ONLAYN: 16

Qonaq: 719 Cəmi: 738
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Kənan Heydərov
Xəbər 71
Cəmi: 5511
amon
Xəbər 26
Cəmi: 854
Xaliq
Xəbər 26
Cəmi: 360
Dear
Xəbər 8
Cəmi: 76
Avara_Şair
Xəbər 7
Cəmi: 1547
_AzƏrİ_QıZı_
Xəbər 5
Cəmi: 32
Ramal
Xəbər 4
Cəmi: 5
Azra
Xəbər 2
Cəmi: 12
MaraL
Xəbər 2
Cəmi: 2
ODiNoKiY_VoLK
Xəbər 2
Cəmi: 334

Son Hədiyyə

Göndərilmiş hediyyə
Kənan Heydərov » Ümidli gözəl

Mesaj: Ümidin bitdiyi yerdə əsarət başlar...💖💖

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,6 Milyon
2) Kənan Heydərov » 1,4 Milyon
3) Sol Meleyim » 455,9 Min
4) Avara_Şair » 395,7 Min
5) Sensiz darixiram » 394,4 Min
6) Sistem » 379,4 Min
7) L e o n » 357,2 Min
8) AzizA » 291,6 Min
9) Elnare » 224,5 Min
10) _Yene_Tenha_ » 220,2 Min
11) amon » 152,2 Min
12) poppy » 144 Min
13) SeKeRCiK » 139,3 Min
14) _O.R.X.A.N_ » 120,8 Min
15) Nani_Fit » 87,1 Min
16) sessiz musiqim » 83,7 Min
17) pandisim » 82,8 Min
18) Xaliq » 80,1 Min
19) _Uğurböceyi_ » 79,9 Min
20) Ümidli gözəl » 78,9 Min

Reklam

Bir dəfə klik edin

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
sessiz musiqim
Şərh: 135
Cəmi: 1596
Dear
Şərh: 110
Cəmi: 1313
Elnare
Şərh: 92
Cəmi: 1852
Sensiz darixiram
Şərh: 43
Cəmi: 4052
_AzƏrİ_QıZı_
Şərh: 38
Cəmi: 240
Xaliq
Şərh: 33
Cəmi: 291
Kənan Heydərov
Şərh: 30
Cəmi: 7826
amon
Şərh: 24
Cəmi: 820
Ramal
Şərh: 9
Cəmi: 9
MaraL
Şərh: 9
Cəmi: 9

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Kənan Heydərov
Bugün 190
Cəmi: 190
sessiz musiqim
Bugün 145
Cəmi: 145
Xaliq
Bugün 128
Cəmi: 128
Dear
Bugün 120
Cəmi: 120
Elnare
Bugün 98
Cəmi: 98
Sensiz darixiram
Bugün 97
Cəmi: 97
_AzƏrİ_QıZı_
Bugün 68
Cəmi: 68
GozeLoV
Bugün 59
Cəmi: 59
amon
Bugün 54
Cəmi: 54
Avara_Şair
Bugün 37
Cəmi: 37

Reklam

Bir dəfə klik edin
Azərbaycan Respublikasının Gerbi
Azərbaycan Yüklə
Azərbaycan Respublikasının Gerbi
Azərbaycan Respublikasının Gerbi

Dövlətin möhürlərdə, pul nişanlarında, blank və başqa rəsmi sənədlərdə təsvir olunan fərqləndirici nişanı Dövlət gerbidir. Dövlət bayrağından fərqli olaraq, ADR dövründə digər rəmzlər rəsmi şəkildə qəbul olunmamış, yalnız onların qəbul ediləcəyi barədə 1920-ci il yanvar ayının 30-da hökumət tərəfindən müsabiqə elan edilmişdir. Müsabiqənin müddəti 1920-ci il mayın 1-də qurtarmalı idi.

Müsabiqə Xalq Cümhuriyyətinin rəmzlərinin, orden və medallarının ilk nümunələrinin meydana çıxmasını sürətləndirdi. Həmin rəmzlərin bədii həllində zamanın nəfəsi, əsrin əvvəllərində yaşayıb-yaratmış “Molla Nəsrəddin”çi rəssamlardan Ə.Əzimzadənin,O.Şmerlinqin, İ.Rotterin, R.Telinqaterin yaradıcılığına xas üslub xüsusiyyətləri diqqəti cəlb edir.

1991-ci ildə Azərbaycan Respublikasının yeni milli gerbinin yaradılması üçün müsabiqə elan olundu, lakin təqdim olunan gerb esgizləri Milli Məclis üzvlərini qane etmədiyi üçün vaxtilə mövcud olmuş gerb layihəsini bərpa etmək məqsədəuyğun hesab edildi.

Qəbul olunmuş Azərbaycan Respublikasının gerbi Xalq Cümhuriyyəti dövrünün 1920-ci ildə yaradılmış gerbinin təkrarıdır. Onun kompozisiyası ilk orijinalda olduğu kimi saxlanılmış, yalnız bəzi detallar-alovun, palıd yarpaqları və sünbüllərin təsviri rəssam R.Məmmədov tərəfindən bir qədər təkmilləşdirilmişdir.

