reklam
Müsabiqə meydanı Müsabiqə meydanı http://loading.az/uploads/posts/2016-05/thumbs/1464117758_7.jpg
♥Мой Мир♥

♥Мой Мир♥ İslam Dini 29-05-2016, 17:00

Müsabiqə meydanı

Müsabiqə meydanı

Fitr bayramı günü özü Allahın diqqət mərkəzindədir, ilahi məğfirət və rəhmətin nazil olduğu gündür. Bu günün də mübarək ramazan ayının digər günləri kimi qədrini bilmək lazımdır. Bir rəvayətə görə İmam Həsən (ə) Fitr bayramı günü bir yoldan keçirdi. Gördü ki, camaat yığışıb, bu günün önəminə diqqət vermədən başları öz qafilliklərinə qarışıb. Camaatın yanında dayanıb buyurdu: "Allah-Taala ramazan ayını bəndələri üçün müsabiqə meydanı etmişdir. Bu müsabiqə meydanında Ona itaətlə onun razılığını əldə etmək üçün bir-birinizlə yarışın. Keçən ramazan ayı bəziləri yarışdı, önə keçdilər və qalib oldular. Amma digərləri isə həmin ayda səhlənkarlıq etdilər. (Özlərini ilahi rəhmətə çatdıra bilmədilər) və məyus oldular. Laqeydcəsinə gülən, oyunla məşğul olanlar təəccüb doğururlar. Yaxşı əməl sahibləri savab xırmanlarını yığıb aparırlar, məhrumlar ziyanı təhvil alırlar". Onların ziyanı öz yaxalarından tutur. Böyük bir gündür. Qiyamət kimi bir gündür. Bu gündə ramazan ayında Allah rizasına nail olanlar Ondan öz mükafatlarını alacaqlar. Bu gün insanın qəflətlə keçirə biləcəyi bir gün deyil. Sonra İmam (ə) sözünü davam etdirərək buyurdu:

"Əgər (maddi) pərdələr götürülsəydi, görərdin ki, yaxşı əməl sahibləri mükafat toplamaqla məşğuldurlar. Pis əməl sahiblərinin başı isə pis əməllərinin nəticəsinə qarışmışdır.


Mənbə: "Ramazan kölgəsində" kitabı

Müəllif:
Ayətullah Xamenei

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
392 349 334 401 345 351

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.