reklam
Tədqiqatçılar: insan orqanizminin yarısı bakteriyalardan ibarətdir Tədqiqatçılar: insan orqanizminin yarısı bakteriyalardan ibarətdir http://loading.az/uploads/posts/2018-08/thumbs/1533180690_672943.jpg
_Yene_Tenha_

_Yene_Tenha_ Sağlamlıq 2-08-2018, 12:00

Tədqiqatçılar: insan orqanizminin yarısı bakteriyalardan ibarətdir

Tədqiqatçılar: insan orqanizminin yarısı bakteriyalardan ibarətdir


Uzun illərdir ki, alimlər insan orqanizmində hüceyrələrdən 10 dəfə çox bakteriya olduğunu iddia edirdilər. Lakin son tədqiqatlar yeni faktları üzə çıxarıb.

İsrail və Kanada alimlərindən ibarət tədqiqat qrupunun yeni hesablamalarına görə, insan orqanizmində hüceyrələrin sayı qədər bakteriyalar var. Onların əksəriyyəti yoğun bağırsaqdadır. Alimlər bildiriblər ki, insan nəcisinin bir qramında 90 milyard, bütün orqanizmdə isə 38 trilyona yaxın bakteriya var. Hüceyrələrin sayı isə 30 trilyondan çoxdur.

Jurnalda dərc olunmuş məqalədə bildirilir ki, alimlər mikroblardan arıqlamaq üçün istifadə yollarını da müəyyən ediblər. Belə ki, onlar probiotik bakteriyalardan alınan NAPE adlı molekulları suya əlavə etməklə siçovulların bədənindəki piylərin əridilməsinə nail olublar. Tədqiqatçıların sözlərinə görə, arıqlamanın əsas səbəbi bağırsaqlarda yerləşən bu bakteriyaların aclıq hissini yox etməsidir. Onlar əlavə ediblər ki, həmin molekulların insanlar üzərində sınaqlarına başlamaq üçün bakteriyaların genlərində digər insanlara yoluxma xüsusiyyətini aradan qaldırmaq lazımdır.

Tədqiqat qrupunun hesabatında qeyd edilib ki, bakteriyaların əksəriyyəti mikroskopla görüləcək qədər kiçikdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
239 252 314 255 216 259

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.