ONLAYN: 17

Qonaq: 479 Cəmi: 499
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,6 Min
2) Elnare » 391,3 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) ice berg » 333,7 Min
7) Avara_Şair » 302,1 Min
8) AzizA » 291,6 Min
9) Sensiz darixiram » 244,5 Min
10) Луна » 239,1 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 48 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) RÂYİHA - 33 deq.
2) Th30 - 33 deq.
3) _SeVgİsİz_BiRi - 32 deq.
4) Adnur - 26 deq.
5) Elnare - 18 deq.
6) ÊLfid - 15 deq.
7) Mənim - 13 deq.
8) amon - 11 deq.
9) ∬Madmazel∬ - 10 deq.
10) beybala_beybala - 9 deq.
Quran təhrif edilə bilərmi?
İslam Dini Yüklə
Quran təhrif edilə bilərmi?
Quran təhrif edilə bilərmi?

Cavab: Təhrif məsələsini doğru başa düşmək üçün Qurandankı ayələri yaxşı incələmək lazımdır. Çünki, söhbət Allahın kitabından gedirsə, bu sahədə söz demək də Allaha düşür.

Əvvəlki kitabların pozulduğunu və bu gün bu kitabların hökmü qalmadığını iddia edənlər, Quranda İsrailoğulları barədə “onlar ayələri təhrif edərlər” ifadələrini dəlil gətirirlər. Əlaqədar ayələri incələdiyimiz zaman görəcəyik ki, Quranda “təhrif” kəliməsi, mətnin təhrif edilməsinə və itməsinə deyil, kəlimələrdəki mənanın itməsinə işarət etməkdədir. Bu ayələrdən biri belədir:

Onlar (Kitabda olan) kəlmələrin mənasının yerlərini dəyişdirərək təhrif edərlər. Onlar (özlərinə) öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və (təqsirlərindən) keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir.” (Maidə, 5/13).

Burada diqqət edilməsi lazım olan nöqtə, təhrif kəliməsiylə qəsd edilən şeyin, kəlimənin dəyişdirilməsi və ya pozulması deyil, mənasının başqa yerlərə çəkilməsidir. Bunun bir nümunəsini Allah Quranda belə göstərir:

“Yəhudilərdən bəziləri kəlmələrin mənalarının yerini dəyişərək, dillərini əyərək və dinə tənə vuraraq: ‘Eşitdik və bərk sarıldıq/asi olduq!’, Sənə ‘eşit!” demək həddimizə deyil, ama eşit!/eşitməzsən eşit!” bir də “bizə çoban ol!”– deyirlər. Əgər onlar: ‘Eşitdik və itaət etdik!’, ‘eşit!’, ‘bizə nəzər yetir!’– desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah küfrlərinə görə onları lənətlədi. Onlar olduqca az inanırlar.” (Nisə, 4/46)

Ayələrdən başa düşüldüyü kimi təhrif sözü, kəlimənin və ya mətnin özünü deyil, onun ifadə etdiyi mənalarından kənara çıxarmaq üçün işlədilir. Bu yöndə Yəhudilərin Quranı təhrif etməyə çalışdıqları da bildirilir:

“Siz (yəhudilərin) sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü (Quranı) eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər.” (Bəqərə, 2/75.)

Yuxarıdakı ayədə ifadə edildiyi kimi, İsrailoğulları Qurana qulaq asır, sonra ayələrin mənasını əyib insanlarda Quran əleyhinə səhv düşüncələrin yaranmasına şərait yaradırlar. Beləliklə, Quranla Tövrat arasındaki təsdiq yönünü də pozmağı hədəfləyirlər. Deməli təhrif, mətni dəyişdirmək deyil, deyiləni başqa səmtə yönləndirməkdir.

Bu gün də məallar üzərindən Quran ciddi bir təhrifə məruz qalmaqdadır. Mətndə olmayan şeyləri varmış kimi, olan şeyləri də yoxmuş kimi məallarda təqdim edilməkdədir. İnsanlar da bunu Allahın sözü zənn etməkdədir. Buna da bir misal verərsək, məsələn:

“Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınmaması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir.” (Əhzab, 33/59.)

Bir çox məallarda “tanınmaması” deyə çevrilən kəlimənin orijinalı “tanınması” şəklindədir. Ancaq məal verən adam, Allahın dediyinin əksinə məna vermişdir. Belə ki, Quranın təhrif dediyi tam da budur.

Dostlarınızla paylaşın

336 nəfər bəyənib.
Şərhlər: 4
  1. pandisim
    [/i]
    Allah razı olsun məqalə üçün.Quran kitabdır ki, bütün elmlər cəmləşib orada.Kaş ki oxuyub əməl etsək..
    [i]
  2. Esmeralda
    maraqla oxudum...Qurani ureyleri istediyleri kimi tehrif edirler , bir ayeni bir nece mezhebden soruwanda heresi ayri ayri oz bawlarina uygun izah edirler. bu da bezi hansilarki din biligisi olmayan insanin caw baw qalmasina sebeb olur,dine yaxinlawmaqdansa uzaqlawir cunki bilmir hansi yol duzgundur.
    gunahdir elbette...
  3. Zehra_A
    Deyerli xeberdi ALLAH razi olsun
  4. _AzƏrİ_QıZı_
    Sonuncu linK Acmayib xeberde

    Allah razi olsun..

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.