reklam
Şəhidlər də ibadətdə tacir ola bilirlər Şəhidlər də ibadətdə tacir ola bilirlər http://loading.az/uploads/posts/2018-07/1530697442_664321.jpg
_Yene_Tenha_

_Yene_Tenha_ İslam Dini 4-07-2018, 13:54

Şəhidlər də ibadətdə tacir ola bilirlər

Şəhidlər də ibadətdə tacir ola bilirlər
Şəhidlər də ibadətdə tacir ola bilirlər


Əgər Əmirəl-möminin (ə) abidləri böldüyü üç dəstəni (qul, tacir, azad insan) xatırlasaq, görərik ki, onlardan biri də tacirlər idi. Yəni, ibadət edir və bu yolla Allahla ticarət edirlər. Öz ibadətlərini sanki satır və əvəzində axirətlərini qazanırlar.

Əlbəttə, ibadətlər içərisində ən üstünü - azadilərin ibadətidir ki, Allaha, fəqət Onun razılığını qazanmaq üçün ibadət edərlər. Ancaq bu, o demək deyildir ki, müsəlman tacir olmamalıdır.

Sanki Həzrət Əli (ə) demək istəyir ki, insanlar mərifətlərinin səviyyəsinə görə Allaha ibadət edərlər.

İnanmaq çətindir, ancaq şəhidlər də ibadi tacir olublar. Quran bu həqiqəti belə təsdiq edir: "Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan Cənnətin onların olması bahasına alıb. (Bu malın verilmək tərzi belədir ki, onlar) Allah yolunda vuruşurlar, beləliklə, öldürürlər və öldürülürlər (və öz mallarından Allah yolunda xərcləyirlər). (Bu alver) Onun öhdəsində olan -(Onun əzəli elmindən başqa, həm də Lövhi-Məhfuzda qeyd olunmuş və alver sənədi kimi) Tövrat, İncil və Qur'anda (yazılmış) haqq bir vəddir. Allahdan başqa kim öz əhdinə daha vəfalıdır?! Buna görə də etdiyiniz bu alverə şad olun. Budur böyük uğur və qurtuluş!". ("Tövbə" 111).

Əgər az da olsa ticarətdən başınız çıxırsa, bilməlisiniz ki, mənfəət əldə etməklə yanaşı, ziyanı dəf etmək də lazımdır. Ona görə də hər bir tacir Allahla ticarət edən zaman cəhənnəm qorxusunu da nəzərə almalıdır. Əgər cəhənnəmdən qorxarsa, həqiqi və müvəffəq tacir olar.

Ona görə də yaxşı tacir olmaq üçün yaxşı qul olmaq lazımdır. Vəzifəyə əməl edib, qadağalardan çəkinmək lazımdır.

Əgər Məsumların (ə) tövsiyələrinə nəzər salsaq görərik ki, tacir ibadətini təşviq etmiş və öz övladlarına da tövsiyə etmişdilər. Belə ki, İmam Əli (ə) övladlarına vəsiyyətində buyurmuşdu: "Siz ikiniz savab və (dünyada) əcr qazanmaq üçün əməl edin".

Ona görə də həqiqi mömin ibadətdə həm qul, həm tacir və əgər bacararsa və mərifəti çatarsa, azadi də olmalıdır. Bu zaman həqiqi Allah bəndəsi olar ki, Allah xəlq etdiyi məxluqların ən şərəflisi olan insanı bu cür görmək istəyir.

Dərc etdi:Uğurböceyi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
333 358 312 304 356 305

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.