonra başlanır. İnsanın fitrəti, əqli, iradəsi, bu iradəni düzgün tətbiq edib lazımi seçim etmək qabiliyyəti, seçim üçün məlumat bazasının olması - ümumi halda kamala yetişmək üçün bütün zəruri vasitələrin olmasına baxmayaraq, çoxlu sayda insanlar məhz əyri yolu, reqress yolunu, məhvə sürükləyən yolu seçir. Nədən? Bax burada iradəvi seçimi zəiflətmək məsələsi gündəmə gəlir və buna aparan bütün müqəddimələr işə salınır. İnsan başa düşür ki, filan cür etməlidir, filan cür isə etməməlidir, amma müəyyən mərhələdə süstlük etməsi, zəiflik etməsi, iradəsini aradan aparan işlərə qol qoyması ucbatından nəticə determinləşdirilmiş, yəni öncədən müəyyən edilmiş olur. Haqq da bilinir, haqqa gedən yol da bəlli olur, amma insan özünü düzgün seçimdən məhrum etmiş olur. Allah Təala cəmi insanları haqqa doğru irəliləyənlərdən qərar versin, inşəallah!

Nemətləri unutmamaq

Hədisdə göstərilən digər məqamlara diqqət edək. Nemətləri xatırlamağa gəlincə, əsas məqam odur ki, insan nemətlərlə əhatə olunduğu halda, bunlara vərdiş edərək, unudur, görmür. İnsan xəstələndikdə sağlamlığın necə nemət olduğunu düşünür, dostunu, yaxınını itirdikdə qədrini bilir, körpəsi azacıq soyuqladıqda belə, narahatlıqdan özünə yer tapa bilmir - yəni, əksər hallarda neməti itirdikdə onun nemət olduğunu anlayır. Halbuki, insan tamamilə təmənnasız olaraq sağlam orqanlarla, immun sistemi ilə, dərk və təhlil etmək qabiliyyəti ilə, saysız-hesabsız digər nemətlərlə təmin edilmişdir; lakin, bunu unutmağa meyillidir. İnsan diqqət yetirsə, görər ki, nemətlərlə əhatə olunmuşdur - həm maddi, həm də qeyri-maddi nemətlərlə.

Höccəti çatdırmaq məqamına gəldikdə, peyğəmbərlər (ə) zaman-zaman məbus edilmiş, vəzifələndirilmişlər ki, insanlara İlahi əmrləri çatdırsınlar. Tarix boyu hər zaman Allah Təala elçilər (ə) göndərməklə insanları qəflətdən ayıltmış, nicata yetişmək üçün dəqiq yol göstərmişdir. Amma insanların bir qismi bu hökmləri unutmağa üstünlük verirlər. İblisvari məxluqların ardınca gedərək, özlərini zillətə salırlar, əbədi ruhlarını puç yollarda israf edirlər.

Əql məqamına gəldikdə, insanın öz istedadlarını bilib, onları tətbiq etməsi - özü böyük bir məsələdir. Bütöv elmi sahələr vardır ki, insanın istedadlarının təzahür edilməsinin metodologiyası üzərində çalışırlar. Dinimiz əqli bir xəzinə hesab edərək, bunu üzə çıxarmağın vacibliyini vurğulayır və eyni zamanda, digər insanlara da bu elmin zəkatından verməyi tövsiyə edir - axı əql bölüşməklə azalmır. Əksinə, yayıldıqca, tədbiqini tapdıqca, cilalandıqca daha da dərinləşən və artan bir nemətdir.

Xəstə qəlblərə məlhəm olan Peyğəmbər (s)

Göstərilən kontekstdə Rəsuli-Əkrəmi (s) tanımaq xüsusilə önəm daşıyır. Həzrət Peyğəmbərin (s) mübarək varlığını tanımaq çox önəmlidir. Bu tanıma, Həzrətin (s) ardıcıllarının hansı yolla getməsinə yardım edər. Rəsuli-Əkrəm (s) buyurmuşdur: "Mən - Allahın tərbiyə etdiyiyəm, Əli isə mənim tərbiyə etdiyimdir".

