ONLAYN: 1

Qonaq: 130 Cəmi: 134

Axtarış Robotları: 3  

Top10 Müəllif

Ay üzrə xəbər statistikası
Esmeralda
Xəbər 93
Cəmi: 1780
AzizA
Xəbər 58
Cəmi: 113
❤ASİMANIM❤
Xəbər 48
Cəmi: 914
Kenan0001
Xəbər 9
Cəmi: 3367
Sol Meleyim
Xəbər 6
Cəmi: 511
amon
Xəbər 6
Cəmi: 594
avara
Xəbər 3
Cəmi: 3
Sensiz darixiram
Xəbər 3
Cəmi: 39
Avara_sair
Xəbər 3
Cəmi: 107
fidan_mamedova
Xəbər 2
Cəmi: 2

Sorğu

Loading.Az Sayt`ını ?

Son Hədiyyə

Göndərilmiş hediyyə
AzizA » ❤ASİMANIM❤

Mesaj: Coox sagol canim status ve hediyyencun)

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Esmeralda » 1,3 Milyon
2) Kenan0001 » 1,3 Milyon
3) ❤ASİMANIM❤ » 410,2 Min
4) _Uğuböceyi_ » 381,8 Min
5) Sol Meleyim » 369,5 Min
6) L e o n » 258,9 Min
7) Sensiz darixiram » 226,4 Min
8) _Yene_Tenha_ » 221,9 Min
9) poppy » 145,3 Min
10) AzizA » 143,4 Min
11) SeKeRCiK » 139,3 Min
12) Avara_sair » 121,9 Min
13) amon » 113,1 Min
14) Ümidli gözəl » 85,7 Min
15) Nani_Fit » 85,6 Min
16) pandisim » 82,8 Min
17) sessiz musiqim » 80,6 Min
18) _O.R.X.A.N_ » 77,1 Min
19) JustWatch » 73,4 Min
20) mensiz » 70,9 Min

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.
Ad Günün Mübarək !

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası
AzizA
Şərh: 255
Cəmi: 528
Sensiz darixiram
Şərh: 245
Cəmi: 2954
L e o n
Şərh: 153
Cəmi: 6994
Elnare
Şərh: 100
Cəmi: 441
Kennan Demir Atasoy
Şərh: 28
Cəmi: 49
Esmeralda
Şərh: 27
Cəmi: 7415
❤ASİMANIM❤
Şərh: 26
Cəmi: 1431
Jalə
Şərh: 23
Cəmi: 62
_Uğuböceyi_
Şərh: 20
Cəmi: 2443
Ümidli gözəl
Şərh: 19
Cəmi: 302

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası
Sensiz darixiram
Bügün 40
Cəmi: 988
AzizA
Bügün 81
Cəmi: 438
olseem_ulama
Bügün 0
Cəmi: 387
Esmeralda
Bügün 10
Cəmi: 231
Kennan Demir Atasoy
Bügün 0
Cəmi: 181
sessiz musiqim
Bügün 0
Cəmi: 162
L e o n
Bügün 14
Cəmi: 154
❤ASİMANIM❤
Bügün 19
Cəmi: 149
Ümidli gözəl
Bügün 19
Cəmi: 133
Elnare
Bügün 0
Cəmi: 120

