LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
♔Princess♔

♔Princess♔ Mətbəx 9-06-2016, 16:00

Qarabaşaq və ispanaqla zapekanka

Qarabaşaq və ispanaqla zapekanka
LoaDinG.Az xəbər saytı


Tərkibi (2 pay):

0,5 st. qarabaşaq yarması
1 st. su
duz
2 x.q. kərə yağı
250 q ispanaq
1 baş soğan
istiot
200 q 9-18%-li kəsmik
50 q bərk pendir
1 çimdik muskat cevizi
2 yumurta

Qazançaya 1 st. (250 ml) su tökün, qaynayanda 1 x.q. kərə yağı, duz, yuyulmuş qarabaşaq yarması əlavə edin, qarışdırın. Qaynara düşəndən sonra qapağını qoyun, vam odda 15-20 dəqiqə, suyu tam çəkincə bişirin.
Tavada 1 x.q. bitki yağını qızdırın, yarımhalqa doğranmış soğanı qovurun. İspanağı yuyub kağız salfetin üstünə düzün. Suyu çəkiləndə doğrayıb soğana əlavə edin. Ocağı azaldıb qarışdıraraq ispanağı 1-2 dəqiqə bişirin. Duz-istiot vurun. Ocaqdan götürün.
Ayrı qabda sürtgəcdən keçirilmiş pendir, kəsmik və muskat cevizini qarışdırın. İspanağa əlavə edin.
Formaların dibinə qarabaşağı tökün. Üzərinə ispanaqlı qarışığı qoyun.
Ortasında çala açıb oraya yumurta çalın. Yumurtanın üzərinə duz-istiot səpin.
180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin (yumurtanın ağı bərkiyənədək).

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
459 431 351 350 416 355

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.