Bismilləhir-Rahmənir-Rahim!
Təqvaın insanın həyatına, mənəvi inkişafına, vücudi durumuna, ümumən insanın sonucuna nə kimi təsirlər etdiyi - mübarək dinimizin ən ümdə mövzularındandır. Təqvanın insanın həm yaşayışına, həm də aqibətinə taleyüklü təsiri vardır.
Bəhslərdən aydın olur ki, insanların diqqət etməməklə, çox da fərqinə varmamaqla səciyyələnən yaşayış tərzi - onların nəticəsiz, uğursuz, faydasız həyat sürmələrinin başlıca səbəbidir. Allah Təala cəmi insanları bu aqibətdən xilas etsin, inşəallah!
Təqva, hər bir əməlin bünövrəsi olmalıdır
Təqvaya riayət etməyin əhəmiyyəti barədə dinimizin çoxsaylı tövsiyələri vardır. İslamın nəzərində təqva - hər əməlin bünövrəsində olmalıdır. Əziz İslam Peyğəmbəri (s) sevimli səhabəsi Əbuzərə buyurmuşdur: "Gərək təqvaya riayət etməyə sərf etdiyin çalışman, digər əməllərə sərf etdiyin çalışmadan daha çox olsun".
Mübarək hədisdə iman əhlinə mühüm bir həqiqət çatdırılır. İnsan müxtəlif məsələlərin ardınca gedir, müxtəlif işlər görür, amma bir çox hallarda nəticəsiz, faydasız aqibətlə üzləşir, bərəkətsiz durumda qalır. Bunun səbəbi ondadır ki, yaradılış, mövcudiyyət baxımından, niyə yaradılması, nə üçün yaşaması baxımından insanın davranış tərzi başqa cür olmalıdır. Bu mətləblərə diqqət yetirən insan, gərək təqvalı duruma gəlmək üçün səy göstərsin, başqa işlərə göstərdiyi diqqətdən az olmayaraq öz vücudi durumuna diqqət yetirsin. Belə ki, insanın təqva yönündə çalışması olmasa, onun digər əməlləri məna yükündən məhrum olur. Bunlar fayda və nəticədən, keyfiyyətdən xali olar.
Həzrət Əlidən (ə) nəql edilən hədisdə təqvanın ən vacib şərti ilə bağlı açıqlama verilir: "Pisliklərdən çəkinmək, yaxşılıqları əldə etməkdən daha müqəddəmdir".
Məlum olur ki, insan öncə pisliklərdən çəkinmək xüsusiyyətini əldə etməlidir, daxilində bir ruhani halın yaranmasına nail olmalıdır ki, mənfi və eybəcər işlərə əncam verilməsini əngəlləsin. İnsan var ki, özünü yaxşı iş görən kimi tanıyır, amma nəzərə almır ki, mənfiliklərdən qurtulmamışdır. Belə halda dinimiz həmin insanlara xitabən buyurur ki, etdiyin işlər çox gözəldir, amma xoş aqibət və nəticəli durum istəyirsənsə, ən əsas şərt kimi gərək mütləq Allahın bəyənmədiyi işlərdən çəkinəsən. Ən azı - insan bu əzmdə olsun və buna çalışsın ki, inşəallah, Uca Allah da ona kömək edər.
Təqvasız ibadət yoxdur
Amma insanın ibtidai vəziyyətində Allahın bəyənmədiyi işlərdən çəkinmə halı olmadıqda, onun gördüyü böyüklü-kiçikli işlərin onun vücudi durumu üçün tərəqqi və intibah baxımından perspektivləri yox dərəcəsindədir. İnsan nələrisə əldə etmək iqtidarındadır, amma işlərini mövcudiyyət fəlsəfəsinə uyğun qurmadıqda, bu "nələrinsə" nəticəsi olmayacaq. Allah insanı yaradıb və onun istedad və bacarıqlarını, edə biləcəklərini, "nə lazımdır"ı insandan təbii ki, yaxşı bilərək, ona müəyyən bir həyat tərzi, mənalı yaşam tərzi tövsiyə etmişdir. Və bu tövsiyələrə riayət edə bilmək üçün bütün zəruri bilgilər insana təqdim olunmuş, gediləsi asan yol müəyyənləşdirilmişdir.
