reklam
Arıqlamaq istəyənlər içsin - Sarımsaqlı çay Arıqlamaq istəyənlər içsin - Sarımsaqlı çay http://loading.az/uploads/posts/2018-03/1520751102_1.jpg
Kənan Heydərov

Kənan Heydərov Sağlamlıq 11-03-2018, 10:53

Arıqlamaq istəyənlər içsin - Sarımsaqlı çay

Arıqlamaq istəyənlər içsin - Sarımsaqlı çay
Arıqlamaq istəyənlər içsin - Sarımsaqlı çay

Sarımsağın faydaları saymaqla bitmir. Amma mütəxəssislər sarımsaqlı çayın da orqanizmin sağlamlığına xeyirli olduğunu deyirlər.

ailem.az sarımsaqlı çayın sadə üsulla hazırlanma qaydasını diqqətinizə çatdırır.


Sarımsaqlı çay resepti:

- 3 diş sarımsaq

- 1 çay qaşığı rəndələnmiş zəncəfil

- 1 stəkan su

- Bir az təbii limon suyu


Əvvəlcə orta ölçülü qabın içinə 1 stəkan su tökülür və bura rəndələnmiş 1 çay qaşığı zəncəfil qoyulur. Bunun əvəzinə 3 parça quru zəncəfil də istifadə etmək olar. Sonra qaynaması üçün qab ocağa qoyulur. Digər yandan isə sarımsaqlar təmizlənərək əzilir. Zəncəfilli su qaynadıqdan sonra onun içərisinə 3 diş əzilmiş sarımsaq əlavə edilir. Qarışıq bir az qarışdırıldıqdan sonra ocaqdan götürülür. Hazırlanan çay 10 dəqiqə dəmləndikdən sonra süzülür və üzərinə bir qədər limon sıxılır.

Qeyd edək ki, limon suyu əvəzinə təbii limon istifadə edilməlidir. Limon sıxıldıqdan sonra çay içilməyə hazır vəziyyətə gəlir.

Sarımsaqlı çay bir stəkan hazırlanır, amma iki stəkana ayrılaraq səhər və axşam olmaqla gündə iki dəfə içilir. Sarımsaqlı çay içilərkən içinə şəkər qatılmamalıdır. Şəkər qatıldıqdan sonra bu çayı içməyin mənası yoxdur. Əslində arıqlama çayı olaraq hazırlanan heç bir çayın içərisinə şəkər əlavə edilməməlidir.

Reseptini verdiyimiz sarımsaqlı çay maddələr mübadiləsinin sürətlənməsinə kömək olur və həzmi asanlaşdırır. Bununla yanaşı orqanizmdəki yağların atılmasına da təsir edir. Həmçinin toxluq hissi yaradır və beləliklə, arıqlamağa kömək olur.

Qeyd edək ki, arıqladan sarımsaqlı çayın hamilə və əmizdirən qadınların istifadə etməsi məsləhət görülmür. Həmçinin mədə-bağırsaq sistemi xəstəlikləri zamanı da bu çaydan istifadə etmək tövsiyə olunmur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
241 258 240 244 276 327

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.