LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
_Yene_Tenha_

_Yene_Tenha_ Sağlamlıq 18-08-2018, 08:58

Ən ağır onkoloji xəstəliklərə qalib gəlməyin üsulu tapılıb

Ən ağır onkoloji xəstəliklərə qalib gəlməyin üsulu tapılıb
LoaDinG.Az xəbər saytı


Britaniyalı mütəxəssislər qlioblastoma hüceyrələrini və digər beyin şişlərini özünü məhv etməyə yönəldə bilən "KHS101" molekulunu aşkar ediblər. "RİA Novosti"nin yaydığı məlumatda eksperimentlərin hələ ki siçanlar üzərində aparıldığı bildirilir. Artıq məlumdur ki, "KHS101" hüceyrələrin çoxalmasına imkan vermir və onları öldürür.

Tədqiqatların nəticələrinə görə, "KHS101" neyronların sələflərini yaşlı beyin hüceyrələrinə çevirir. Bu proses gövdə hüceyrələrinin çoxalmasını idarə edən və onların fəaliyyətinin qarşısını alan "TACC3" zülalı ilə sintez sayəsində baş verir. Bəlli olub ki, "KHS101" xərçəng hüceyrələri üçün təhlükəlidir və sağlam beyin hüceyrələrinə heç bir zərər vermir.

Alimlər eksperiment çərçivəsində siçanların beyninə qlioblastomanın xüsusi aqressiv formalarını, astrotsitom və digər bədxassəli şişləri yeridiblər. Sonra heyvanların yarısına "KHS101" iynəsi, qalanlarına isə platsebo vurublar. Molekulun təsiri ilə xərçəng hüceyrələri çoxala bilməyib və "TACC3" ilə birbaşa əlaqəsi olmayan genlərlə qarşılıqlı fəaliyyət nəticəsində onların özünü məhvetmə prosesi başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
378 381 422 334 301 344

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.