Əziz İslam Peyğəmbəri (s) buyurmuşdur: "Həqiqətən, əgər namazın çoxluğundan kaman kimi əyilsəniz və çoxlu oruc tutmağın təsirindən kamanın ipi kimi nazilsəniz belə, əgər təqvaya riayət etməsəniz və haramdan çəkinmsəniz - halınıza fayda verməz".
İnsanlar ən böyük nemətlərin özlərinin ən yaxınlığında olmasını görmürlər. Bu nemətlərin gözəlliyi ilə bağlı sadə həqiqətləri qəbul etməyə səy etmirlər. Nə qədər məsələlər, nə qədər tövsiyələr təqdim olunmuşdur bəşər övladına dinimiz tərəfindən! Burada hər an vücudi bir sıçrayış üçün, nicat tapmaq üçün fövqəl imkanlar vardır.
Elə götürək yaxınlaşan zilhiccə ayını. Bu ayla bağlı, ələlxüsus da onun ilk ongünlüyü ilə bağlı bolluca müjdələr vardır. Bu günlərin böyük mənəvi fürsətliliyi ilə əlaqədar İslam Peyğəmbəri (s) buyurmuşdur: "Allah Təala dərgahında heç bir günlərin xeyir əməl və ibadəti (zilhiccə ayının ilk 10 günündən) daha sevimli deyildir".
Bu ayda hər bir insan üçün böyük mənəvi imkanlar vardır. Bu ayın ilk 9 günü oruc tutan, bütün ömrü boyu oruc tutanın savabını əldə edir. Bu ayda elə bir xüsusi namaz vardır ki, onu qılan insanı həcc ziyarətində olanların savabına şərik edir.
Dua vasitəsilə zilhiccə ilə tanışlıq
Zilhiccə ayının 9-cu gününün əsrinə qədər oxunan gündəlik bir dua var ki, zilhiccə ayını tanıma baxımından, maarifçilik nöqteyi-nəzərindən, sözsüz ki, misli-bərabəri yoxdur. Bu dua 9 gün, hər sübh namazından sonra və məğrib (şam) namazından əvvəl oxunur. İmam Sadiqdən (ə) nəql olunan bu duanın mühüm məqamlarına toxunaraq, bir çox həyati mövzulara aid bilgilər əldə edə bilərik. Əvvəla, duadan bəlli olur ki, bu günlər - ilin digər günlərindən daha fəzilətli və daha şərafətli qərar verilmişdir Rəbbimiz tərəfindən. Müqəddimədə gələn bu anlam, bütövlükdə zilhiccə ayının ilk ongünlüyünün nəhəng əhəmiyyətini qavramağa yardım edir.
"Allahım! Öz lütfünlə və rəhmətinlə mənə bu günləri dərk etməyi nəsib etmisən" - deyə dua edir şükürlü bəndə.
Bəs nələri istəməli, nələri diləməlidir o insan ki, bu günlərin bərəkətini dərk etmişdir? "Elə isə bizə bu günlərin xüsusi bərəkətlərini nəsib et, İlahi" - deyə çağırır bəndə.
Bəs nədir bu ən böyük nemət? "Sənin salamın olsun İlahi, Həzrət Peyğəmbərə (s) və onun Əhli-Beytinə" - deyilir burada.
Bu salam - elə-belə salam deyil. Əvvəla, salamın cavabı vacibdir. Demək, Allah Rəsuluna (s) salam göndərən insan, mütləq o Həzrətdən (s) cavab almaq şərəfinə nail olacaq.
İkincisi, bu müqəddəs insanlara salam göndərmək, onların dəyərlərinə "hə" demək, onların amalları ilə həmahəng olmaq deməkdir ki, bu dua edən bəndəni gözləyən çox böyük, hətta misilsçiz mənəvi bir sərvətdən xəbər verir.
Bəs nə var bu günlərdə ki, insan onlara can atmalıdır? Duada bizə öyrədilir: "Allahım! Bizlərə hidayət, iffət, insanlara ehtiyaclı olmamağı nəsib et. Bu yola bizi hidayət et! Bizə o əməlləri sevdir ki, onlarda Sənin razılığın var!".