Yəni, Peyğəmbər (s) və Əhli-Beyti (ə) ən gözəl, ən kamil dəyərlərə sahib idi və bu dəyərləri insanlara aşılayırdı. Bu gözəl missiya barədə Həzrət Əli (ə) buyurur: "O, (Rəsulallah) öz elmi ilə insanların arasında gözəl bir təbib idi. Məlhəmlərini düzəldib hazırlamışdı. Və dağlamaq alətlərini qızdırmışdı. Onları lazım olan yerlərə - kor qəlblərə, kar qulaqlara və lal dillərə basardı. O, hikmət nurundan işıq götürməmiş, parlaq elmlərin çaxmağı ilə bir alov şölələndirməmiş, gövşəyən heyvanlar və daş parçası kimi olan şəxslərdə öz dərmanı ilə qəflət və sərgərdanlıq xəstəliyini müalicə edirdi".

Rəsulallah (s) gəlmişdi ki, xəstə qəlbləri müalicə etsin, daşlaşmış, möhürlənmiş, qəflətdə olan insanları islah etsin. İlahi kəlamla, öz gözəl əxlaq və davranışı ilə insanları hidayət yoluna dəvət etsin. Və möcüzə baş verdi. Tarixi baxımdan qısa bir müddətdə Allah yolunu seçmiş böyük bir insan toplusu yetişdi. Daş qəlbləri dirildən bir din - mübarək İslam dini Yer üzündə bərqərar oldu.

Bu dinin daşıyıcısı olan möminin vəsfində Allahın Peyğəmbəri (s) buyurmuşdur: "Hərəkət və rəftarları mülayim və mehribandır, görüşü şirin...

Hər bir şeyin ən üstününü axtarır, xislətlərin ən dəyərlisini...

Nifrət bəslədiyi kəsə zülm etmir və sevdiyi şəxsə görə günaha batmır.

Xərci azdır, çox kömək və yardım edir...

İşi çox yaxşı yerinə yetirir, sanki onu özü üçün görür.

Gözləri aşağı baxır.

Bağışlayan əli var, bir şey istəyəni boş geri qaytarmır.

Sözünü ölçüb-biçir və dilini lal edir...

Batili, hətta dostundan qəbul etmir və haqqı, hətta düşmənindən olsa belə, inkar etmir.

Elmi ancaq bilməyə görə öyrənir və biliyi yalnız əməl etməyə görə əldə edir...

Dünyapərəstlərlə rəftar edəndə - onların ən zirəngi, axirət axtaranlarla olanda - onların ən pəhrizkarıdır".


Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: "Üç sifət vardır ki, əgər hər kimdə olarsa, imanın kamil olmasının sifətlərindən olar:

1. O kəs ki, şad olar, şadlığı onu batilə tərəf çəkməz.

2. Qəzəblənən zaman qəzəbi onu haqdan çıxartmasın.

3. Nə zaman qüdrət əldə edər, onun olmayana əl uzatmaz".

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim ehtiyacı olana maddi yardım edər və insanlarla insafla rəftar edər - bu cür insan həqiqi mömindir".

Həzrət Peyğəmbərdən (s) nəql edilir: "Xəlq (yaranmışlar) - Allahın çörəkyeyənləridirlər. Ona görə də Allah yanında ən sevimli insan o kəsdir ki, Allahın çörəkyeyənlərinə fayda verər və ailəsini sevindirər".

Allahım, bizləri dünya və axirətdə Həzrət Peyğəmbər (s) və Əhli-Beytlə (ə) birgə et!

Allahım, insanların gözəl əxlaqlı, mənəviyyatlı, fitrətlərini unutmayan, nemətləri dərk edən, manqurdlaşmaqdan uzaq olan, vilayət nuruna bağlı bir durumda qərar ver!

Allahım, Vətənin və ümmətin problemlərinin həllini, işğal altında olan torpaqların azad olmasını, 12-ci İmam Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f) tezliklə zühur etməsini nəsib et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof


Daş qəlbləri dirildən din

Dostlarınızla paylaşın

Şərhlər: 3
  1. Kənan Heydərov
    Allah razı olsun Esmeralda çox gözəl paylaşımdı
  2. L e o n
    Qezeblenen zaman qezebi onu haqdan cixartmasin.
    Gozel xeberdi Allah razi olsun.
  3. sessiz musiqim
    Allah senden razi olsun xeberi oxudum rahatlig geldi ele bil.ellerine saglig

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.