reklam
Acı tale Acı tale http://loading.az/uploads/posts/2018-10/1539236876_3.jpg
Kənan Heydərov

Kənan Heydərov Hekayələr 11-10-2018, 20:30

Acı tale

Acı tale
Acı tale

Həyat insanlara etdikləri günahlara görə çox ağır cəzalar verir.Bəzən bu insanların həyatı bahasına başa gəlir. Bəzən də yaxınlarının həyatı.İndi söhbət açacağım ailə isə heç bilmirəm cəmiyyətin,ailənin,şəraitin yoxsa özlərinin qurbanı olublar?!
Bakını ən məşhur restoranlarının birində iki çox məşhur ailələrindən olan 2 gəncin toyu çalınır.Toy çox maralı keçir,çoxları da məzh bu toya həsəd aparır.Bəy ali savadlı,çox yaraşıqlı,hər cəhətdən ideal bir oqlan,(Ruslan)gəlin isə gözəl,çoxlarının əldə etmək istədiyi bir qızdır.(Lalə)Lakin onları birləşdirən yalnız ailələri arasındakı dostluq idi.Bu izdivac da məzh buna görə baş tutmuşdu.Sevgidən söhbət belə gedə bilməzdi.Buna baxmayaraq ailə həyatının ilk ili yaxşı keçir.Səyahətlər,toylar,bayramlar....Bir sözlə çoxlarının həsəd aparacağı kubar həyat.Əslində isə hər şey göründüyü kimi deyildiBu user sizi söyür xahiş edirik adminə məlumat verinslan həyatının çoxunu barlar,klublara həsr etmişdi.Lalə isə seriallara baxaraq öz həyatını hansısa serial qəhrəmanına bənzətmək istəyirdi.Bəlkə də elə bu seriallar da onun sonrakı həyatına təsirini göstərdi.
Lalənin ən yaxın rəfiqəsi onu ailəsi ilə birlikdə öz toyuna dəvət edir.Amma Ruslan həmişə olduğu kimi bu toya getməkdən imtina edir.Lalə bu toya tək gedir.Hər şey də məzh bu toydan başlayır.Lalənin demək olar ki bütün sinif yoldaşları orada idi.Amma onu daha çox təəccübləndirən sinif yoldaşı Tunar idi.İlahi o necə də dəyişib,necə də yaraşıqlı olub.
Tunarla Lalənin məktəb vaxtı qeyri adi sevgi münasibətləri olub.Görünür o vaxtkı münasibət həmin vaxt da öz əhəmiyyətini itirməmişdi.Bu toy onları daha da yaxınlaşdırır,münasibətlər daha da dərinləşir.Görüşlərin sayı artır.Və daha artıq.Amma Lalə Tunara evli olduğunu demir.Çünki o da öz həyatından bezmişdi.Nəsə bir yenilik axtarırdı.
Tunarı 1 illik işi ilə bağlı Amerikaya göndərirlər.Elə bu vaxtdan Tunarla Lalənin münasibəti kəsilir.Amma artıq gec idi.Lalə hamilə idi...Amma o bunu Tunardan gizlədir.
il sonra....
Artıq Laləni qızı olmuşdu.Onu həyata bağlayan da məzh qızı Nuray idi.Tunar da 1ildən sonra qayıdır.O artıq məşhur 1 biznesmen idi.həm də artıq tək deyildi.Ailəsi və 1 oğlu var idi.(Sərxan)
Demek olar ki,onların görüşmək ehtimalı heçə bərabər idi.Amma həyatdı,hər şey ola bilir...
18 il sonra...
Həyat öz axarıyca gedirdi.Amma nə Lalənin,nə də Tunarın taleyin onlara necə surpriz hazırladığından xəbəri yox idi.Universitetlərə qəbul imtahanları vaxtı idi.həm Nuray,həm də Sərxan imtahanlarda yüksək nəticə əldə etmişdilər.Təsadüfə bir bax.Onlar bundan sonrakı 4 ili eyni universistetdə,eyni fakultədə və eyni qrupda təhsil alacaqdılar.Hətta yüksək bal topladıqlarına görə adları da jurnalda yanaşı yazılmışdı.Onları çox hadisələr yaxınlaşdırır,birləşdidir,çoxları onları bir birinə yaraşdırır,ideal cütlük olduqlarını deyir.Bu həqiqətən də belə idi.Amma bacı qardaş olduqlarını hardan biləydilər...
Sərxan öz işini şəxsi həyatını tam olaraq qaydasına salır və Nuraya evlənmək təklifi edir.Nuray bu təklifi qəbul edir.Nuray Sərxan barəsində anasına danışır və Lalə buna etiraz etmir.Sərxanın ailəsi Nuraygilə elçi gəlir.
Bu anı təsəvvür etmək çox çətindi.Bu Lalə üçün dözülməz idi...O düşünmədən yox deyir.Bu hadisə dəfələrlə təkrar olunur.
Son anda isə Nurayla Sərxan birlikdə Azərbaycanı tərk edirlər...Lalənin hələ bundan xəbəri yox idi.Qızının evə gəlmədiyindən qorxan Lalə Tunarı axtarmağa başlayır.Amma çox gec onunla elaqə yarada bilir.Bu vaxt isə artıq gec idi.O,Tunara hər şeyi danışır.Tunar nə edəcəyini bilmir.O,Sərxana zəng vurub təcili qayıtmasını tələb edir.
Sərxan və Nuray qayıtmağa məcbur olurlar.Amma təyyarə onları Azərbaycana deyil tamam başqa yerlərə aparır.Təyyarə qəzaya uğrayır...


Dərc etdi:Uğurböceyi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
322 310 341 277 323 302

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.