Necə də gözəl müraciətlər var bu duada! Allah Təalanın kimliyi tanıdılır möminə. "Ey bütün şikayətlərin ünvanı, ey bütün gizli sirləri eşidən! Ey bütün varlıq aləminin şahidi! Ey bütün gizlinlərə elmi olan!" - deyə xitab edir Rəbbinə duanı oxuyan bəndə. Yaradanına mərifətli, tanıyaraq xitab etdikdən sonra, bəndə yenə dua edir: "Bu günlərdə bizlərdən bəlanı dəf et, bizlərdən duaları qəbul et! Bizi bu günlərdə qüvvətləndir! Bizə yardımçı ol, imdad ver! Xüsusi tofiqatını nəsib et!".
Razılıq məqamı
Nədir bu günlərin xüsusi tofiqatı? Məhz riza məqamı - Allahın razılığı olduğu işlərə daxili məhəbbət və istək. "Allahım! Özünə, Peyğəmbərinə, vilayət sahiblərinə itaəti ki, vacib buyurmusan, bizə qismət et ki, bu vücudi itaəti, ardıcıllığı yerinə yetirə bilək!" - deyə diləyir müxlis bəndə.
Məhz burada var səadətin açarı - kamalın ardınca getmək durumuna sahib olmaqda. "Sən həqiqətən duaları eşidənsən! Bizlərə Sənin razılığın olduğun duruma gəlmək üçün mənəvi halət ver!" - təkrarən çağırır bəndə, - "Bizi bu günlərdə nazil etdiyin xeyirlərdən məhrum etmə! Bizi günahlardan pak et! Ey qeybləri bilən Allah! Əbədi behişti bizə aid et bu günlərdə".
İmam Cəfər Sadiqdən (ə) gələn bu mübarək duanın davamında bəndə Allahdan istəyir ki, bağışlanmaz günah etməyə ona imkan verməsin, aradan aparılmayan qəmin gəlməsinə yol verməsin, ödənə bilinməyən borc ona yetişməsin. Dünya və axirətdə asudəlik və asanlıq istəyir bəndə Rəbbindən.
"Sən yaşla dolu gözlərə mərhəmət edənsən, duaları cavablandıransan, Sən yerlərin və göylərin Rəbbisən! Sən hər kəsin səsini tanıyansan" - yenə də Allahı Təalanın kimliyini tanıtdırır insana İmam (ə) dua vasitəsilə. "Bəs elə isə Peyğəmbər (ə) və Əhli-Beytinə (ə) salam göndər" - deyə münacat edir bəndə Rəbbinə.
Cəhənnəm atəşindən qurtuluş və azadlıq istəyir bəndə: "Bizi bu günlərdə oddan, cəhənnəm atəşindən azad olanlardan, cənnətə çatmışlardan və rəhmətinlə nicat tapmışlardan qərar ver, ey mərhəmətlilərin Ən Mərhəmətlisi!".
Axtardığını görmək lazım
İnsan çox zaman axtarışda olur, mənəvi dəyəri olan şeyləri əldə etmək istəyir. Amma çox vaxt gərək nəzərə alsın ki, mənəvi xəzinə onun lap yanındadır, sadəcə əlini uzadıb onu götürmək lazımdır. Toxunduğumuz mübarək dua - məhz belə qiymətlilərdəndir. Gördüyümüz kimi, hər şey var burada. İnsanın dünya və axirəti üçün bütün mühüm mövzular burada ehtiva olunur. İnsana qalır yalnız bunları dərk edib, diqqət edib, yaşatmaq.
Çox vaxt insanın axtardığı şey onun gözü önündədir. Amma daxili aləmini paslandırdığından, insanın bəsirəti, görmə qabiliiyyəti itir. Və yenə də onun öz əlindədir bu görmə qabiliyyətinin itməsi də, bərpası da.
