♥Мой Мир♥

♥Мой Мир♥ İslam Dini 26-05-2016, 19:00

Kəllə sümüyünün İmam Əli (ə) ilə danışması

Kəllə sümüyünün İmam Əli (ə) ilə danışması

Əbu Rəvahə Ənsari Məğribidən nəql edir ki, Möminlərin əmiri Əli (ə) müaviyə ilə döyüşə gedərkən onunla birlikdə idim. O Həzrət (ə) Fəratın yaxınlığında çox keçmişə aid olan bir kəllə sümüyü gördü. Onu çağırdı, kəllə sümüyü də cavab verdi. Həzrət İmam (ə) onu əlinə götürdü. Kəllə sümüyü aydın danışırdı. Sonra Həzrət Əli (ə) ona geri dönməsini əmr etdi. Kəllə öz sümüyü yerinə qayıtdı. Nəhrəvan döyüşünü sona çatdırdıqdan sonra çürümüş kəllə sümüyü gördük. Həzrət İmam (ə) buyurdu; "Onu gətirin". İmam (ə) öz əsası ilə onu tərpədib buyurdu; "Bizə də görüm kimsən? Yoxsul olmusan, yoxsa zalım və bədbəxt varlı? Xoşbəxt şah olmusan, yoxsa rəiyyət olmusan?"
Həmin kəllə sümüyü anlaşıqlı dillə belə dedi; "Ey Möminlərin Əmiri, salam olsun sənə! Mən şahlar şahı Pərviz Hörmüz olmuşam. Zülm və sitəm edirdim. Bütün şərq və qərbə sahib oldum, dünyada min şəhəri ələ keçirmiş, min şahı qətlə yetirmişəm.
Ey Möminlərin Əmiri, mən o şəxsəm ki, əlli şəhər tikmiş, beş yüz qızın bakirəliyini aradan aparmış, min türk, min erməni, min romanlı və min zənci qul almışam...
Yer üzündə elə bir hökumət qalmadı ki,onu ələ keçirməyim, oranın əhalisinə zülm etmətim. Ölüm mələyi mənim yanıma gələndə deyirdi; "Ey zülmkar, ey qəddar, haqqa qarşı çıxdın?" Bütün bədənimə titrəmə düşmüşdü. Ölüm mələyi canımı alandan sonra yer üzünün əhalisi mənim əlimdən rahat oldu. Lakin mən əbədi olaraq Cəhənnəm odunda əzab çəkirəm.
Allah üzərimdə yetmiş milyon gözətçi mələk təyin edib. Hər birinin əlində Cənənnəm odundan elə toppuzlar var ki,onu yer üzünün dağların vursalar toz olub səpələnərlər.Onların hansı biri məni bu toppuzlarla vurursa,vücudumda alov şölələnir,yanıb kül oluram. Sonra Allahu-təala məni yenidən dirildir. Onun qullarına zülm və haqsızlıq etdiyimə görə əbədi əzab verir.Həmçinin Allahu-təala bədənimin hər tükünə bir ilan təyin edib,onlar məni sancırlar.Mən onların hamısını dünyadakı diri insanlar kimi hiss edirəm. Bu ilan və əqrəblər mənə deyirlər; "Bütün bu əzablar sənin bəndələrə etdiyin zülmlərə görədir". Daha sonra həmin kəllə sümüyü susdu. Möminlərin Əmirinin (ə) qoşununda olanların hamısı onun sözlərini eşidikdə təsirlənib ağladı, başına-gözünə döydü".

Mənbə: "Ölümün dadı" kitabı

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
101 93 98 81 124 90

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.