Ehmedzade

Ehmedzade İslam Dini 30-07-2018, 17:15

Dur və düşün. Fərqində olmadığın nə qədər nemətlərə sahibsən. Bəlkə də bu vaxta qədər onların bir nemət olduğunu belə fikirləşməmisən.

1 gün qalmış çörəyi bəyənmirsən, isti, təzə çörək istəyirsən. O çörəyi kəsib doğrayıb sonra da əzən dişlərini bəs, heç düşünmüsənmi, yoxsa belə də olmalıdır zənn edirsən.
Üzərində gəzdiyin, səni hər yerə daşıyan ayaqlarını- əlil birini gördüyün zamanmı düşünəcəksən?
Bədənində olan güc, qüvvət və enerjinin qədrini bilmək üçün halsız şəkildə xəstə olaraq yatağa düşməyi gözləmə.
Sevdiklərinə, valideynlərinə vaxt ayırmır, onlarla yola gedə bilmirsən ? Elə isə bütün yaxınları bombalar altında ölüb də tək-tənha qalmış uşaqları düşün.
İsti, rahat olan və təhlükəsiz yaşadığın evinin necə bir nemət olduğunu bilmək istəyirsənsə, soyuqda, qarda-çovğunda pəncərədən çölə bax, çadırlarda qalan Qarabağ, Miyanmar qaçqınlarını, bombalar altında evi məhv olan suriyalı uşaqları düşün.
Evdə suların kəsildiyi zaman hər kəs suyun necə bir nemət olduğunu anlayır. Həmçinin Işığın da.
Bəs ağlın, savadlı və məntiqli olmağın. Bunların necə bir nemət olduğunu dəli insanları gördükdəmi xatırlayırsan?
Bəlkə də bütün bədənin xəstədir. Amma Allahı tanıyan, Ona şükr edən bir qəlbin varsa, dünyanın ən zəngin və bəxtəvər insanısan unutma.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
82 116 86 73 99 78

Oxşar xəbərlər Digər trend xəbərləri

2 nəfər yazıb Etkadan kənar şərh yazmaq olmaz

  1. Esmeralda

    Esmeralda 31 iyul 2018 20:22 0

    Bəs ağlın, savadlı və məntiqli olmağın. Bunların necə bir nemət olduğunu dəli insanları gördükdəmi xatırlayırsan?
    Bəlkə də bütün bədənin xəstədir. Amma Allahı tanıyan, Ona şükr edən bir qəlbin varsa, dünyanın ən zəngin və bəxtəvər insanısan unutma.
  2. Kenan, Heyderov

    Kənan Heydərov 31 iyul 2018 19:17 0

    Əllərinə saglıg beyendim

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.