Merac: bir səfər var, göydən-göyə


Merac: bir səfər var, göydən-göyə


Həzrəti Məhəmmədin (s.ə.s.) həyatı möcüzələrlə doludur, amma ona verilmiş ən böyük möcüzə Qurani-Kərimdir, üstəlik də həyatı o qədər parlaq, o qədər möhtəşəmdir ki, bu üstünlüyü, bu gözəlliyi isbat eləmək üçün möcüzə göstərməyə ehtiyac qalmır.
Rəcəb ayının 27-ci gecəsi merac hadisəsinin daha bir ildönümüdür. Hicrətdən 10-17 ay öncə, yəni təxminən 620-21-ci ildə baş vermiş bu hadisə ən böyük möcüzələrdən biridir. Həmin gecə Həzrəti Məhəmməd (s.ə.s.) Məkkədən Qüdsə aparılmış, oradan isə Allah-Təalanın uca Dərgahına yüksəldilmişdir.
Merac yüksəlişdir
Merac "Uruc" sözündən əmələ gəlmişdir, yüksəlmə, yüksəliş, nərdivan anlamına gəlir. Qurani-Kərimdə bu haqda bəhs edilməkdədir.
- Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscid ül Həramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscid ül Əqsaya (Beyt ül Müqəddəsə) aparan Allah pakdır, müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir! (İsra surəsi/1)
Möcüzə aciz qoymaqdır
Təəssüf ki, son dövrlərdə yanlış olaraq bəziləri hər adi hadisəni möcüzə adlandırırlar. Halbuki möcüzə Allah-Təalanın iradəsi ilə və birbaşa peyğəmbərlə bağlı hadisədir. Yəni möcüzə peyğəmbərlərin istəyi ilə Allah-Təalanın yaratdığı qeyri-adi, insan ağlını, düşüncəsini aciz qoyan hadisələrdir. Möcüzə sözünün kökündə də elə əcz, yəni insanın acizliyi dayanır.
Gecə səfəri və yüksəliş
Ayədə bildirildiyi kimi, Merac hadisəsinin birinci mərhələsi İsra, yəni gecə səfəri adlanır ("İsrail" adı da Həzrəti Yaquba verilmiş eyni addan götürülüb. O da dayısından qorxduğu üçün gündüzlər gizlənir, gecələr yol gedirdi). Həzrəti Cəbrayıl, Buraq adlı bir miniklə bir anda Məkkədən Qüdsə gətirir. Rəsulullah (s.ə.s.) Məscid ül Əqsada əvvəlki peyğəmbərlərə imam olaraq namaz qılır. Namazdan sonra önünə birində su, birində süd, birində də içki olan üç qab gətirilir. Rəsulullah südü seçir və Cəbrail (ə.s.): "Sən hidayəti götürdün, ümmətin də hidayət üzrə olacaq", - buyurur.
Sonra yüksəliş səfəri başlayır. Birinci göyün qapısında içəridən səs gəlir:
- Sən kimsən?
- Cəbrail.
- Yanında kim var?
- Məhəmməd.
- O peyğəmbərdirmi?
- Bəli, Peyğəmbərdir.
Qapılar açılır və onlar yollarına davam edirlər. Göyləri qat-qat keçib yüksəldikcə peyğəmbərlərlə görüşürlər.
Rəsulullaha (s.ə.s.) Cənnət və əhlinin xoşbəxt aqibəti; Cəhənnəm və əhlinin dünyada işlədikləri günah üzündən layiq olduqları şiddətli əzab göstərildi.
Sidrət ül-Müntəhanın sərhədinə gəldilər. Onun necə bir məkan, ünvan olduğunu sözlə ifadə etmək mümkün deyil. Ora Allah-Təala Zül-Cəlal Həzrətlərinin müstəsna məqamıdır. Rəsulullahdan savayı, istər mələk olsun, istər insü-cin, heç bir məxluqun daxil olmadığı, daha doğrusu, Allah-Təalanın içəri almadığı müstəsna bir məkandır. Həzrəti-Cəbrail: "Ey Məhəmməd, mən burdan o tərəfə addım atsam, yanaram, burdan o yana səfər edə bilmək ancaq Sənə layiq görülmüş şərəfdir",- buyurur.
Bütün peyğəmbərlərin, möminlərin layiq olacağı ən böyük mükafat Cənnətdə Allah-Təalanın Mübarək Cəmalını seyr etməkdir. Bu şərəf Allahın Həbibinə, Rəsulullaha (s.ə.s.) meracda nəsib oldu. Artıq hər şey aradan qaldırılmış, Rəsulullah Allahın nuruna tamaşa edirdi. Bu, müstəsna bir mükafat, Allah-Təalanın özəl bir lütfü idi və başqa heç bir məxluqa nəsib olmamışdı, olmayacaqdı da. "Gözümün nuru" dediyi namaz da elə orada, vasitəçi olmadan Ona və ümmətinə Allah-Təala tərəfindən əmr buyuruldu.
Merac bir imtahandır
Merac hadisəsinin səhəri günü Rəsulullah baş verənləri danışır. Müşriklər, əlbəttə, ona inanmırlar və bəziləri Həzrəti Əbubəkirin yanına gələrək istehza ilə deyirlər ki, sənin dostun bu cür əcaib şeylər danışıb. Həzrəti Əbubəkir bir zərrə də tərəddüd göstərmədən: "O söyləyibsə, doğrudur", - buyurur. Bu davranışından, bu təslimiyyətindən dolayı Həzrəti Əbubəkirə "Sıddıq", yəni inanmış, təsdiq etmiş ünvanı verilir.
