ONLAYN: 18

Qonaq: 336 Cəmi: 357
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 534,6 Min
2) Elnare » 416,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 314,4 Min
7) amon » 302,9 Min
8) AzizA » 291,6 Min
9) Sensiz darixiram » 244,7 Min
10) Луна » 239,1 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Th30 » 78 cavab
8) Melis » 74 cavab
9) amon » 65 cavab
10) ^_^ GÜLÜM ^_^ » 43 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) ÊLfid - 40 deq.
2) n2006 - 33 deq.
3) Rehimoffa - 30 deq.
4) amon - 24 deq.
5) XAMLİYON__GÖZƏL - 23 deq.
6) okean-silentum - 20 deq.
7) Terlan - 18 deq.
8) Men_Bir_Melek - 17 deq.
9) Adnur - 17 deq.
10) Avara_Şair - 15 deq.
 Qadın azadlığı
İslam Dini Yüklə
 Qadın azadlığı


Günümüzdə toplumun təməl daşı olan ailənin Avropada və İslamdan uzaq olan cəmiyyətlərdə hansı halda olduğu hər kəsə məlumdur. Üzücü haldır ki, özünü İslama nisbət edən cəmiyyətlərdə də ailə məfhumun zəiflədiyinin şahidi oluruq. Ailənin bu hala gəlməsinin əsas səbəblərindən biri qadının öz əsli kimliyindən çıxarılıb bir reklam vasitəsi və ya kişilərin şəhvətlərinin qurbanı halına gəlməsidir. İnsanlıq bütün insani və əxlaqi sahələr üzərində bir çöküş yaşayarkən ən çox zərbəni kimlər görüb deyə sual olunsa hər halda qadınlar deyə cavab verərik. Qadın İslama görə ya anadır ayaqları altında cənnət sərilib, Allahın razılığını qazanmaq üçün ananın razılığını qazanmaq şərt qoşulub. Qadın İslama görə ya həyat yoldaşıdır ki, bu dinin Peyğəmbəri sallallahu aleyhi və səlləm:

“Sizin ən xeyirliniz qadınlarına qarşı xeyirli olanınızdır” (Tirmizi, Rada 11)

buyurmuşdur. Qadın İslama görə ya qız uşağıdır ki, qız uşaqlarının diri-diri torpağa basdırıldığı bir toplumda Peygəmbərimiz sallallahu aleyhi və səlləm qız uşaqlarını gözəl bir şəkildə böyüdüb onları tərbiyə verəni cənnətlə müjdələmişdir. Qadın İslama görə çox dəyərlidir. İslam, qadınlarla bağlı bu hökmləri qadına heç bir dəyər verilmədiyi, qadınların ruhunun olub-olmadığının mübahisə edildiyi bir zamanda gətirmişdir. Nə üzücüdür ki, insanlıq İslamdan uzaqlaşdıqca cahiliyyə dövrünə aid hər şey eyni nisbətdə yüksəlir. İslamın qadına verdiyi ən böyük dəyər təsəttür/örtünmədir. Bu barədə müvafiq bölümdə məlumat verildi. Amma insanlığın istismarı üzərinə bina edilən ideologiyalar qadınlara azadlıq adına onu açıq-saçıq vəziyyətə gətirib bir şəhvətləri sakitləşdirmə vasitəsi halına gətirdilər. Bir mütəfəkkirin dediyi kimi:

”Onlar qadın azadlığını deyil qadını əldə etməyin azadlığını istəyirlər.”


Çox heyif ki, qadınlarımızın çoxu bu oyuna aldandılar. İslamın dirildici mesajından uzaqlaşdıqları üçün bir reklam vasitəsinə çevrildilər. Qərbli qadınların acınacaqlı hallarını yenə qərbli olan bir qadın bu şəkildə dilə gətirir, Fransalı məşhur bir şairə xanım müsəlman xanımlara xitabən deyir:

”İçində olduğunuz nemətin qiymətini bilin!.. Burada qadına azadlıq adı altında edilən işkəncələri bilməzsiniz siz. Ah, bu çiyinlərimdə ağlamış qızların ədədini bir bilsəniz. Qulaqlarım, qızların çox acı, qəlbləri yandıran bağırışlarıyla dolu…Bəli işiqlar və çiçəklərlə dolu bir partidə olmaq çox gözəl kimi görsənir. Qadınlara verilən bir haq kimi təqdim edilir. Əslində buralar qadınların istismar edildiyi, kişilərə təqdim edildiyi, şəhvətlərin sakitləşdirildiyi yerlər… Müsəlman kişilərə səslənirəm: Qadınlarınıza, qızlarınıza bunları çatdırın! Əsla bu edilənləri qadınlara yaxşılıq olaraq edildiyini zənn etməsinlər. Bunların sadəcə və sadəcə qadını istismar üçün edildiyini bilsinlər və əsla bunlara həvəs göstərməsinlər…”


İslamdan uzaqlaşan qadın ancaq zülüm gördü. Ancaq bu azadlıq və ədalət adı altında edildi. Həqiqətən də yalanın ən çirkin olanı haq donuna bürünmüş yalandır. “Qadınlara gözəl geyim” adına oynanan oyuna aldanan qadınlar, bir ömür bir yerdə yaşayacağı, həyatını bir yerdə keçirdiyi ərinə qarşı gözəl görünməsinin əsas olduğunu unutdu, çöldəkilərə qarşı gözəl görünmə dərdinə düşdü. Sonra qadınla bir bağlantısı olmasa belə istehsal edilən malların satılmasında qadının reklam vasitəsi olaraq istifadə edilməsi gündəmə gəldi. Qadınlara haqq deyildi amma ən böyük haqsızlıqlar edildi. Sonra evlilik xarici əlaqələr, İslamın “çirkin bir yol” dediyi zina adiləşdirildi. Və beləcə cəmiyyətin təməlini təşkil edən ailə məhv edildi. Ailə sarsıldığı üçün boşanmalar, əxlaqsızlıqlar, intihar halları artdı. Əgər insanlıq yaradılışına uyğun olaraq ailəyə önəm verərsə sağlam olaraq ayaqda qala bilər. Bu da yalnız İslamın o dirildici mesajına sarılmaqla mümkündür.

Dostlarınızla paylaşın

628 nəfər bəyənib.
Şərhlər: 2
  1. _official_
    hmm yaxsi meqaledir tesekkurler
  2. _Yildiz1_
    Gözel məqalə idi sag olun

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.