Dövlət gerbində verilmiş rəmzi elementlər milli və bəşəri dəyərlərə əsaslanır. Səkkizguşəli ulduz Azərbaycanın memarlıq, şəbəkə sənətində geniş istifadə olunan ornament növlərindəndir.

Memar Əcəminin yaratdığı abidələrdə, Bakı Şirvanşahlar sarayındakı divanxananın plan quruluşu və or­namentlərində, Pirsaat çayı üzərindəki Xanəgahın mayolika naxışlarında ulduz təsvirləri vardır.
Qalxan dünya heraldika sənətində ölkənin hərbi qüdrətini,xalqın qəhrəmanlıq əzmini ifadə edir.
Palıd yarpaqları və sünbüllər şöhrət çələngini, qüvvəti, bolluğu ifadə edən ənənənin simvollarındandır.

Gerbimizin mərkəzində şölə saçan alovun mahiyyəti M.Ə.Rəsulzadənin Milli Cümhuriyyət Parlamentinin ilk açılışındakı nitqində aydın ifadə olunmuşdur: “Azərbaycan bir atəş mənbəyidir. Vətənimiz hər zaman kəndisinəsində bir atəşi-müqəddəs bəsləmişdir. Bu atəş əski zamanlardan bəri həqiqətpərəstlərə rəhbər, bir şöleyi-ümid və inam təşkil eyləmişdir… Qəni bir atəş. Azərbaycan övladının sinələrinə düşən milyonlar ilə börkü yaxan bu atəş əbədiyyən sönməz bir məşələ təşkil edib də hüriyyət və istiqlala doğru getdiyimiz maneəli yolları işıqlandırsın!”

Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 19 yanvar tarixli Konstitusiya qanunu ilə Azərbaycan Respublikası Dövlət gerbinin rəngli və ağ-qara təsviri təsdiq edildi. 1993-cü il fevralın 23-də isə Azərbaycan Respublikası Dövlət gerbi haqqında əsasnamə təsdiq edildi.

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında
ƏSASNAMƏ


l. Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir.

2.Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.

Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır”.

3. Azərbaycan Respublikası Dövlət gerbinin qabarıq təsviri vurulur:
a) Azərbaycan Respublikası parlamentinin binasına, iclas salonuna və parlament sədrinin xidməti kabinetinə;
b) Azərbaycan Respublikası prezidentinin iqamətgahına və xidməti kabinetinə;
v) Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının binalarına,məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi və Ali Arbitraj Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə;
q) yerli nümayəndəli dövlət orqanlarının binalarına və iclas salonlarına;
d) Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına;
e) Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına;

4. Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə olunur:
a) Azərbaycan Respublikası Dövlət möhüründə, bütün dövlət orqanlarının möhürlərində;
b)Azərbaycan Respublikası qanunlarının, parlamentin qərarlarının, prezidentin fərman və sərəncamlarının blanklarında;
v) bu əsasnamənin3-cümaddəsində göstərilən dövlət orqanlarının sənədlərinin blankında (binalarının lövhələrində);
q) Azərbaycan Respublikası Milli Bankının biletlərində və milli pul vahidlərində, Azərbaycan Respublikasının qiymətli kağızlarında, dövlət istiqrazlarında və lotereya biletlərində;
d)Azərbaycan Respublikası vətəndaşının pasportunda, Azərbaycan Respublikası vətəndaşına verilən diplomatik və başqa xarici pasportlarda;
e) Azərbaycan Respublikası parlamentinin rəsmi nəşrlərində;
ə) Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş hallarda Dövlət sərhəd nişanlarında;

5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikası Dövlət gerbinin təsvirinin mütləq vurulmalı olduğu başqa hallar da nəzərdə tutula bilər.

6. Bu əsasnamədə göstərilən hallardan başqa Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə etmək hüququ Azərbaycan Respublikasının parlamenti tərəfində verilə bilər.

7. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

8. Azərbaycan Respublikası Dövlət gerbinin verilən təsviri bu əsasnaməyə əlavə edilən rəngli və ya ağ-qara təsvirə ölçüsündən asılı olmayaraq, həmişə dəqiq surətdə uyğun gəlməlidir.

Dostlarınızla paylaşın

Şərhlər: 3
  1. pandisim
    Bilirəm çoxsağol məlumat üçün
    -=* Medalları *=-

  2. Sensiz darixiram
    Vetenperver ezom tewekkurler))
    -=* Medalları *=-

    -=* İmza *=-

    #TəsaDüfümSən...!♡

    02.04🔱💜
  3. SeKeRCiK
    mekteblerde usaqlara daha cox melumat verilse usaqlarimiz hem tecrubeli hem dili uzun olar sullara qarsida
    -=* Medalları *=-

    -=* İmza *=-

Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.