Duada toxunduğumuz bəzi məqamları bir qədər də açıqlayaq. Mühüm nöqtələrdən biri - bərəkətlə bağlıdır. Bu gün dünyada bir bərəkət böhranı vardır. Belə ki, çoxluq, kəmiyyət var, amma keyfiyyət yoxdur. Axı insanların səadətliliyi, xoşbəxtliyi nəyəsə malik olmaqdan irəli gəlmir. Daha çox bu, nəyinsə zatən səadət gətirib-gətirməmək qabiliyyətinə malik olmasından asılıdır. Heç kimə sirr deyil ki, böyük həcmdə sərvətlərə malik olanların qəlbində çox vaxt yalqızlıq və bədbəxtlik hökm sürür. Amma elə insanlar var ki, zahiri ehtiyaclılığın arxasında böyük daxili sərvətə malikdirlər.
İnsanın malik olduğunun səadət gətirən təbiətli olması üçün, dinimizin bir çox tövsiyələri vardır. Təbərrük üçün, Həzrət Rəsulu-Əkrəmdən (s) nəql edilən hədisə toxunaq: "4 şey var ki, onlardan hansı biri evə daxil olsa, onu viran edər və (o ev) bərəkətlə abadlaşmaz: xəyanət, oğurluq, içki içmək və zina".
O evlər, ailələr, cəmiyyətlər ki, bu kimi hallar onlarda baş verər, adiləşər - təbii ki, bərəkətsiz bir duruma düşər.
Digər hədisdə topluma bədbəxtlik gətirən digər ümumi bir hal açıqlanır: "Cinayətlər aşkar şəkildə ediləndə, bərəkətlər aradan gedər".
İnsanın ən kiçik vəzifəsi
O gün ki, eybəcərliklər, cinayət və iyrəncliklər toplumda ayaq açar - burada ictimai tənə, qınaq mexanizmləri zəifləyib aradan gedər. Günahlar insanların evlərinə sərbəst girər və cəmiyyət bunlara müqavimət göstərmək iqtidarını itirər. Dinimiz bundan çıxış yolu olaraq, fərdlərin məsuliyyətinin artmasını göstərir. Həzrət Əli (ə) buyurur: "Sizin boynunuzda olan ən kiçik vəzifə - Allahın nemətlərindən Ona qarşı itaətsizlikdə istifadə etməməyinizdir".
Hər bir insan öz üzərinə düşən vəzifəni icra etsə, günahın, cinayətin aşkar şəkil alması zəifləyər, toplumda ictimai islah mexanizmləri işə düşər. Toplum ictimai mərəzlərdən tədricən sağalar. Dinimiz buna həmahəng olaraq, insanın öz iffət durumuna diqqət etməsini, iffətliliyi yaşatmasını istəyir. İmam Əlidən (ə) nəql edirlər: "Hər kim iffətli olsa, (onun) günah yükü yüngülləşər və Allahın yanında məqamı yüksələr".
İffət - günahı yuyar, insanın vücudunu kamillik qəbul etmə durumuna yaxınlaşdırar.
İnsanın öz iffətini qorumaqda göstərdiyi səyin əhəmiyyətini vurğulayan başqa hədisdə İmam Əli (ə) buyurur: "Allah yolunda cihad edib şəhid olan kimsənin əcri, günah etməyə qadir ola-ola, iffətli olanın (iffətini qoruyanın) əcrindən çox deyil".
Başqa yerdə İslam Peyğəmbərindən (s) nəql edirlər: "İffətdən əmələ gələn (cəhətlər) - təvazökarlıq, faydalanma, asayiş, itaətkarlıq, təfəkkür, bağışlama və səxavət olar".
Allah Təala cəmi insanları öz iffətlərini qoruyanlardan qərar versin, inşəallah!
Allahım, bizləri, əməlləri təqva üzərində olanlardan qərar ver!
Allahım, ibadət və itaətlərində ixlaslı olan, Sənin razılığını axtaran bəndələrindən olmağı, aqibəti xoş, həyat və axirəti gözəl, bəsirəti açıq bəndələrindən olmağı bizlərə inayət et!
Allahım, cəmi iman əhlinin Həzrət Peyğəmbər (s) və Əhli-Beytinin (ə) yolunu gedənlərdən, təqva libasına bürünənlərdən olmasını nəsib et!
Allahım, qəsb olunmuş torpaqların, ibadətgahların tezliklə qəsbdən qurtulmasını, 12-ci İmam - Həzrət Mehdi Sahib əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini nəsib et! Amin!