LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 14-08-2018, 10:27

İt yiyəsinin ölümünə səbəb olub

İt yiyəsinin ölümünə səbəb olub
LoaDinG.Az xəbər saytı
İt yiyəsinin ölümünə səbəb olub


58-yaşlı amerikalı qadın Şaron Larson evə təzə it gətirəndən bir müddət sonra bakterial infeksiyadan vəfat edib.

Müayinə zamanı məlum olub ki, qadına itdən Capnocytophaga Canimorsus bakteriyası düşüb. Bu bakteriya it və pişiklərin ağız suyunda olur və heyvanlara ziyan vurmur. Lakin insan orqanizminə düşdükdən sonra bakteriya çox ağır fəsadlar törədə bilər.

Loading.Az medikforum.ru-ya istinadla xəbər verir ki, bu 3-cü belə faciəvi haldır. Bundan əvvəl 2015-ci ildə ölümcül bakteriyaya yoluxmuş uşağın əl və ayaq barmaqları kəsilib. Bu ildə isə bir kişi Capnocytophaga Canimorsus bakteriyasına yoluxduqdan sonra əl və ayaqlarından məhrum olub.

Alimlər qeyd edir ki, sağlam insana Capnocytophaga Canimorsus bakteriyası ziyan vurmur. Lakin immun sistemi çox zəif olan insanlarda bu bakteriya çox ağır fəsadlar törədə bilər və hətta ölümə səbəb ola bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
302 315 289 252 282 284

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.