reklam
Dualar Dualar http://loading.az/uploads/posts/2018-10/1538658800_dua-3.jpg
SeKeRCiK

SeKeRCiK İslam Dini 4-10-2018, 19:20

Dualar

Dualar
Dualar



Qurani Kərim‐dən Allah, Subhanu va Təalayya edilən dualar

1) “Ey Rəbbimiz!
Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq” (əl‐Əraf, 23).
2) “Ey Rəbbim!
Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram” ( Hud, 47).
3) Ey Rəbbim!
Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və (bütün) mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır” (Nuh, 28).
4) “Ey Rəbbimiz!
(bunu) bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən! Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadətqaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən! (əl‐Bəqərə, 127‐128)
5) Ey Rəbbim!
Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə! (İbrahim, 40)
6) Ey Rəbbimiz!
Haqq‐hesab günü məni, valideynlərimi və möminləri bağışla!” (İbrahim, 41)
7) Ey Rəbbim!
Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur! Sonra gələnlər arasında (həmişə yad)(edilim)(deyə) mənə yaxşı ad qismət elə! Məni Nəim bağının varislərindən et! Onların dirildiləcəyi gün məni rüsvay etmə!" (əş‐Şuəra, 83‐85, 87)
8) “Ey Rəbbim!
Mənə əməlisalehlərdən olan (övlad) bəxş et!” (əs‐Saffat, 100)
9) “Ey Rəbbimiz!
Biz yalnız Sənə təvəkkül edir və yalnız Sənə üz tuturuq. Dönüş də yalnız Sənədir" (əl‐Mumtəhinə, 4).
10) Ey Rəbbimiz!
Bizi kafirlər üçün sınaq etmə. Ey Rəbbimiz, bizi bağışla. Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!” (əl‐Mumtəhinə, 5)
11) “Ey Rəbbim!
Mənə həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham ver və məni öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!” (ən‐Nəml, 19)
12) “Ey Rəbbim!
Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən” (Ali‐İmran, 38).
13) “Ey Rəbbim!
Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!” (əl‐Ənbiya, 89)
14) “Səndən başqa heç bir ilah yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!” (əl‐Ənbiya, 87)
15) “Ey Rəbbim!
Köksümü açıb genişlət! İşimi yüngülləşdir! Dilimdəki düyünü aç ki, sözümü anlasınlar!" (Taha, 25‐28)
16) “Ey Rəbbim!
Mən özüm‐özümə zülm etdim. Məni bağışla!” (əl‐Qəsəs, 16)
17) "Ey Rəbbimiz!
Biz sənin nazil etdiyinə iman gətirdik və (göndərdiyin) elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!” (Ali‐İmran, 53)
18) “Biz ancaq Allaha təvəkkül edirik. Ey Rəbbimiz! Bizi zalım camaatın əlində sınağa çəkmə! Və bizi Öz mərhəmətinlə kafir camaatın əlindən qurtar” (Yunus, 85‐86).
19) “Ey Rəbbimiz!
Günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla; qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!” (Ali‐İmran, 147)
20) “Ey Rəbbimiz!
Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!” (əl‐ Kəhf, 10)
21) “Ey Rəbbim!
Elmimi artır!” (Taha, 114)
22) “Ey Rəbbim!
Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!” (əl‐Muminun, 97‐98)
23) “Ey Rəbbim,
bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!” (əl‐Muminun, 118)
24) “Ey Rəbbimiz!
Bizə həm (bu) dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!” (əl‐Bəqərə, 201)
25) “ (Allahın hökmlərini) “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” (əl‐Bəqərə, 285)
26) “Ey Rəbbim!
Məni zalım adamların əlindən qurtar!” (əl‐Qəsəs, 21)



Derc etdi - Esmeralda

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
516 490 512 468 503 545

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.