reklam
Allah və Mələkləri Allah və Mələkləri http://loading.az/uploads/posts/2016-06/thumbs/1465036032_images.jpg
Angel Girl

Angel Girl İslam Dini 5-06-2016, 08:30

Allah və Mələkləri

Allah və Mələkləri


Allah Elçisi - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Allahın yollarda dolaşıb Allahı yad edən insanları axtaran mələkləri vardır." Onlar Allahı yad edən bir camaat gördükləri zaman bir-birlərini çağırıb: “Axtardığınızın yanına gəlin!”- deyirlər. Sonra onlar bu camaatı öz qanadları ilə dünya səmasınadək əhatəyə alırlar. Elə həmin vaxt Rəbbi mələklərdən - hər şeyi onlardan daha yaxşı bildiyi halda - soruşur: “Qullarım nə deyirlər?”


Mələklər: “Onlar Sənin şəninə təriflər deyir, Səni uca tutur, Səni həmd-səna ilə təqdis edir və Səni tərifləyirlər”- deyə cavab verirlər.

Allah soruşur: “Məgər onlar Məni görüblərmi?”

Mələklər deyirlər: “Xeyr, vallahi ki, onlar Səni görməyiblər!”

Allah soruşur: “Bəs Məni görsəydilər, necə olardı?”

Mələklər deyirlər: “Əgər onlar Səni görsəydilər, bundan da çox Sənə ibadət edər, Səni tərifləyər, Səni həmd-səna ilə təqdis edər və Sənin şənini uca tutardılar”.

Allah soruşur: “Onlar Məndən nə istəyirlər?”

Mələklər deyirlər: “Onlar Səndən Cənnəti istəyirlər”.

Allah soruşur: “Məgər onlar Cənnəti görüblərmi?”

Mələklər deyirlər: “Xeyr, ya Rəbb! Vallahi ki, onlar Cənnəti görməyiblər”.

Allah soruşur: “Bəs onu görsəydilər, necə olardı?”

Mələklər deyirlər: “Əgər onu görsəydilər, daha əzmlə ona can atar, daha inadla onu diləyər və daha çox rəğbətlə onu arzulayardılar”.


Allah soruşur: “Onlar Mənə nədən sığınırlar?”

Mələklər : “Cəhənnəm odundan”- deyirlər.

Allah soruşur: “Məgər onlar Cəhənnəmi görüblərmi?”

Mələklər deyirlər: “Xeyr, ya Rəbb! Vallahi ki, onlar Cəhənnəmi görməyiblər”.

Allah soruşur: “Bəs onu görsəydilər necə olardı?”

Mələklər deyirlər: “Əgər onu görsəydilər, ondan daha uzağa qaçmağa çalışar və ondan daha çox çəkinərdilər!”

Allah buyurur: “Şahid olun ki, Mən onları bağışladım!” Bu vaxt mələklərdən biri deyir: “Bu camaatın arasında olan filankəs onlarla yoldaşlıq edənlərdən deyildir, sadəcə olaraq öz ehtiyacı üzündən ora gəlmişdir”. Onda Allah buyurur: “Bunlar elə insanlardır ki, onlarla oturub-duran adam bədbəxt olmaz”..(əl-Buxari, 5929)

Allah və Mələkləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
595 632 624 527 582 496

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.