LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
_Yene_Tenha_

_Yene_Tenha_ İdman 15-08-2018, 07:35

Çempionlar Liqası: "Qarabağ" ÇL-də mübarizəni dayandırdı

Çempionlar Liqası: "Qarabağ" ÇL-də mübarizəni dayandırdı
LoaDinG.Az xəbər saytı


Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Təmsilçimiz "Qarabağ" da növbəti oyununa çıxıb. Qurban Qurbanovun komandası səfərdə BATE-nin qonağı olub.

Bakıda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün Belarusdakı oyunda qələbə qazanmalı idi. Lakin görüş 1:1 hesabı ilə yekunlaşıb və "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb.

Qeyd edək ki, təmsilçimiz yolunu Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. "Atlılar" burada "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu


21:00. BATE (Belarus) - "Qarabağ" (Azərbaycan) - 1:1
Qol: Mirka İvaniç, 19 (1:0), Miçel, 54 (1:1)
Qırmızı vərəqə: İnnosent Emeqara, 76 ("Qarabağ")
İlk oyun - 1:0
Hakimlər: Andris Treymanis, Haralds Qudermanis, Alekseys Spasyonņikovs, Aleksandrs Qolubevs (hamısı Latviya)
Borisov. "Borisov Arena"

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
367 306 331 328 327 313

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.