Mən səni unutmaq istəyirəm ki,
Bəlkə unudula...bəlkə nə bilim.
Səninlə gördüyüm ötən ömür,gün.
Mən səni unutmaq istəyirəm ki,
Bir azca özümü unutmaq üçün,
Sən getdin,nənəmin nağıllarıtək
Apardın ən şirin yuxularimi.
Səninlə keçdiyim o yollarla mən,
Bilmirəm tək keçsəm yıxılarammi.
Xatirən sinəmdə hər an sizlayir,
Xatirən ağrılı ürəyim kimi.
Mən səni unutmaq istəyirəm ki,
Unudum səninlə bağlı fikrimi.
Mən səni unutmaq istəyirəm ki,
Bir də qayıtmayim xatirələrə.
Mən səni unutmaq istəyirəm ki,
...HƏDƏR ÇALIŞIRAM,MƏN HƏDƏR YERƏ.
Müəllif: - Fikrət Qoca
Bəlkə unudula...bəlkə nə bilim.
Səninlə gördüyüm ötən ömür,gün.
Mən səni unutmaq istəyirəm ki,
Bir azca özümü unutmaq üçün,
Sən getdin,nənəmin nağıllarıtək
Apardın ən şirin yuxularimi.
Səninlə keçdiyim o yollarla mən,
Bilmirəm tək keçsəm yıxılarammi.
Xatirən sinəmdə hər an sizlayir,
Xatirən ağrılı ürəyim kimi.
Mən səni unutmaq istəyirəm ki,
Unudum səninlə bağlı fikrimi.
Mən səni unutmaq istəyirəm ki,
Bir də qayıtmayim xatirələrə.
Mən səni unutmaq istəyirəm ki,
...HƏDƏR ÇALIŞIRAM,MƏN HƏDƏR YERƏ.
Müəllif: - Fikrət Qoca