LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
_Yene_Tenha_

_Yene_Tenha_ Xəbərlər 13-08-2018, 20:15

İsrail "Eurovision 2019"a ev sahibliyi hüququnu itirə bilər

İsrail "Eurovision 2019"a ev sahibliyi hüququnu itirə bilər
LoaDinG.Az xəbər saytı


İsrail "Eurovision 2019" beynəlxalq musiqi yarışmasına ev sahibliyi etmə hüququnu itirmə təhlükəsi ilə üz-üzə qalıb.

Bunun üçün onlara 1 gün vaxt verilib. Bu müddət ərzində İsrail müsabiqə üçün ödəməli olduğu məbləği tapmalıdr.

İsrailin milli yayım şirkəti olan "Kan" telekanalı avropalı kuratorların (Avropa Yayım Birliyi) hesabına 12 milyon avro məbləğində girov qoymalıdır. Əgər sabaha kimi məbləğ ödənilməsə, İsrail "Eurovision 2019"dan imtina etməlidir.

Hökumət korporasiyanın büdcəsini artırmayacağını bəyan edəndən sonra "Eurovision" təşkilinə məsul olan "Kan" telekanalının rəhbərliyi Baş naziri Binyamin Netanyahu, maliyyə naziri Moşe Kahlon və rabitə naziri Ayub Karaya məktub göndərərək beynəlxalq müsabiqənin keçirilməsinin təhlükə altında olduğunu bildirib.

Rabitə naziri korporasiyaya girov məbləğini bağlamaq üçün kredit götürməyi təklif edib, lakin "Kan" kredit şərtlərini rədd edib.

Qeyd edək ki, "Eurovision 2018"də İsrail təmsilçisi Netta Barzilay "Toy" mahnısı ilə qalib gəlmişdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
446 383 317 341 328 360

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.