reklam
Həbibə 50 milyon dollar qonorar vəd edildi Həbibə 50 milyon dollar qonorar vəd edildi http://loading.az/uploads/posts/2018-11/1541399216_nur_11541398608.jpg
HASANLY

HASANLY Xəbərlər 5-11-2018, 10:50

Həbibə 50 milyon dollar qonorar vəd edildi

Həbibə 50 milyon dollar qonorar vəd edildi
Həbibə 50 milyon dollar qonorar vəd edildi


UFC prezidenti Deyna Uayt rusiyalı idmançı Həbib Nurməhəmmədova növbəti döyüşünə görə mümkün qonorardan danışıb.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, onun fikirləri “MMA Fighting” qurumunun “Twitter” hesabında yayımlanıb.

Uayt rusiyalı döyüşçünün komandasının tələblərinin yerinə yetiriləcəyi ilə bağlı suala cavab verib.

“Əlbəttə. Onlar nəyin real olduğunu yaxşı bilirlər. Bu sualın cavabı onlara məlumdur”, - UFC prezidenti deyib.

Nurməhəmmədov oktyabrın 6-da UFC 229 turniri çərçivəsində ABŞ-da keçirilən döyüşdə irlandiyalı Konor Makqreqoru məğlub edib. KİV-in məlumatına görə, Nurməhəmmədovun döyüşdən gəliri 2 milyon dollar təşkil edib.

Nurməhəmmədovun meneceri Əli Əbdül-Əziz TMZ telekanalına müsahibəsində deyib ki, növbəti döyüşdə dağıstanlı idmançıya 10-50 milyon dollar qonorara ümid bəsləyir.

Nurməhəmmədovun növbəti rəqibi hələlik məlum deyil.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
259 253 262 249 185 240

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.