reklam
Neymar Braziliya millisinə çağırılmadı Neymar Braziliya millisinə çağırılmadı http://loading.az/uploads/posts/2016-05/thumbs/1462769478_450508110.0.jpg
♔Princess♔

♔Princess♔ Xəbərlər 9-05-2016, 11:00

Neymar Braziliya millisinə çağırılmadı

Neymar Braziliya millisinə çağırılmadı


Braziliya millisinin Amerika kubokunda iştirak edəcək yekun heyəti açıqlanıb.

Yığmanın baş məşqçisi Dunqa 23 futbolçuya dəvət göndərib.

Həmin siyahıda Neymar ("Barselona"), Fernandinyo ("Mançester Siti"), Oskar ("Çelsi") və Kaka "Orlando Siti") kimi ulduz futbolçular yer almayıb.

Neymarın Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakı nəzərdə tutulduğundan onun Amerikadakı turnirə aparılmaması məqsədəuyğun hesab edilib.


Qapıçılar: Alisson ("İnternasional"), Dieqo Alveş ("Valensiya"), Ederson ("Benfika").

Müdafiəçilər: Daniel Alveş ("Barselona"), Fabinyo ("Monako"), Filipe Luis ("Atletiko", Madrid), Duqlas Santos ("Atletiko Mineyro"), Miranda ("İnter"), Gil ("Şandonq Lunenq"), Markinyos (PSJ), Rodriqo Kayo ("Sao Paulo").

Yarımmüdafiəçilər: Luiz Qustavo ("Volfsburq"), Elias ("Korintians"), Kasemiro ("Real", Madrid), Rafinya ("Barselona"), Renato Auqusto ("Beyjinq Quoan"), Filipe Koutinyo ("Liverpul"), Lukas Lima ("Santos"), Villian ("Çelsi").

Hücumçular: Duqlas Kosta ("Bavariya"), Halk ("Zenit"), Rikardo Oliveyra ("Santos") və Qabriel ("Santos").

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
301 310 339 264 340 311

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.