Əslində Rəsulullahın söylədiklərinə münasibətdə hər birimiz Həzrəti Əbubəkir durumunda olmalıyıq, hər birimiz "o söyləyibsə, doğrudur" təslimiyyəti ilə yaşamalıyıq. Yaşamalıyıq deyəndə ki, möminlərin ən doğru və yeganə yolu budur. Onun söylədiklərində şübhə axtaranlar, yalan görmək istəyənlər iman etmişlər deyillər. Çünki Rəsulullah heç vaxt yalan danışmadı, heç vaxt nəfsinin istədiyini dilə gətirmədi, əksər hallarda onun söylədiyi Allah-Təalanın öz bəndələrinə bildirmək istədikləridir. İnandıq və təsdiq etdik, o, söyləyibsə, doğrudur. O, nə söyləyirsə, hamısı doğrudur.
Rəsulullah Merac hadisəsini danışarkən bəzi müşriklər onu imtahan etmək istədilər. Qüdsdəki məscidin əlamətlərini soruşdular, Rəsulullah (s.ə.s.) hər şeyi olduğu kimi söylədi. Hələ üstəlik, Qüreyş karvanını yolda gördüyünü və o karvanın nə zaman Məkkəyə yetişəcəyini də bildirdi. Müşriklər etiraz edə bilmədilər. Amma öz inadlarından da dönmədilər.
O yol hər kəsə açıqdır
Rəsulullah (s.ə.s.) belə buyurmuşdur: "Namaz möminin meracıdır". Doğrudur, kimsənin hər möminin meracı Rəsulullahın meracı qədər ola bilməz. Amma hər merac da yüksəlişdir. Könlünü Allaha bağlayıb namaza yönələn insan artıq merac yolundadır. İnsanın ən uca anı səcdə anıdır, alnını ən aşağı nöqtəyə qoyub: "Allahım, bu qulun Sənin qarşında təslimdir" duyğusu ilə onu zikr etməsidir. Merac dünyanın fövqünə çıxmaqdır, dünyanın hər cür qarğaşasından, qeylü-qalından qurtarmaqdır, yüksəkdə durmağı bacarmaqdır. Əlhəmdülillah, biz Rəsullulahın yaşadığı merac möcüzəsinə zərrə qədər də şübhə eləmirik. Öz acizliyini etiraf edən insan gərək deyilənə təslim olsun, ağlının yetmədiyi yerdə özündən bir şey uydurub zərər düşməsin. Bir şeyin ki, adı möcüzədir və mən o möcüzənin ehtişamı qarşısında acizliyimi etiraf edirəm, demək, Allah-Təalanın və Rəsulunun buyurduqlarını qəbul etməkdən başqa doğru yol yoxdur. Təkcə merac deyil, hər məsələdə Allahın və Onun Rəsulunun buyurduqlarını həyat rəhbəri götürmək ən doğru yoldur. Meracın təfərrüatından danışmırıq. Bizim üçün əsas olan merac hadisəsindən özümüz üçün çıxardığımız qənaətlərdir. Əgər Rəsulullah (s.ə.s.) merac yolunun, namaz qapısı ilə hər birimizin üzünə açıq olduğunu müjdələyibsə, demək, yüksəliş bizim özümüzə qalır. İçimizi dünyadan arındırıb Allaha təslim edərək merac yoluna çıxmaq istənir bizdən. Hər namaz bir meracdır, hər namaz bir yüksəlişdir. Rəsulullah buyurur ki, möminin iki günü bir-birinə bərabər olmaz, yəni hər gün o, nəyi isə qazanmalı, elminə nəyi isə yeni bir şeyi əlavə etməlidir. Bu mənada müsəlman hər gün o merac nərdivanının daha yüksək bir pilləsinə ayaq basmalıdır. Merac hadisəsini biz bu cür qəbul etməliyik. Hər mömin bir merac yolçusudur.
Merac ərməğanları
Meracda peyğəmbərimizə üç böyük hədiyyə verilmişdir:
- Bildirilmişdir ki, Rəsullahın ümmətindən La-İlahə-İllallah, (Allahdan başqa Allah yoxdur) həqiqətini qəbul etmiş və Ona şərik qoşmayan hər bir müsəlman gec-tez cənnətə girəcək.
- Bəqərə surəsinin son ayələri verilmişdir.
- Beş vaxt namaz əmr edilmişdir.
Bu gecənin bərəkəti
İlin elə günləri və gecələri var ki, müsəlmanlar həmin vaxtlarda ibadətlərin daha savablı, daha bərəkətli olduğuna inanırlar. Merac qəndili əsrlər boyunca İslam dünyasında sevgi ilə, ehtiramla qeyd olunub. Bu gecə Quran oxuyurlar, dualar edirlər, nafilə namazlar qılırlar. Möminlər merac gecəsinin gündüzünü orucla keçirər, axşamını isə ibadətlə süsləyərlər.
Bəşər tarixinə misilsiz naxışlar vuran Merac möcüzəsinin növbəti ildönümü münasibətilə bütün inanmışları ən səmimi duyğularımızla təbrik edir, "Sevgili Rəsulunu bir göz qırpımında Sidrət ül-Müntəhaya yüksəldən Sonsuz Qüdrət Sahibi bizi də Öz mərhəmətindən ayırmasın, könlümüzü, ruhumuzu dünyanın hər cür çirkabından arındırıb imanın Nuru ilə süsləsin, son nəfəsimizi imanla verib can əmanətini salehlər kimi təslim etməyi və Məhşərdə də salehlər cərgəsində yer almağı bizlərə nəsib buyursun!"- deyərək bu mövzuda söhbətimizə xitam veririk.



Dostlarınızla paylaşın

Şərhlər: 2
  1. Sensiz darixiram
    Men cox oxuya bilmedim ama 2 basliq oxudum cox qewey idi tewekkurler
  2. _Uğuböceyi_
    Çoox anlamlı bir meqalə idi
    səbrlə sona kimi oxudum bilmədiyim cox sey oyrendim

    Allah razi olsun

Məlumat

Bildiriş!!
Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.