reklam
Həzrət Zeynəbin taleyi necə oldu? Həzrət Zeynəbin taleyi necə oldu? http://loading.az/uploads/posts/2018-09/thumbs/1538026652_687333.jpg
Esmeralda

Esmeralda İslam Dini 1-10-2018, 09:37

Həzrət Zeynəbin taleyi necə oldu?

Həzrət Zeynəbin taleyi necə oldu?


Əsirlikdən Mədinəyə qayıtdıqdan sonra Həzrət Zeynəbin taleyi necə olmuşdur?

Həzrət Zeynəbin Diməşqdən Mədinəyə qayıtdıqdan sonrakı taleyi haqqında məlumatlar ziddiyyətlidir. Şiə rəvayətlərində hicri 62-ci ildə (miladi 681-682-ci illər) Yezid qoşunları tərəfindən Mədinədə törədilmiş qətlü-qarətdən sonra Xanım Zeynəbin Dəməşqə getdiyi və orada həmin ilin rəcəb ayının 15-də (miladi 682-ci il) vəfat etdiyi bildirilir.

Loading.az islam.az-a istinadən bildirir ki, onun Dəməşqə getməsinin səbəbini belə izah edirlər: Mədinə qırğınından sonra şəhərdə qəhətlik baş verir. Həzrət Zeynəbin həyat yoldaşı Abdullah ibn Cəfərin Şamda əkin sahələri vardı. O, həmin sahələrin məhsulundan faydalanmaq üçün Dəməşqə yollanır, Xanım Zeynəbi də özü ilə aparır. Həzrət Zeynəb burada vəfat edir və qədim Diməşq şəhərindən 7 km. şərqdə yerləşən Raviyə kəndində dəfn olunur. Hal-hazırda buralar Dəməşqin Zeynəbiyyə məhəlləsi adı ilə məşhurdur.

Əhli-sünnə mənbələrində isə göstərilir ki, Yezidin imzaladığı sürgün əmrindən sonra Həzrət Zeynəb Misrə yollanmış, orada Misir valisi tərəfindən ehtiramla qarşıalnmışdı. Xanım Misirdə camaata İslam qanunlarını təlim edir, onların şikayətlərini valiyə çatdırıb həllinə nail olurdu. Bu nəzəriyyəyə görə, Xanım Zeynəb hicri 65-ci ildə (miladi 684-685-ci illər) Misirdə vəfat etmiş və Qahirədə dəfn olunmuşdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
373 371 339 295 282 298

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.