ONLAYN: 25

Qonaq: 837 Cəmi: 865
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,6 Min
2) Elnare » 377,4 Min
3) Esmeralda » 371,5 Min
4) L e o n » 357,2 Min
5) SaDe OgLaN » 319,6 Min
6) Kənan Heydərov » 312 Min
7) Avara_Şair » 301,5 Min
8) AzizA » 291,6 Min
9) ice berg » 264,5 Min
10) amon » 264 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1280 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 113 cavab
6) by_sako » 88 cavab
7) amon » 43 cavab
8) Melis » 38 cavab
9) Th30 » 28 cavab
10) MarveL » 28 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) ice - 5 saat 7 deq.
2) Nuray - 2 saat 19 deq.
3) ÊLfid - 2 saat 9 deq.
4) _qəmzəli_qız_19_ - 2 saat 5 deq.
5) ∬Madmazel∬ - 1 saat 47 deq.
6) Th30 - 1 saat 44 deq.
7) Gülüş - 1 saat 39 deq.
8) HeRBiCi_95 - 59 deq.
9) Kenan_Aydan - 55 deq.
10) PRENSES - 39 deq.
Qurani-kərimdə behişt əhlinin xüsusiyyətləri
İslam Dini Yüklə
Qurani-kərimdə behişt əhlinin xüsusiyyətləri


Allah dostları ilə dost olmaq və Allah düşmənləri ilə düşmən olmaq, başqa sözlə, yaxşılarla bir, pislərdən isə uzaq olmaq behiştin açarlarından biridir ki, Qurani-Kərimin "Mucadilə" surəsinin 22-ci ayəsində bu haqda belə buyurulur:

لَا تَجِدُ قَوْمًا يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ يُوَادُّونَ مَنْ حَادَّ اللَّهَ وَرَسُولَهُ وَلَوْ كَانُوا آبَاءَهُمْ أَوْ أَبْنَاءَهُمْ أَوْ إِخْوَانَهُمْ أَوْ عَشِيرَتَهُمْ أُولَٰئِكَ كَتَبَ فِي قُلُوبِهِمُ الْإِيمَانَ وَأَيَّدَهُمْ بِرُوحٍ مِنْهُ وَيُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا

"Allaha və axirət gününə iman gətirən qövmün, Allah və Onun Rəsulu ilə düşmənçilik edənlərlə - hətta öz ataları, övladları (oğulları), qardaşları və qohumları olsalar belə dostluq etdiyini görməzsən. Onlar elə kəslərdirlər ki, Allah onların qəlbində imanı sabit etmişdir və Öz tərəfindən olan bir ruhla onları qüvvətləndirmişdir. Onları (axirətdə) (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə və bağlara daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar..."

Ayənin davamında bu zümrənin mənəvi mükafatından söz açılaraq buyurulur:

رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ

"Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar..."

Nəhayət, ayənin sonunda buyurulan təbir isə, həmin zümrənin iftixar tacıdır. Ayədə buyurulur:

أُوْلَئِكَ حِزْبُ اللَّهِ أَلَا إِنَّ حِزْبَ اللَّهِ هُمُ الْمُفْلِحُونَ

"Onlar Allahın ordusudurlar. Bil ki, şübhəsiz, Allahın ordusu həmin nicat tapanlardır."

Qeyd etməliyik ki, "təvəlla" və "təbərra" - Allah naminə sevmək və Allah naminə nifrət bəsləmək İslamın vacib buyurduğu məsələlərdən biridir və "fürui-din"in tərkib hissəsidir. Qurani-Kərimə görə, Allah dostlarına sevgi göstərmək və Allah düşmənlərinə nifrət bəsləmək hər bir müsəlmanın dini vəzifəsidir. Bu vacib məsələ o qədər əhəmiyyətlidir ki, Quran ayələrində, məxsusən, sözügedən ayədə "imanın nişanəsi", məsum rəhbərlərimizin kəlamında isə "imanın möhkəm dəstəyi" təbiri ilə qeyd olunmuşdur. Misal üçün, Peyğəmbəri-Əkrəm (s) Əbuzər Qifaridən: أَيُّ عُرَى اَلْإِيمَانِ أَوْثَقُ "İmanın ən möhkəm dəstəyi nədir?" - deyə soruşduqda, Əbuzər deyir ki, Allah və Onun Rəsulu daha yaxşı bilər. Sonra Peyğəmbəri-Əkrəm (s) buyurur:

اَلْمُوَالاَةُ فِي اَللَّهِ وَ اَلْمُعَادَاةُ فِي اَللَّهِ وَ اَلْبُغْضُ فِي اَللَّهِ

"Allah naminə sevmək, Allah naminə düşmənçilik etmək və Allah naminə nifrət bəsləmək." ("Tuhəful-uqul", 1-ci cild, səh.45.)

Dostlarınızla paylaşın

246 nəfər bəyənib.
Şərhlər: 1
  1. CLoseYourEyeS
    Xeber ucun tesekkurler

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.