reklam
Kainatın ən bəxtəvər yeri tapıldı - FOTO Kainatın ən bəxtəvər yeri tapıldı - FOTO http://loading.az/uploads/posts/2018-11/thumbs/1541513846_701200.jpg
_Yene_Tenha_

_Yene_Tenha_ Maraqlı 6-11-2018, 19:00

Kainatın ən bəxtəvər yeri tapıldı - FOTO

Kainatın ən bəxtəvər yeri tapıldı - FOTO


ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) kosmosda "smaylik"ə bənzəyən ulduz topası aşkarlayıb.

iki parıldayan sarı kürə və ağız formasındakı qövsdən ibarət qeyri-adi ulduz topası SDSS J0952 + 3434 qalaktik klasterindədir.

"Gülən" ulduz topasının görüntüsü NASA və Avropa Kosmik Agentliyinin (ESA) Hublle kosmik rəsədxanasında (NASA/ESA Hubble Space Telescope) quraşdırılmış Wide Field Camera 3 teleskopu vasitəsilə əldə olunub.

"Bu qalaktikanın aşağıdakı qövsü qravitasiyalı linzləşmə üçün səciyyəvidir. Onun işığı bizə çatana qədər massiv obyektdən keçdiyi üçün təhrif olunaraq dartılıb", - NASA-nın açıqlamasında deyilir.

Ulduzlar yarananda onlar "ulduz beşiyi" adlanan nəhəng qaz buludlarını tərk edirlər. Zaman keçdikcə bu "beşik"lər qeyri-stabil olur, qravitasiya gücləri nəticəsində parçalanır və yeni ulduzlar yaradacaq "toxum"lara çevrilirlər.

NASA "smaylik" qalaktika kimi ulduz toplarında yeni, "gənc" ulduzları tədqiq etməklə bu prosesin miqyasını, sürətini və işıq yayma aktivliyini müəyyənləşdirmək, bununla da Kainatın soyuq məkanlarında ulduzların yaranmasını anlamağa çalışırlar.


Kainatın ən bəxtəvər yeri tapıldı - FOTO


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
275 263 234 275 260 256

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.