LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
_Yene_Tenha_

_Yene_Tenha_ İslam Dini 11-08-2018, 09:57

Bugünkü dünyanın çətinliklərinin kökü

Bugünkü dünyanın çətinliklərinin kökü
LoaDinG.Az xəbər saytı


Ustad Mütəhhəri bəşərin bugünkü çətinliklərinin kökləri barəsində çoxlu tədqiqatlar etdiyi üçün, onun nəzərləri çox dəyərlidir. Onun nəzərlərinə biz də müraciət edək və onlardan faydalanaq.

Alim deyir: "Əhli-Beyt (ə) məktəbi bu inkişaflar arasında nəinki fəaldır, həm də hədəfini müəyyən edən və tanıyan məktəbdir. İslam dini insanın fitri və cismi suallarının hamısına cavab verən və ehtiyaclarını təmin edən müqəddəs dindir.

Ona görə də demək olar ki, bu məktəbdə həm hədəf inkişaf etmişdir, həm də amillər.

Çox təəssüf ki, bu kimi meyarları Qərb unutmuşdur. Ona görə də bəşər üçün çox sayda çətinliklər yaradır.

Bəşər, bu qədər elmi irəliləyişlərdən sonra məzlumcasına nalə çəkir.

Bəs bu nalə çəkməsinin səbəbi nədir? Kəm və kəsirləri hansı sahədədir?

Bu günün bəşəri elmi və fikri cəhətdən elə bir pilləyə qalxmışdır ki, səmalara seyr edir, Sokrat və Aristotel kimi alimləri iftixarlandırmışdılar. Ancaq ruh və rəftar baxımından irəli gedə bilməmişdilər. Bu günün insanı elmdə bu qədər nailiyyətlər əldə etməsinə baxmayaraq, insanlıq yolunda addım atmamışdır. Bəlkə ruhunun ən zülmətli dövlərinə geri qayıtmışdır.

Bütün cinayətlərin kökündə insanlıq və əxlaqa fikir verməmək və o sahədə inkişaf etməmək durur. Bu gün bəşərin düçar olduğu ən böyük xəstəlik məhz budur.

Bəşər, din və bu sahədə maariflənmək istəyir. Dinlər içərisində isə ancaq İslam dini onların ehtiyaclarını təmin edə bilər".

"Şübhəsiz, (İslama) iman gətirənlər, yəhudilər, xaçpərəstlər və sabiilər (Nuhun və ya Yəhyanın ardıcılları), (bu dəstələrdən) hər kim (öz peyğəmbərlərinin əsrində) Allaha və axirət gününə iman gətirsə və yaxşı işlər görsə, onlar üçün Rəbbi yanında hallarına münasib sabit mükafat vardır. Onlara (Qiyamət günü) nə bir qorxu var, nə də qəmgin olarlar". ("Bəqərə" 62).

"Şübhəsiz (peyğəmbərlərin gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri həqiqi) din Allah yanında həmin İslamdır. (Yəhudi və xaçpərəstlər kimi) (səma) kitab(ı) verilmiş kəslər yalnız, onlara (işin həqiqəti barəsində) elm gəldikdən sonra, (özü də) həsəd və təkəbbür ucbatından (öz dinlərində) ixtilafa düşdülər. Kim Allahın ayələrinə kafir olsa, (bilsin ki,) Allah tez hesab çəkəndir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
521 560 474 480 524 526

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.