ONLAYN: 21

Qonaq: 401 Cəmi: 425
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,8 Min
2) Elnare » 409,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,1 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 228,9 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) Nigar - 2 saat 44 deq.
2) Hökm - 1 saat 20 deq.
3) ice - 1 saat 20 deq.
4) Nuray - 55 deq.
5) XAMLİYON__GÖZƏL - 41 deq.
6) Adnur - 36 deq.
7) Gülüşüm💕 - 26 deq.
8) amon - 23 deq.
9) _Gйпеl_ - 20 deq.
10) ÊLfid - 20 deq.
Hürrün tövbəsindən nələri öyrənməliyik?
İslam Dini Yüklə
Hürrün tövbəsindən nələri öyrənməliyik?


Məhərrəm ayı Peyğəmbər (s) və Əhli-beytinin (ə) qəm və qüssə ayıdır. 61-ci Hicri-Qəməri ilinin Məhərrəm ayından bəri Əhli-beyt (ə) davamçaları hər il əzadarlıq keçirirlər. Bu müsibəti dillə təsvir etmək olmaz. Bundan da böyük müsibət ola bilərmi? İmam Əlinin (ə) oğluna, Peyğəmbərin (s) ciyərparəsinə Nəbinin vəfatından heç 50 il keçməmiş silah çəkdilər. Özü də o kəslər ki, özlərini həmin Peyğəmbərin (s) ümməti hesab edirdilər. (Tebyan)

Kərbəla bir hadisə deyildir, əslində bir məktəbdir ki, əsrlər boyu yüz minlərlə insan bu məktəbdə tərbiyə olmuşdular. Tarix boyu o qədər insanlar olmuşdur ki, əzadarlıq məclislərində iştirak edərək əqidələrinə qayıtmışdılar. Kərbəla və Aşura insanların həyata olan baxışını dəyişdirir.

Məhərrəm - tövbə ayıdır, Allaha qayıtmaq ayıdır, düzgün yaşamaq ayıdır, düzgün ölmək ayıdır. Məhərrəm insana düzgün yaşamağı və bu fani dünyaya bağlanmamağı öyrədir. Məhərrəm və Kərbəla - əxlaqi fəzilətlərin ən alisidir. Məhərrəm ayı nümunələr gətirərək, bizə əxlaq dərsi verir. Məhərrəm - vəfa dərsidir, izzət və azadlıq dərsidir.

Məhərrəm ayı elə bir aydır ki, günah əhli belə, özünü dəyişdirər. İllər boyu adət etdiyi içkisindən, pis işlərindən əl çəkər və bu aya ehtiram qoyar. Ona görə də Məhərrəm ayı həm də günahdan əl çəkməyə əzm edilən aydır.

Məhərrəm tövbə ayıdır və çox sayda günahkarın düz yola hidayət olduğu aydır. Kərbəla səhnəsində bunun bariz nümunəsini Hürr ibni Yəziddə görmək olar. Hürr, Ömər ibn Sədin İmam Hüseynə (ə) hücum etdiyini öyrənəndən sonra özünə gəldi, ayıldı və tövbə edərək, İmama (ə) tərəf üz döndərdi. Yanındakı silahdaşlarından olan Muhacir ibni Ousa deyir: "Allaha and olsun ki, mən özümü behiştlə cəhənnəm arasında görürəm. Allaha and olsun ki, behiştdən başqasını seçməyəcəyəm. Hətta əgər məni tikə-tikə etsələr və atəşə versələr belə!". Sonra atına şallaq vurub İmam Hüseynə (ə) tərəf getdi və Həzrətə (ə) dedi: "Ey Rəsulallahın oğlu! Mən həmin o kəsəm ki, sizin qayıtmağınıza mane oldum. Sizi bu yerdə qalmağa vadar etdim. İndi bu əməlimə görə Allah dərgahında bağışlanmağımı istəyirəm. İstəyirəm ki, canımla sizə yardım edəm və gözlərinizin önündə öləm. Sizin yanınıza gəlmişəm. Bunu tövbə kimi qəbul edərsinizmi?". İmam (ə) buyurdu: "Bəli, Allah tövbəni qəbul edər və səni bağışlayar. Sənin adın nədir?". Hürr dedi: "Mən Hürr ibni Yəzidəm". İmam (ə) buyurdu: "Anan səni adlandırdığı kimi (Hürr) sən azadsan. Allahın ümidi ilə dünya və axirətdə azadsan. (Atdan) düş".

Beləliklə, Hürr şeytanın ordusundan Allahın ordusuna qoşulur və tövbə edir. Allah insana kəramət bəxş etmişdir. Belə ki, onu xilqət aləminin gül çələngi qərar vermişdir. Aləmdə olanların hamısını insanın xidmətinə gətirmişdir.

Bu cür insan özünü zəlil etməyə layiq deyildir. Bu cür insan heç bir zaman izzətini əldən verməyə hazır olmamalıdır. Elə buna görə də İmam Hüseyn (ə) zəlil beyətdənsə, mərd və igidcəsinə şəhadəti üstün bilir.

Aşura bizlərə izzət dərsi verir. İnsan əgər bu dünyada axirətinə nəzər salarsa, axirət səadətini dünyanın tez keçən xoşluqlarından üstün bilər. Kərbəlada İmam Hüseynə (ə) qarşı çıxanların hədəfi dünya malı və rifaha çatmaq idi. Ona görə də Aşura bizə öyrədir ki, dünyaya maddi sərvət əldə etmək üçün nəzər salmayaq. Dünyaya axirətə çatmaq üçün bir vasitə kimi baxaq.

Dostlarınızla paylaşın

366 nəfər bəyənib.
Şərhlər: 3
  1. Xaliq
    xeber ucun tesekkurler
  2. CLoseYourEyeS
    Meqale ucun tesekkurler
  3. poppy
    Deyerli xeberdi ALLAH razi olsun

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.